"Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 avqust tarixli 172 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində "Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi" təsdiq edilsin ( əlavə olunur ).
2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 4 " " noyabr " 2024-cü il № 472