Azərbaycan Republikası Nazirlər Kabinetinin 2024-cü il " 20 " noyabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması QAYD AS I
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasına əsasən hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin şəxsin (bundan sonra — uçota alınmış şəxs) uçotunun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılması — uçota alınmış şəxsin yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması;
1.2.2. uçota alınmış şəxsin ailə üzvləri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın (bundan sonra — Qaydalar) 2.1-ci bəndində göstərilmiş və uçota alınmış şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər;
1.2.3. uçota alınmanı həyata keçirən orqan — uçota alınmış şəxsin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanı.
2. Uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılması
2.1. Uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılması məqsədilə Qaydaların 2.1-ci bəndinə uyğun olaraq ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (belə şəxs olmadıqda qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) (bundan sonra - təmsilçi) uçota alınmış şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri"nə (bundan sonra — Mərkəz) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun formada ərizə ilə müraciət edir.
2.2. Uçota alınmanı həyata keçirən orqana və ya Mərkəzə ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim edilir:
2.2.1. təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
2.2.2. bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun təmsilçilik barədə ərizə (yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya "ASAN xidmət" Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notarial qaydada təsdiq edilir);
2.2.3. uçota alınmış şəxsin ölümü haqqında şəhadətnamənin surəti;
2.2.4. yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, sonradan şəhid statusu verilməsi haqqında arayış.
2.3. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar təmsilçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təmsilçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təmsilçi tərəfindən təmin edilir.
2.4. Uçota alınmanı həyata keçirən orqan və ya Mərkəz tərəfindən təmsilçiyə qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuledilmə tarixi barədə qəbz verilir. Çatışmayan sənəd (sənədlər) olduqda bu barədə qəbzdə müvafiq qeyd aparılır.
2.5. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, uçota alınmanı həyata keçirən orqan və ya Mərkəz bu barədə təmsilçiyə 1 (bir) iş günündən gec olmayaraq (bu Qaydanın 2.3-cü bəndinin tələbi nəzərə alınmaqla) yazılı məlumat verir və həmin çatışmazlıqlar yazılı məlumatın alındığı gündən ən geci 7 (yeddi) iş günü müddətində təmsilçi tərəfindən aradan qaldırılır.
2.6. Bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin uçota alınmış şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir. Uçota alınmanı həyata keçirən orqan qərarın qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq qərarın surətini təmsilçiyə şəxsən təqdim edir və ya poçt vasitəsilə göndərir, yaxud təmsilçiyə göndərilməsi üçün Mərkəzə təqdim edir.
2.7. Uçota alınmış təmsilçinin təqdim etdiyi sənədlər uçota alınmış şəxs uçota alınarkən onun üçün açılmış uçot işinə əlavə olunur.
3. Uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsi
3.1. Uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir:
3.1.1. bu Qaydanın 2.2-ci bəndində qeyd olunan sənədlər təqdim edilmədikdə (bu Qaydanın 2.3-cü bəndinin tələbləri nəzərə alınmaqla);
3.1.2. uçota alınmış şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə;
3.1.3. təmsilçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə.
3.2. Uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır.
3.3. Uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsi haqqında qərarın surəti onun qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq təmsilçiyə şəxsən təqdim edilir və ya poçt vasitəsilə göndərilir. Həmin qərardan təmsilçi tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati icraat qaydasında və ya məhkəmə qaydasında şikayət verilə bilər.
3.4. Bu Qaydanın 3.1.1-ci yarımbəndində göstərilən imtina halı aradan qaldırıldıqda müraciətə yenidən baxılır.
3.5. Bu Qaydanın 3.1.3-cü yarımbəndində göstərilən imtina halı Qaydaların 2.1-ci bəndinə uyğun olaraq digər ailə üzvlərinin yenidən müraciət etməsinə mane olmur.
"Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası"na 1 nömrəli əlavə ________________________________________ İcra Hakimiyyətinə (bələdiyyəsinə) (rayon, şəhər) ___________________________şəhəri (rayonu) ________________________rayonu, qəsəbəsi, kəndi ________________________________ küçəsi, ev __________ mənzil ____________ ünvanında yaşayan telefon nömrəsi (nömrələri): _______________________________________________ şəxsiyyət vəsiqəsi: seriyası ____________ № ___________________ vətəndaş ______________________________________________________tərəfindən (soyadı, adı, atasının adı) ƏRİZƏ Xahiş edirəm, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasına əsasən, mənim _____________ tarixində _____________ (gün, ay, il) _______________________________________________________________________ (yerli icra hakimiyyəti orqanının və ya bələdiyyə orqanının adı) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış ________________________________ _________________________________ (qohumluq əlaqəsi) (soyadı, adı, atasının adı) əvəzinə uçota alınmağıma köməklik göstərəsiniz. Ərizəyə aşağıdakı sənədləri əlavə edirəm. Sıra №-si Sənədin adı Vərəqlərin sayı 1. 2. 3. İmza ________________ Tarix _________________
"Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası"na 2 nömrəli əlavə ____________________________________ İcra Hakimiyyətinə (bələdiyyəsinə) (rayon, şəhər)
1. _________________________________________ ünvanında qeydiyyatda olan (qeydiyyat ünvanı) __________________________________________________________________ (ailə üzvünün soyadı, adı, atasının adı) __________________________________________________________________ (şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqan, verilmə tarixi)
2. __________________________________________ünvanında qeydiyyatda olan (qeydiyyat ünvanı) __________________________________________________________________ (ailə üzvünün soyadı, adı, atasının adı) __________________________________________________________________ (şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqan, verilmə tarixi)
3. _________________________________________ ünvanında qeydiyyatda olan (qeydiyyat ünvanı) __________________________________________________________________ (ailə üzvünün soyadı, adı, atasının adı) __________________________________________________________________ (şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verən orqan, verilmə tarixi) tərəfindən ƏRİZƏ № ______ Biz, __________________________________________ yaşayış sahəsinə ehtiyacı (yerli icra hakimiyyəti orqanının və ya bələdiyyə orqanının adı) olan şəxs qismində uçota alınmış, vəfat etmiş _____________________________ (soyadı, adı, atasının adı) 18 yaşına çatmış ailə üzvləri mənzil uçotunun saxlanılması üçün müraciət edilməsi məqsədilə ailəmizi təmsil edən şəxs __________________________________________________________________ (təmsilçinin soyadı, adı, atasının adı)
qismində qeydə alınmasına razılığımızı bildiririk.
1. __________ ___________________________ (telefon nömrəsi ____________) (imza) (təmsilçinin soyadı, adı, atasının adı)
2. __________ ___________________________ (telefon nömrəsi ____________) (imza) (ailə üzvünün soyadı, adı, atasının adı)
3. __________ ___________________________ (telefon nömrəsi ____________) (imza) (ailə üzvünün soyadı, adı, atasının adı) Mən, _____________________ notariusu _________________________________ (notariat ofisinin adı) (notariusun soyadı, adı, atasının adı) ailə üzvlərinin mənim iştirakımla etdikləri imzalarının həqiqiliyini təsdiq edirəm.
M. Y.
Reyestrdə ________ № ilə qeyd edilmişdir. ______________ manat haqq tutulmuşdur. Notarius __________ (imza) __________________________