Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 noyabr tarixli 49/239 saylı Qərarı ilə təsdiq edilmişdir.
AZƏRBAYCAN RESPUBLİKASINDA BƏLƏDİYYƏ SEÇKİLƏRİNİN HAZIRLANIB KEÇİRİLMƏSİ ÜZRƏ ƏSAS HƏRƏKƏT VƏ TƏDBİRLƏRİN TƏQVİMPLANI Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 noyabr tarixli 49/238 saylı Qərarı ilə bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilmişdir. Sıra sayı Əsas hərəkət və tədbirlər İcraçılar Keçirilmə müddətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi və digər hüquqi aktlara əsasən Tövsiyə olunan müddətlər 1 2 3 4 5
Bələdiyyə seçkilərinin təyin olunması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (bundan sonra — Mərkəzi Seçki Komissiyası) qərarının qəbul edilməsi və dərci Mərkəzi Seçki Komissiyası Səsvermə gününə azı 60 gün qalmış M a d dələr : 8.1, 213.1, 213.2 2024-cü il noyabrın 30-dək
Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi Seçki dairəsinin ərazisində daimi yaşayan, passiv seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra M a d dələr : 13, 53, 54, 214.1, 214.4, 214.5
Nаmizədliyin irəli sürülməsinin təsdiq olunubolunmaması barədə əsaslandırılmış qərarın qəbul edilməsi Dairə seçki komissiyaları Sənədlərin seçki komissiyasına təqdim edilməsindən sonra 5 gün müddətində M a d dələr : 53.6, 53.7, 54.9, 54.10
Namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələrinin verilməsi Dairə seçki komissiyaları Namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən başlayaraq M a d dələr : 53.6, 54.9
Namizədin müdafiəsi üçün seçici imzalarının toplanması Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququna malik vətəndaşı, namizəd, siyasi partiya, siyasi partiyaların bloku Dairə seçki komissiyasının namizədliyin irəli sürülməsini təsdiq edən qərarı qəbul olunduqdan sonra M a d dələr : 56, 57, 215
Seçki keçirilən seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) Seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək M a d dələr : 1.1.19, 1.1.20, 40.4, 40.5, 40.6, 44 2025-ci il yanvarın 19-dək
Seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına təqdim edilməsi Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) Seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək M a d dələr : 1.1.19, 40.4, 40.5, 40.7 2025-ci il yanvarın 24-dək
Səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) Seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək M a d dələr : 1.1.19, 40.4, 40.5, 40.13 2025-ci il yanvarın 19-dək
Müşahidəçilərin qeydə alınması və onlara Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada lövhəciklərin verilməsi Mərkəzi Seçki Komissiyası Müşahidə aparılması barədə qərar ərizənin Komissiyaya verildiyi tarixdən başlayaraq 3 gün müddətində qəbul edilir. M a d dələr : 25.2.20, 40.6,
Dairə seçki komissiyaları Müşahidə aparılması barədə qərar ərizənin komissiyaya verildiyi tarixdən başlayaraq 2 gün müddətində qəbul edilir. M a d d ə : 40.7
Seçki rəsmiləri üçün seçki hüququ üzrə maarifləndirmə tədbirlərinin keçirilməsi Mərkəzi Seçki Komissiyası, Dairə seçki komissiyaları Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" Mütəmadi
Dairə və məntəqə seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlərin təşkili və peşə hazırlığının artırılması ilə bağlı digər proqramların həyata keçirilməsinin təmin edilməsi Mərkəzi Seçki Komissiyasının treninq qrupları M a d d ə : 25.2.7 Mütəmadi
Dövlət avtomatlaşdırılmış informasiya sisteminin işini dairə seçki komissiyalarında təmin edən kompüter mütəxəssisləri üçün treninqlərin keçirilməsi Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi M a d d ə : 25.2.10 Mütəmadi
Televiziya və radio proqramları və digər yayım qurumları vasitəsilə seçki qanunvericiliyinin izahı, seçki subyektlərinin hüquqi biliklərinin artırılmasının təmin olunması (çıxışlar, müsahibələr, dəyirmi masalar), əyani vəsaitlərin (videokliplər, plakatlar, bukletlər və s.) hazırlanması və nümayiş etdirilməsi Mərkəzi Seçki Komissiyası M a d dələr : 20, 25.2.7, 25.2.10 Mütəmadi
Seçki fondunun formalaşdırılması üçün xüsusi seçki hesabının açılması Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Namizədliyin irəli sürülməsi barədə tələb olunan sənədlər dairə seçki komissiyasına təqdim edildikdən sonra 5 gün müddətində, qeydiyyat üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalanadək M a d dələr : 91.1, 91.2, 226.1, 226.2
Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək M a d dələr : 58.1, 94.3.1 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək
İmza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıbalınmaması haqqında qərarın qəbul edilməsi Dairə seçki komissiyaları Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində M a d dələr : 59, 60, 216.1, 216.2, 216.3
Qeydə alınmış namizəd, namizədi qeydə alınmış siyasi partiya, siyasi partiyalar bloku tərəfindən təyin olunmuş vəkil edilmiş şəxslərin qeydə alınması və onlara lövhəciklərin verilməsi Dairə seçki komissiyaları Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində M a d dələr : 72.1, 72.2, 220.1
Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu üzvlərin təsdiq edilməsi və onlara lövhəciklərin verilməsi Mərkəzi Seçki Komissiyası Respublika üzrə bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürən siyasi partiyalar, siyasi partiyalar bloklarının təqdimatının Komissiyaya daxil olduğu gündən başlayaraq 3 gün müddətində M a d dələr : 21, 223 Dairə seçki komissiyaları Seçki dairəsinin ərazisindəki bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürən siyasi partiyalar, siyasi partiyalar bloklarının təqdimatının komissiyaya daxil olduğu gündən başlayaraq 3 gün müddətində M a d dələr : 21, 223
Seçicilərin tanış olması və əlavə dəqiqləşdirmənin aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi Məntəqə seçki komissiyaları Səsvermə gününə azı 35 gün qalanadək M a d d ə : 48.1 2024-cü il dekabrın 25-dək
Seçici siyahılarının Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməsi Mərkəzi Seçki Komissiyası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən qaydada təsdiq edildikdən sonra M a d d ə : 46.1 Mütəmadi
Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına aid tələblərin təsdiq edilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə azı 45 gün qalanadək M a d d ə : 101.1 2024-cü il dekabrın 15-dək
Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə azı 45 gün qalanadək M a d d ə : 101.1 2024-cü il dekabrın 15-dək
Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi Dairə seçki komissiyaları Səsvermə gününə azı 25 gün qalanadək M a d dələr : 101.1, 101.2 2025-ci il yanvarın 4-dək
Seçiciyə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi Dairə seçki komissiyaları Səsvermə gününə 45-25 gün qalanadək 2024-cü il dekabrın 15-dən 2025-ci il yanvarın 4-dək Məntəqə seçki komissiyaları Səsvermə gününə 24-3 gün qalanadək M a d dələr : 101.2-101.4 2025-ci il yanvarın 5-dən yanvarın 26-dək 25 Seçkiqabağı təşviqatın aparılması Qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri Səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır M a d d ə : 72.3, 74.1.5, 74.1.7, 75.2
2025-ci il yanvarın 6-dan başlanır, yanvarın 28-i saat 08:00-da dayandırılır
Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi Dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları Səsvermə gününə azı 30 gün qalanadək M a d d ə : 87.6 2024-cü il dekabrın 30-dək
Seçkiqabağı təşviqatın aparılması məqsədilə müvafiq yerlərin ayrılması Dairə seçki komissiyasının sifarişi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları M a d d ə : 86.3
Hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması:
a) ümumi qaydada;
b) müstəsna hallarda Dairə seçki komissiyaları (seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) və bələdiyyə qurumlarının başçıları ilə birlikdə) müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri Səsvermə gününə azı 50 gün qalanadək M a d dələr : 35.2, 35.5 Səsvermə gününə azı 5 gün qalanadək M a d d ə : 35.5 2024-cü il dekabrın 10-dək 2025-ci il yanvarın 24-dək
Nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi Dairə seçki komissiyaları Səsvermə gününə azı 45 gün qalanadək M a d d ə : 35.7 2024-cü il dekabrın 15-dək
Müstəsna hallarda yaradılan seçki məntəqələri haqqında məlumatların dərc edilməsi Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada Seçki məntəqələrinin yaradılması günündən ən geci 2 gün keçənədək M a d d ə : 35.7
Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi:
a) yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi;
b) hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi Dairə və məntəqə seçki komissiyaları Məntəqə seçki komissiyaları (müvafiq icra hakimiyyəti və bələdiyyə qurumlarının seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında) Məntəqə seçki komissiyaları (hərbi hissə komandirlərinin, istintaq təcridxanası və cəzaçəkmə müəssisəsi rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında) Səsvermə gününə azı 25 gün qalanadək M a d d ə : 46.1 Səsvermə gününə azı 25 gün qalanadək, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra M a d d ə : 46.5 Səsvermə gününə azı 20 gün qalanadək M a d d ə : 46.6 2025-ci il yanvarın 4-dək 2025-ci il yanvarın 4-dək 2025-ci il yanvarın 9-dək
"Exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə ən azı 20 gün qalanadək M a d d ə : 25.2.23 "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"nın 2.1-ci bəndi 2025-ci il yanvarın 9-dək
"Exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə ən azı 10 gün qalanadək M a d d ə : 25.2.23 "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"nın 2.3-cü bəndi 2025-ci il yanvarın 19-dək
Seçki bülletenlərinin hazırlanması qaydası, mətni və forması, sayı, hazırlanmasına aid tələblərin təsdiq edilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə azı 35 gün qalanadək M a d dələr : 99.1-99.4, 235 2024-cü il dekabrın 25-dək
Seçki bülletenlərinin hazırlanması Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi Səsvermə gününə ən azı 10 gün qalanadək M a d d ə : 99.4 2025-ci il yanvarın 19-dək
Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə azı 5 gün qalanadək M a d d ə : 99.6 2025-ci il yanvarın 24-dək
Seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi Dairə seçki komissiyaları Səsvermə gününə azı 3 gün qalanadək M a d d ə : 99.6 2025-ci il yanvarın 26-dək
Seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydası, mətni və forması, sayı, hazırlanmasına aid tələblərin təsdiq edilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə azı 45 gün qalanadək M a d dələr : 100.1-100.6 2024-cü il dekabrın 15-dək
Səsvermə protokollarının hazırlanması Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi Səsvermə gününə ən geci 30 gün qalanadək M a d d ə : 100.6 2024-cü il dekabrın 30-dək
Səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə azı 20 gün qalanadək M a d d ə : 100.8 2025-ci il yanvarın 9-dək
Səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilməsi Dairə seçki komissiyaları Səsvermə gününə ən azı 4 gün qalanadək M a d d ə : 100.8 2025-ci il yanvarın 25-dək
İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi Qeydə alınmış namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Səsvermə gününə ən tezi 20 gün və ən geci 10 gün qalanadək M a d d ə : 94.3.2 2025-ci il yanvarın 9-dan yanvarın 19-dək
Səsvermənin yeri və vaxtı barədə media və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi Məntəqə seçki komissiyaları Səsvermə gününə azı 25 gün qalanadək M a d d ə : 104.1 2025-ci il yanvarın 4-dək
Səsvermənin yeri və vaxtı barədə bildirişlərin formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə gününə 40 gün qalanadək "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 2.1-ci bəndi 2024-cü il dekabrın 20-dək
Səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması Məntəqə seçki komissiyaları Səsvermə gününə 7 gün qalanadək "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 3.1-ci bəndi 2025-ci il yanvarın 22-dək
Səsvermənin keçirilməsi:
a) həmin gün seçki məntəqəsində səsverməyə hazırlıq işlərinin başlanması;
b) seçki məntəqələrinin açıq elan edilməsi və seçki qutularının kilidlənməsi;
c) səsvermənin başlanmasının elan edilməsi;
ç) səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatdığının elan edilməsi Məntəqə seçki komissiyaları
a) məntəqə seçki komissiyaları b), c), ç) məntəqə seçki komissiyalarının sədrləri M a d dələr : 104, 105, 236 2025-ci il yanvarın 29-u bir qayda olaraq
a) saat 07:30
b) saat 07:50
c) saat 08:00
ç) saat 19:00
Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatların verilməsi (gün ərzində 5 dəfə) Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi M a d dələr : 110.5, 110.6 Seçki günü: saat 10:00 saat 12:00 saat 15:00 saat 17:00 saat 19:00
Səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyalarının yekun protokollarında olan məlumatların Mərkəzi Seçki Komissiyasının internet saytında ilkin məlumat kimi yerləşdirilməsi Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi M a d dələr : 110.5, 110.6 Seçki günü və ondan sonra
Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun 1-ci nüsxəsinin ona əlavə edilən sənədlərlə birlikdə dairə seçki komissiyasına göndərilməsi Məntəqə seçki komissiyaları Seçicilərin səslərinin hesablanmasına yekun vurulandan sonra dərhal, lakin 24 saatdan gec olmayaraq M a d dələr : 106.5, 106.7
Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun 3-cü nüsxəsinin məlumat lövhəsində asılaraq nümayiş etdirilməsi Məntəqə seçki komissiyaları Protokol tərtib edildikdən sonra (5 gün saxlanılmaqla) M a d d ə : 106.11
Seçki dairəsində bələdiyyələr üzrə səsvermənin nəticələrinin müəyyən edilməsi, məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında dairə seçki komissiyası protokolunun tərtib olunması və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması Dairə seçki komissiyaları Səsvermə günündən ən geci 2 gün keçənədək M a d dələr : 107.1-107.4, 107.6, 238 2025-ci il yanvarın 31-dən gec olmayaraq
Dairə seçki komissiyası protokolunun 3-cü nüsxəsinin və müvafiq məntəqə seçki komissiyaları protokollarının surətlərinin məlumat lövhəsində asılaraq nümayiş etdirilməsi Dairə seçki komissiyaları Protokol tərtib edildikdən sonra (10 gün saxlanılmaqla) M a d d ə : 107.7
Bələdiyyə üzrə seçkilərin ilkin nəticələrinin ümumiləşdirilmiş cədvəl şəklində dərc edilməsi Mərkəzi Seçki Komissiyası Bələdiyyələr üzrə seçkilərin ilkin nəticələrinə dair protokol Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra M a d d ə : 109.1
Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının protokollarındakı məlumatların rəsmi dərc edilməsi Dairə seçki komissiyaları Səsvermə günündən sonra 5 gün müddətində M a d d ə : 109.4
Seçkilərin yekunu haqqında dairə seçki komissiyalarının protokolundakı məlumatların rəsmi dərc edilməsi Dairə seçki komissiyaları Səsvermə günündən sonra 10 gün müddətində M a d d ə : 109.4
Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyalarının maliyyə hesabatının dairə seçki komissiyalarına təqdim edilməsi Məntəqə seçki komissiyaları Səsvermə günündən sonra 5 gün müddətində M a d d ə : 96.6 2025-ci il fevralın 4-dək
Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyalarının maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi Dairə seçki komissiyaları Səsvermə günündən sonra 10 gün müddətində M a d d ə : 96.7 2025-ci il fevralın 9-dək
Seçkilərin yekunlarının yoxlanılması və təsdiqi Mərkəzi Seçki Komissiyası Səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində M a d dələr : 108.2, 239 2025-ci il fevralın 18-dək
Seçkilərin yekunlarının elan edilməsi Mərkəzi Seçki Komissiyası Seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində M a d d ə : 241 2025-ci il fevralın 23-dək
Seçki fondlarındakı vəsaitlərə dair yekun maliyyə hesabatının dairə seçki komissiyalarına təqdim edilməsi Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku Seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra M a d d ə : 94.3.3
Bələdiyyə seçkilərinin yekunlarının və səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarının protokollarındakı məlumatların tam şəkildə dərc edilməsi və Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməsi Mərkəzi Seçki Komissiyası Səsvermə günündən sonra 45 gün müddətində M a d dələr : 109.2, 246 2025-ci il martın 16-dək
Büdcə vəsaitlərinin istifadəsi, namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları vəsaitinin və siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaitinin xərclənməsi barədə məlumatların Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə və media subyektlərinə təqdim edilməsi Göstərilən maliyyə hesabatının və məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməsi Mərkəzi Seçki Komissiyası Mərkəzi Seçki Komissiyası Seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra 3 ay müddətində Hesabatın və məlumatların Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi gündən başlayaraq 1 ay müddətində M a d d ə : 96.9
Məntəqə və dairə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokollarında olan məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi nəşrində tam şəkildə dərc edilməsi Mərkəzi Seçki Komissiyası Seçki günündən sonra 6 ay müddətində M a d dələr : 109.5, 246 2025-ci il iyulun 31-dək