Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
"general-polkovnik" ali hərbi rütbəsi general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə "general-mayor" ali hərbi rütbəsi polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova polkovnik Gündüz Əliş oğlu Əbdülova polkovnik Azər Əlövsət oğlu Qasımova "ədliyyə general-mayoru" ali hərbi rütbəsi ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 7 noyabr 2024-cü il