Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri" təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi:
4.1. "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim formasını daşıma Qaydaları"nı beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 oktyabr 2024-cü il 00000000000000000[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[............................................................................................................ Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 22 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında ƏSASNAMƏ
1. Ümumi müddəalar
1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (bundan sonra — Agentlik) hərbi geyim forması Agentliyin hərbi qulluqçuları üçün müəyyən edilmiş hərbi geyim əşyaları, fərqləndirmə nişanları və hərbi ləvazimat dəstidir.
1.2. Hərbi geyim əşyalarına aşağıdakılar aiddir:
1.2.1. üst geyimləri — qış paltosu, qış yarımpaltosu, demisezon palto, demisezon gödəkçə, kitel, şalvar, yubka və s.;
1.2.2. baş geyimləri — papaq, buxara papaq, qulaqlı papaq, qış papağı, furajka, şlyapa, pilotka, beret və s.;
1.2.3. ayaqqabılar — yay və qış çəkməsi, uzunboğaz çəkmə və s.;
1.2.4. digər əşyalar — köynəklər, yun köynəklər, şərflər, əlcəklər, qalstuklar və s.
1.3. Fərqləndirmə nişanlarını (hərbi rütbəyə görə və hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanlarından başqa), həmçinin fərqləndirmə nişanları haqqında əsasnamələri və onların təsvirlərini Agentliyin rəisi təsdiq edir.
1.4. Fərqləndirmə nişanları hərbi geyim formasında rəmzlərlə şərti təsvir olunmaqla, hərbçinin dövlət mənsubiyyətini, Agentliyə, hərbi rütbəyə, hərbi qulluqçular heyətinə mənsubiyyətini göstərir. Fərqləndirmə nişanlarına poqonlar, poqondakı nişanlar (emblemlər, ulduzlar və s.), qol, döş və yaxa nişanları (tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar), kantlar və lampaslar aiddir. Bundan əlavə, hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.
1.5. Hərbi ləvazimata silahı və əmlakı gəzdirmək üçün nəzərdə tutulmuş əşyalar dəsti (əşya kisəsi, səhra çantası, qobur və s.), qılınc, aşırma qayış, şalvar qayışı, səhra jileti, qumquma, bel üçün üzlüklər və s. daxildir.
1.6. Hərbi geyim forması mərasim, gündəlik, səhra (o cümlədən xüsusi xidmət) geyim formalarına, onların hər biri isə qış və yay geyimlərinə bölünür.
1.7. Mərasim geyim forması təntənəli hallarda, istirahət və bayram günlərində, habelə xidmətdənkənar vaxtda geyinmək üçün nəzərdə tutulmuşdur.
1.8. Səhra geyim forması döyüş şəraitində, naryadlarda, toplanışlarda, təlimlərdə və təlim mərkəzlərindəki məşğələlərdə geyinmək üçün nəzərdə tutulmuşdur.
1.9. Xüsusi xidmət geyim forması mühafizə xidmətində, komendant xidmətində, qarovul xidmətində xidmət çəkən hərbi qulluqçular üçün nəzərdə tutulmuşdur (şəkil 24).
1.10. Gündəlik geyim forması digər hallarda geyinmək üçün nəzərdə tutulur.
1.11. Müəyyən tədbirlərdə (sıra baxışlarında, sıra düzümlərində, müşavirələrdə və s.) iştirak etmək üçün geyim formasını, tapşırıqların xarakteri və yerinə yetirilməsi şəraiti nəzərə alınmaqla, həmin tədbirləri keçirən rəislər müəyyən edirlər.
1.12. Hərbi geyim formasını daşımaq hüququna Agentlikdə həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, toplanışlara çağırılmış hərbi vəzifəlilər, habelə ehtiyata və ya istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan şəxslər malikdirlər.
1.13. Hərbi geyim formasını daşımaq hüququ olmayan şəxslərin hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını daşıması qadağandır.
1.14. Hərbi qulluqçular hərbi geyim formasını Agentlik rəisi tərəfindən təsdiq edilən Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim formasını daşıması ilə bağlı qaydalara uyğun olaraq daşıyırlar.
1.15. Hərbi qulluqçular hərbi geyim forması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normalara uyğun olaraq təmin edilirlər.
2. Mərasim geyim forması
2.1. Agentliyin hərbi qulluqçularının mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir:
2.1.1. qış paltosu — tünd-zeytun rəngli;
2.1.2. kitel — tünd-zeytun rəngli;
2.1.3. şalvar — tünd-zeytun rəngli;
2.1.4. yubka — tünd-zeytun rəngli;
2.1.5. şalvar qayışı — qara rəngli;
2.1.6. aşırma qayış — qızılı rəngli;
2.1.7. köynək — ağ rəngli;
2.1.8. qalstuk — qara rəngli;
2.1.9. əlcək — ağ rəngli;
2.1.10. şərf — ağ rəngli;
2.1.11. corablar (qadınlar üçün bədən dərisi rəngli neylon və ya yarımyun uzunboğaz) — qara rəngli;
2.1.12. ayaqqabı — qara rəngli;
2.1.13. uzunboğaz çəkmə — qara rəngli;
2.1.14. baş geyimləri — ali zabitlər üçün tünd-qəhvəyi və ya boz rəngli təbii qaragül dərisindən buxara papaq və papaq, polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən qulaqlı papaq və qış papağı, digər hərbi qulluqçular üçün boz rəngli süni xəzdən qulaqlı papaq və qış papağı, hərbi qulluqçuların bütün kateqoriyaları üçün tünd-zeytun rəngli furajka və tünd-zeytun rəngli şlyapa;
2.1.15. qılınc;
2.1.16. qadın çantası — qara rəngli.
2.2. Qış paltosu tünd-zeytun rəngli yun parçadan tikilir, qızılı rəngli üç böyük ölçülü düymə ilə düymələnir, ikibortludur, qatlanan yaxalıqlıdır və yaxalıq taxılıbçıxarılandır. Ali zabitlər üçün qış paltosunun yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir. Yaxalıq ali zabitlər və polkovniklər üçün təbii qaragül dərisindən, digər hərbi qulluqçular üçün boz və ya qəhvəyi rəngli süni xəzdəndir. Paltonun layları yanlardan köklənmişdir və düz kəsmə, qapaqlı cibləri vardır. Kürək hissəsinin ortasında aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində qış paltosunun böyür tikiş yerlərinə bərkidilmiş qızılı rəngli iki böyükölçülü düymə ilə düymələnən tənzimləyici kəmərcik vardır. Qollar ikitikişli, köbəli, içəridən tikiləndir. Vatinlə istiləşdirilmiş astarın ətəkləri sərbəstdir. Astarında iki kəsmə qoltuq cibi vardır. Qış paltosunun yun parçadan tikilmə poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli ortaolçülü düymə ilə və ilgəklə düymələnir. Qış paltosunun sağ (qadınlar üçün − sol) bortuna yaxanı düymələmək üçün qış paltosunun rənginə uyğun adi düymə tikilmişdir. Qış paltosunun sağ qolunun xarici səthinə dövlət mənsubiyyətini bildirən, sol qolunun xarici səthinə isə Agentliyə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanları tikilir. Döşəmədən qış paltosunun ətəyinədək olan məsafə 40−42 sm-dir (şəkillər 1−3).
2.3. Kitel tünd-zeytun rəngli parçadan tikilir. Açıq, birbortlu, qatlanan yaxalıqlıdır.
Bortu ortadan qızılı rəngli dörd (qadınlar üçün − üç) böyükölçülü düymə ilə düymələnir. Kitelin layları kəsmə yan hissəli olub, öndən köklənmişdir. Hər bir layın üstdən tikilmiş və qızılı rəngli ortaölçülü düymələrlə düymələnən, şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibi, habelə fiqurlu qapaqları qızılı rəngli ortaölçülü düymələrlə düymələnən düz kəsmə cibi vardır. Kürək hissəsinin ortasında aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Kostyum parçasından hazırlanan kitelin elə həmin parçadan tikilmə poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli orta ölçülü düymə ilə və ilgəklə düymələnir. Kitelin yaxalığının künclərinə ali zabitlər üçün palıd budaqları şəklində qızılı rəngli tikmə, digər hərbi qulluqçular üçün qızılı rəngli metal yaxa nişanı bərkidilir. Ali zabitlər üçün kitelin yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir. Kitelin sağ qolunun xarici səthinə dövlət mənsubiyyətini bildirən, sol qolunun xarici səthinə Agentliyə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanları tikilir (şəkillər 4−6).
2.4. Şalvar tünd-zeytun rəngli kostyum parçasından tikilir. Tikilmə qurşaq aşırma ilgəklə düymələnir. Şalvarın kəsmə yan cibləri, qurşağının sol yarısındakı tikiş yerində saat cibi, arxadan sağ tərəfdə qapaqlı kəsmə cibi vardır. Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır, yaxud üç-dörd düymə ilə düymələnir. Qurşaqda kəmər üçün yeddi ensiz halqa vardır. Ali zabitlərin şalvarına qırmızı rəngli mahuddan lampas, digər hərbi qulluqçuların şalvarına qırmızı rəngli mahuddan kant tikilir.
2.5. Yubka tünd-zeytun rəngli parçadan tikilir. Tikilmə qurşaqlıdır, sarjadan və yaxud sətindən astarı olur. Arxasında zəncirbənd və şlitsa vardır. Öndən iki parçadan ibarətdir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir.
2.6. Aşırma qayış qızılı rəngdədir və yalnız zabitlər üçün nəzərdə tutulur.
2.7. Köynək uzunqol olmaqla, ağ rəngli köynəklik parçadan hazırlanır. Tikilmə dik yaxalıqlıdır. Bortu ortadan düymələnir. Poqonlar üçün kəmərcikləri, şaquli qırçınlı, fiqurlu qapaqlı iki döş cibi vardır. Qolları manjetli və yarıqlıdır. Kəmərciklər, bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir. Kürəyi boyunduruqludur. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Qadın hərbi qulluqçular üçün köynəyin önü yan tikişlərlə köklənmişdir.
2.8. Qalstuk qara rəngli parçadan tikilir. İti ucla tamamlanan uzanmış trapesiyaşəkilli əsas hissədən, metal ilgəkli rezinli qaytandan və sabit düyündən ibarətdir. Qalstuk qızılı rəngli metal sıxacla taxılır.
2.9. Əlcək yun və ya ipək parçadan hazırlanır.
2.10. Şərf yun və ya ipək parçadan hazırlanır. Ölçüləri 120x20 sm-dir.
2.11. Qadın hərbi qulluqçular bədən dərisi rəngində neylon və ya yarımyun uzunboğaz corab geyinirlər.
2.12. Kişi yay və qış ayaqqabıları qara rəngli dəridən hazırlanır. Ayaqqabının tənzimləyici rezinciyi və üst hissəsində bir zolaq tikişi vardır. Dabanı qəliblənmişdir, altlığı göndəndir, burnu və arxa hissəsi möhkəmləndirilmişdir. Zəncirbəndi və ya bağları vardır. Qadın yay ayaqqabısı qara rəngli, alçaqdabandır, burnu ensizdir və arxa hissəsi möhkəmləndirilmişdir. Qadın qış ayaqqabısı qara rəngli dəridən hazırlanır, altlığı qəliblənmişdir, burnu və arxa hissəsi möhkəmləndirilmişdir.
2.13. Uzunboğaz çəkmə qara rəngli dəridən hazırlanır. Dabanı orta ölçüdədir, burnu ensizdir. Zəncirbəndlə bağlanılır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir. Qadın hərbi qulluqçular bu çəkməni mərasim və gündəlik qış geyim formaları ilə geyinirlər.
2.14. Ali zabitlər üçün buxara papaq boz və tünd-qəhvəyi rəngli təbii qaragül dərisindən tikilir. Xarici üst hissəsi qırmızı rəngli parça ilə örtülür və üzərində qızılı rəngli xətlər vardır. Günlük qara rəngli dəridəndir, günlüyün üstünə ali zabitlər üçün müəyyən edilmiş qızılı rəngli naxışı olan qara rəngli üzlük tikilir. Papağın içində ipək astar vardır. Kişi hərbi qulluqçular üçün qulaqlı papaq polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən, digər hərbi qulluqçular üçün boz rəngli süni xəzdən tikilir, silindr formalıdır, dibcikdən, dövrədən və qulaqlıqlardan (buxara papaq istisna olmaqla) ibarətdir. Qulaqlı papağın içində polkovniklər üçün ipək astar, digər hərbi qulluqçular üçün sarja astar vardır. Qadın hərbi qulluqçular üçün qış papağı polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən, digər qadın hərbi qulluqçular üçün boz rəngli süni xəzdən tikilir, təpə hissəsi tünd-zeytun rəngli parçadandır, oval formalıdır. Qış papağının içində polkovniklər üçün ipək astar, digər qadın hərbi qulluqçular üçün sarja astar vardır (şəkil 27).
2.15. Furajka kitelin hazırlandığı tünd-zeytun rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, hərbi qulluqçuların heyətinə uyğun olaraq qızılı və qara rəngli çənəaltı qayışcıqdan və kiçik ölçülü düymələrdən ibarətdir. Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan kant tikilir. Ön hissədə furajkanın dövrəsində qızılı rəngli tikmə kokarda vardır. Günlük zabitlər üçün tünd-zeytun, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün isə qara rənglidir. Günlüyün üstünə ali və baş zabitlər üçün müəyyən edilmiş qızılı rəngli naxışı olan xüsusi üzlük tikilir (şəkil 26).
2.16. Qadın hərbi qulluqçular üçün nəzərdə tutulmuş şlyapa tünd-zeytun rəngli parçadandır, təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan kant tikilir. Şlyapanın ön hissəsinin ortasında qızılı rəngli tikmə kokarda vardır (şəkil 26).
2.17. Qılınc yalnız zabitlər üçün nəzərdə tutulur.
2.18. Qadın əl çantası qara rənglidir (şəkil 40).
3. Gündəlik geyim forması
3.1. Agentliyin hərbi qulluqçularının gündəlik geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir:
3.1.1. qış yarımpaltosu — qara rəngli;
3.1.2. demisezon palto — tünd-zeytun rəngli;
3.1.3. demisezon gödəkçə — tünd-zeytun rəngli;
3.1.4. kitel — tünd-zeytun rəngli;
3.1.5. qış (yay) geyiminin gödəkçələri — uzunqol və qısaqol, tünd-zeytun rəngli;
3.1.6. yun köynək — tünd-zeytun rəngli;
3.1.7. şalvar (qadınlar üçün — yubka və şalvar) - tünd-zeytun rəngli;
3.1.8. şalvar qayışı — qara rəngli;
3.1.9. köynək — uzunqol və qısaqol, sarıya çalan açıq-qəhvəyi rəngli;
3.1.10. mayka — uzunqol və qısaqol, sarıya çalan açıq-qəhvəyi rəngli (və ya digər rəng);
3.1.11. qalstuk — qara rəngli;
3.1.12. şərf — tünd-zeytun rəngli;
3.1.13. əlcək — qara rəngli;
3.1.14. corablar — qadınlar üçün bədən dərisi rəngli neylon və ya yarımyun uzunboğaz, kişilər üçün isə qara (göy) rəngli;
3.1.15. ayaqqabı — qara rəngli;
3.1.16. uzunboğaz çəkmə — qara rəngli;
3.1.17. baş geyimləri — ali zabitlər üçün boz və tünd-qəhvəyi rəngli təbii qaragül dərisindən papaqlar, polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən qulaqlı papaq, digər hərbi qulluqçular üçün boz rəngli süni xəzdən qulaqlı papaq, hərbi qulluqçuların bütün kateqoriyaları üçün tünd-zeytun rəngli furajka, şlyapa və pilotka;
3.1.18. qadın əl çantası — qara rəngli.
3.2. Qış yarımpaltosu qara rəngli yun parçadan tikilir. Mərkəzdən dörd böyük adi düymə ilə gizli düymələnən, qatlanan boyunluqlu, laskanlıdır. Yaxalıq dəridəndir və taxılıb-çıxarılandır. Laylarında yan kəsmə qapaqlı ciblər vardır. Kürək hissəsinin ortasında aşağıda yarıqla tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Vatinlə istiləşdirilmiş astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Ali zabitlər üçün qış paltosunun qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir. Ali zabitlər üçün yaxalıq boz və tünd-qəhvəyi rəngli təbii qaragül dərisindən, polkovniklər üçün boz rəngli təbii qaragül dərisindəndir. Qış paltosu ali zabitlər üçün tikilmə, digər hərbi qulluqçular üçün taxılıb-çıxarılan poqonlarla geyinilir. Qış paltosunun öz rəngində taxılıbçıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə düymələnir. Qış yarımpaltosunun sağ qolunun xarici səthinə dövlət mənsubiyyətini bildirən, sol qolunun xarici səthinə Agentliyə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanları tikilir (şəkillər 7−8).
3.3. Demisezon palto qızılı rəngli dörd düymə ilə düymələnən birbortlu, qatlanan boyunluqlu və açıq yaxalıdır, yan kəsmə cibləri və plastmas toqqası olan kəməri vardır. Kürək hissəsində, ortada, aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, içəridən tikilən kəmərciklidir. Astarında iki kəsmə qoltuq cibi vardır. Kostyum parçasından hazırlanan paltonun və onun kəmərinin həmin parçadan da tikilmiş taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli düymələrlə düymələnir. Paltonun yaxalıqlarının künclərinə ali zabitlər üçün yaxa nişanları, hərbi qulluqçuların qalan kateqoriyaları üçün qızılı rəngli metal emblem bərkidilir (bu Əsasnamənin 5-ci fəsli). Paltonun sağ qolunun xarici səthinə dövlət mənsubiyyətini bildirən, sol qolunun xarici səthinə Agentliyə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanları tikilir. Döşəmədən paltonun ətəyinədək olan məsafə 40−42 sm-dir (şəkillər 9−10).
3.4. Demisezon gödəkçə tünd-zeytun rəngli parçadandır. Bortları zəncirbəndlə bağlanılır, astarlıdır. Laylarında yan kəsmə qapaqlı ciblər vardır. Kürk hissəsi bütöv, düz siluetlidir. Qolları təktikişlidir. Aşağı kənarlarına elastik trikotaj manjet tikilmişdir. Tikilmə dik yaxalıqlıdır. Gödəkçənin yaxalığının künclərində ali zabitlər üçün palıd budaqları şəklində qızılı rəngli tikmə yaxa nişanı yerləşir. Gödəkçə ali zabitlər üçün tikilmə, digər hərbi qulluqçular üçün taxılıb-çıxarılan poqonlarla geyinilir. Gödəkçənin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər basmadüymə ilə düymələnir. Gödəkçənin sağ qolunun xarici səthinə dövlət mənsubiyyətini bildirən, sol qolunun xarici səthinə Agentliyə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanları tikilir (şəkillər 11-13).
3.5. Kitel tünd-zeytun rəngli parçadan tikilir. Açıq, birbortlu, qatlanan yaxalıqlıdır.
Bortu ortadan qızılı rəngli dörd (qadınlar üçün - üç) böyük ölçülü düymə ilə düymələnir. Kitelin layları kəsmə yan hissəli olub, öndən köklənmişdir. Hər bir layın üstdən tikilmiş və orta ölçülü düymələrlə düymələnən, şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibi, habelə fiqurlu qapaqları orta ölçülü düymələrlə düymələnən düz kəsmə cibi vardır. Kürək hissəsinin ortasında aşağıda yarıqla tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Kostyum parçasından hazırlanan kitelin elə həmin parçadan tikilmə poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli orta ölçülü düymə ilə və ilgəklə düymələnir. Kitelin yaxalığının künclərinə ali zabitlər üçün palıd budaqları şəklində qızılı rəngli tikmə, digər hərbi qulluqçular üçün qızılı rəngli metal yaxa nişanı bərkidilir. Ali zabitlər üçün kitelin yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir. Kitelin sağ qolunun xarici səthinə dövlət mənsubiyyətini bildirən, sol qolunun xarici səthinə Agentliyə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanları tikilir (şəkillər 14−15).
3.6. Qış (yay) geyiminin gödəkçəsi tünd-zeytun rənglidir. Gödəkçə düz siluetlidir, astarlıdır, dik yaxalıqlıdır, ön hissəsi mərkəzdən zəncirbəndlə bağlanılır, kürək hissəsi bütöv biçimlidir. Yay geyiminin gödəkçəsinin qolları qısadır, qollar qol dibinə tikiləndir. Gödəkçənin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər adi düymə ilə və ilgəklə düymələnir. Gödəkçənin qurşağı manjetlidir. Gödəkçənin sol və sağ ətəyinin döş nahiyəsinə iç tərəfdən asılma ciblər tikilmişdir. Gödəkçələrin yaxalığında ali zabitlər üçün palıd budaqları şəklində qızılı rəngli tikmə, digər hərbi qulluqçular üçün isə sarı rəngli tikmə yaxa nişanı vardır (şəkillər 18−19).
3.7. Yun köynək tünd-zeytun rəngli yundan toxunur. Yaxası üçbucaq şəkilli açıqdır.
Aşağı kənarlarına manjet tikilmişdir, zəncirbəndlə bağlanılır. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Yun köynəyin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər kiçik ölçülü adi düymə ilə və ilgəklə düymələnir. Üzərində heç bir fərqləndirmə nişanı yoxdur (şəkillər 20, 21).
3.8. Şalvar tünd-zeytun rəngli kostyum parçasından tikilir. Tikilmə qurşaq aşırma ilgəklə düymələnir. Şalvarın kəsmə yan cibləri və arxadan sağ tərəfində qapaqlı kəsmə cibi vardır. Şalvarın miyançası qarmaqla və zəncirbəndlə bağlanılır. Qurşaqda kəmər üçün yeddi ensiz halqa vardır. Ali zabitlərin şalvarına qırmızı rəngli mahuddan lampas, digər hərbi qulluqçuların şalvarına qırmızı rəngli mahuddan kant tikilir.
3.9. Yubka tünd-zeytun rəngli parçadan tikilir. Tikilmə qurşaqlıdır, sarja, yaxud sətin astarı vardır. Arxasında zəncirbənd və yarıq vardır. Ön tərəfi iki parçadan ibarətdir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir.
3.10. Şalvar qayışı qara rənglidir.
3.11. Köynək uzunqol və qısaqol olmaqla, sarıya çalan açıq-qəhvəyi rəngli köynəklik parçadan tikilir. Tikilmə dik yaxalıqlıdır. Bortu ortadan düymələnir. Poqonlar üçün kəmərcikləri, şaquli qırçınlı fiqurlu qapaqlı iki döş cibi vardır. Qolları yarıqlı və manjetlidir (yalnız uzunqol köynəkdə). Kəmərciklər, bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir. Kürəyi boyunduruqludur. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Qadın hərbi qulluqçular üçün köynəyin önü yan tikişlərlə köklənmişdir. Köynək tündzeytun rəngli taxılıb-çıxarılan poqonlarla geyinilir (şəkillər 16−19).
3.12. Mayka uzunqol və qısaqol olmaqla, sarıya çalan açıq-qəhvəyi rəngli pambıq parçadan tikilir. Yaxası boğaza kimidir. Qış (yay) geyiminin gödəkçəsi ilə geyinmək üçün nəzərdə tutulmuşdur.
3.13. Qalstuk qara rəngli parçadan tikilir. İti ucla tamamlanan uzanmış trapesiyaşəkilli əsas hissədən, metal ilgəkli rezinli qaytandan və sabit düyündən ibarətdir. Qalstuk qızılı rəngli metal sıxacla taxılır (şəkil 38).
3.14. Şərf tünd-zeytun rənglidir, qış paltosunun yaxalığının altından qatlanmış vəziyyətdə salınır. Yun parçadan 120x20 sm ölçüdə hazırlanır.
3.15. Əlcək qara rəngli dəridəndir.
3.16. Corab qara (göy) rənglidir. Qadın hərbi qulluqçular bədən dərisi rəngində neylon və ya yarımyun uzunboğaz corab geyinirlər.
3.17. Ayaqqabı qara rənglidir. Yay ayaqqabısı qara rəngli dəridəndir. Qadın ayaqqabıları qara rəngli, alçaqdabandır, burnu ensiz, arxa hissəsi möhkəmləndirilmişdir. Altlığı qəliblənmişdir.
3.18. Uzunboğaz çəkmə qara rəngli dəridən hazırlanır. Dabanı orta ölçüdədir, burnu ensizdir. Zəncirbəndlə bağlanılır, burnu və arxa hissəsi möhkəmləndirilmişdir. Qadın hərbi qulluqçular bu çəkməni mərasim və gündəlik qış geyim formaları ilə geyinirlər.
3.19. Ali zabitlər üçün papaq boz və tünd-qəhvəyi rəngli təbii qaragül dərisindən tikilir. Ali zabitlər üçün günlük boz rəngli təbii qaragül dərisindən olan papaq qara rəngli dəridən, tünd-qəhvəyi rəngli təbii qaragül dərisindən olan papaq isə tünd-qəhvəyi rəngli dəridəndir, üstünə ali zabitlər üçün müəyyən edilmiş qızılı rəngli naxışı olan üzlük tikilir. Papaqların içində ipək astar vardır. Kişi hərbi qulluqçular üçün qulaqlı papaq polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən, digər hərbi qulluqçular üçün boz rəngli süni xəzdən tikilir, silindr formalıdır, dibcikdən, dövrədən və qulaqlıqlardan (buxara papaq istisna olmaqla) ibarətdir. Qulaqlı papağın içində polkovniklər üçün ipək astar, digər hərbi qulluqçular üçün sarja astar vardır. Qadın hərbi qulluqçular üçün qış papağı polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən, digər qadın hərbi qulluqçular üçün boz rəngli xəzdən tikilir, təpə hissəsi tünd-zeytun rəngli parçadandır, oval formalıdır. Qış papağının içində polkovniklər üçün ipək astar, digər qadın hərbi qulluqçular üçün sarja astar vardır (şəkil 27).
3.20. Furajka tünd-zeytun rəngli kitelin hazırlandığı parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, hərbi qulluqçuların heyətinə uyğun olaraq qızılı və qara rəngli çənəaltı qayışcıqdan və kiçik ölçülü düymələrdən ibarətdir. Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan kant tikilir. Ön hissədə furajkanın dövrəsində qızılı rəngli tikmə kokarda vardır. Günlük zabitlər üçün tünd zeytun, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün isə qara rənglidir. Günlüyün üstünə ali və baş zabitlər üçün müəyyən edilmiş qızılı rəngli naxışı olan üzlük tikilir (şəkil 26).
3.21. Qadın hərbi qulluqçular üçün nəzərdə tutulmuş şlyapa tünd-zeytun rəngli parçadandır, təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan kant tikilir. Şlyapanın ön hissəsinin ortasında qızılı rəngli tikmə kokarda vardır (şəkil 26).
3.22. Pilotka tünd-zeytun rəngli parçadan tikilir. Pilotkaların yan səthinin yuxarı hissəsində ali zabitlər üçün 5 mm, digər zabitlər üçün 2 mm enində qızılı rəngli zolaq tikilir (şəkil 26).
4. Səhra geyim forması
4.1. Agentliyin hərbi qulluqçularının səhra geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir:
4.1.1. istiləşdirilmiş qış gödəkçəsi — kamuflyaj rəngli;
4.1.2. istiləşdirilmiş qış şalvarı — kamuflyaj rəngli;
4.1.3. qış gödəkçəsi — kamuflyaj rəngli;
4.1.4. qış şalvarı — kamuflyaj rəngli;
4.1.5. yay gödəkçəsi — kamuflyaj rəngli;
4.1.6. yay şalvarı — kamuflyaj rəngli;
4.1.7. yun köynək — qara rəngli;
4.1.8. uzunqol və qısaqol mayka — qara rəngli pambıq parçadan;
4.1.9. şərf — kamuflyaj rəngli yun (pambıq) parçadan;
4.1.10. uzunboğaz çəkmə — qara rəngli;
4.1.11. əlcək — qara rəngli;
4.1.12. corab — qara rəngli;
4.1.13. papaq — ali zabitlər üçün boz və tünd-qəhvəyi rəngli təbii qaragül dərisindən, polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən, digər hərbi qulluqçular üçün boz rəngli süni xəzdən;
4.1.14. qış furajkası — kamuflyaj rəngli;
4.1.15. şalvar qayışı — tünd-zeytun rəngli;
4.1.16. yay furajkası — kamuflyaj rəngli;
4.1.17. uzunqol və qısaqol alt paltarı — qara rəngli pambıq parçadan;
4.1.18. sukeçirməyən plaş-örtük — kamuflyaj rəngli.
4.2. İstiləşdirilmiş qış gödəkçəsi kamuflyaj rəngli parçadan tikilir, qatlanan boyunluqludur. Gödəkçənin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər basmadüymə ilə düymələnir. Gödəkçə ətəyinədək astarlıdır. Kürək hissəsi bütövdür. Gödəkçənin taxılıb-çıxarılan istiləşdirilmiş astarı vardır. Qolları ikitikişlidir, dirsək hissələrinə gödəkçənin öz rəngində əlavə qat tikilmişdir, qollarının ağzı kəmərciklidir. Gödəkçənin içərisində bel səviyyəsindən tənzimləyici qaytan keçirilir. Gödəkçə bel kəmərsiz geyinilir. Ali zabitlər üçün gödəkçənin tünd-qəhvəyi və ya boz rəngli təbii qaragül dərisindən taxılıb-çıxarılan yaxalığı vardır. Laylarında yan kəsmə qapaqlı cibləri vardır. Gödəkçənin sol qolunun xarici səthinə Agentliyə mənsubiyyəti bildirən tünd-yaşıl rəngli fərqləndirmə qol nişanı tikilir (şəkillər 22−23).
4.3. İsti səhra şalvarı üst və isti astardan ibarətdir. Şalvar sağ, sol kəmərli olub, yan ciblidir. Kəmər rombşəkilli bəzək tikişi ilə sırınmışdır. Yan cibdən aşağıda irihəcmli üstdənqoyma cib və 2 ilgəkli cib qapağı tikilir. Cib qapağı cibə bağlanır. Ön hissədə diz qapağı səviyyəsində üstdən qoyma dizlik tikilir. Kəmərin yan tikişlərinə tənzimləyici kəmərciklər və müəyyən məsafələrdə 4 ədəd körpücük tikilir. Şalvarın briteli vardır. Britel arxa və ön hissədə düymə ilə şalvara bərkidilir. Şalvar ön hissədən düymə və ilgəyin ikisi kəmərdə olmaqla 5 düymə ilə düymələnir. Yan cib qapaqları kənardan 0,5 sm enində bəzək tikişi qoyulur. Şalvarın aşağı hissəsi lentlə yığılır. İsti araqatlı astar birləşdirici kəmərli olub, arxa və ön hissələr bir-birinə paralel tikişlərlə araqatı ilə sırınır. Astarın ön hissəsi 2 düymə kəmərdə olmaqla 5 düymə ilə bağlanır. Addım tikişinə astarı şalvara birləşdirmək üçün aşağıda 6 sm məsafədə lent tikilir. Yan tikişin aşağı hissəsi 10−12 sm uzunluğunda açıq saxlanılır (şəkillər 22, 23).
4.4. Qış gödəkçəsi astarlıdır. Ön hissənin mərkəzində 5 gizli düymə ilə bağlanır.
Gödəkçənin döş səviyyəsində üstdənqoyma (maili, bir-birinə simmetrik) qapaqlı ciblər tikilir. Döş səviyyəsində tikilən ciblərin eni 13 sm, hündürlüyü isə qapaqla birlikdə 16 sm olmalıdır. Üst cibin qapaqları cibə tekstil yapışqanı vasitəsilə bərkidilməlidir. Gödəkçənin sağ döş cibinin qapağı üzərinə üstündə hərbi qulluqçunun soyadı və qan qrupu göstərilən kamuflyaj rəngli döş nişanı tikilir. Ali zabitlər üçün gödəkçənin sol döş cibinin qapağı üzərinə vəzifəsi göstərilən kamuflyaj rəngli döş nişanı tikilir. Kürək hissəsi bütöv biçimli olub, hər iki tərəfdən qoldibi istiqamətinə qatla hazırlanır. Qolu ikihissəlidir, dirsək səviyyəsində üstdənqoyma dirsəklik tikilir. Sağ qolun üzərində çiyindən 6 sm məsafədə üstdənqoyma cib tikilir. Cibin eni 12 sm, hündürlüyü isə qapaqla birlikdə 14 sm olmalıdır. Qolun aşağıda eni 16 sm olmalıdır. Qolun girişindən 4 sm məsafədə dirsək tikişinə qoyularaq tekstil yapışqanı ilə bərkidilən kəmərcik tikilir. Kəmərciyin uzunluğu 6−7 sm olmalıdır. Qolun qoldibinə birləşdirilən tikişinə çiyin səviyyəsində qoyulan kəmərciyin bir ucu tikilir, kəmərciyin digər ilgəkli ucu çiyin tikişinə yaxalıq altında bir düymə (düymənin qoldibi tikişindən çiyin səviyyəsində məsafəsi azı 13 sm olmalıdır) ilə bağlanır. Kəmərciyin eni çiyin nahiyəsində 5 sm, ucunda isə 3,5 sm olmalıdır. Gödəkçə dikdurumlu və qatlana bilən yaxalıqlı olmalıdır. Gödəkçənin beli qaytanla yığılır. Yaxalığın hər iki sonuna lent tikilir. Bort, yaxalıq, cib qapaqları, kəmərcik, manjet, kənardan 0,5 sm enində bəzək tikişi qoyulur. Sol bortun kənarından 3,5 sm məsafədə bəzək tikişi qoyulur. Gödəkçənin sol qolunun xarici səthinə Agentliyə mənsubiyyəti bildirən tünd-yaşıl rəngli fərqləndirmə qol nişanı tikilir (şəkil 23).
4.5. Qış şalvarı kəməri ilə bütöv biçimli, yan ciblidir. Yan ciblərdən aşağıda irihəcmli, üstdənqoyma qapaqlı cib tikilir. Cib qapağı 2 düymə 2 ilgəklə bağlanır. Kəmər boyu bərabər məsafələrdə 4 sm hündürlüyündə 7 ədəd körpücük və bir-birindən eyni məsafədə 3 ədəd düymə ilə bağlanan kəmərcik tikilir. Kəmərin arxa hissəsinə, yan tikişlərdən 12 sm-lik məsafəyə eni 3 sm olan rezin tikilir. Ön hissədə diz qapağı səviyyəsində üstdənqoyma dizlik tikilir. Şalvarın arxa sağ yarımhissəsi çərçivəli, qapaqlı, listik ciblidir. Cib qapağı bir ilgək və bir düymə ilə gizli bağlanır. Şalvar ön hissədə düymənin və ilgəyin biri kəmərdə olmaqla 4 düymə və 4 ilgəklə bağlanır. Kəmərdəki düymə istisna olmaqla, qalan 3 düymə gizli bağlanır. Arxa və yan cib qapaqları kənardan 0,5 sm enində bəzək tikişi qoyulur. Şalvarın aşağı hissəsi elastik qaytan ilə yığılır. Şalvarın aşağı hissəsinə yan tikişlər səviyyəsində eni 2,5—3 sm olan rezinin ucları tikilir (şəkil 23).
4.6. Yay gödəkçəsi kamuflyaj rəngli parçadan tikilir. Ön hissənin mərkəzindən 5 gizli düymə ilə bərkidilməlidir. Gödəkçənin döş səviyyəsində üstdən qoyma (maili, birbirinə simmetrik) qapaqlı ciblər tikilir. Döş səviyyəsində tikilən ciblərin eni 13 sm, hündürlüyü isə qapaqla birlikdə 16 sm olmalıdır. Üst cib qapaqları cibə tekstil yapışqanı vasitəsilə bağlanmalıdır. Gödəkçənin sağ döş cibinin qapağı üzərinə üstündə hərbi qulluqçunun soyadı və qan qrupu (rezus-faktor) göstərilən kamuflyaj rəngli döş nişanı tikilir. Ali zabitlər üçün gödəkçənin sol döş cibinin qapağı üzərinə vəzifəsi göstərilən kamuflyaj rəngli döş nişanı tikilir. Kürək hissəsi bütöv biçimli olub, hər iki tərəfdən qoldibi istiqamətinə qatla hazırlanır. Qollar ikihissəlidir, dirsək səviyyəsində üstdənqoyma dirsəklik tikilir. Sağ qolun üzərində çiyindən 6 sm məsafədə üstdənqoyma cib tikilir. Cibin eni 12 sm, hündürlüyü isə qapaqla birlikdə 14 sm olmalıdır. Qolun aşağı hissəsi manjetlidir, bir düymə bir ilgəklə bağlanır. Manjetin uzunluğunu tənzimləmək üçün 2 düymə bir-birindən 2 sm məsafədə tikilməlidir. Daxili, ilgəkli kəmərcik qollar içərisində dirsəkliyin yuxarı kənarından tikilir. Daxili kəmərcik qolun qısa qol əmələ gətirməsinə xidmət edir. Daxili kəmərciyi bağlamaq üçün hər iki qola üstdən, dirsəkdən yuxarı, çiyin tikişindən 23 sm məsafədə düymə tikilir. Qolun qol dibinə birləşdirilən tikişinə çiyin səviyyəsində qoyulan kəmərciyin bir ucu tikilir, kəmərciyin digər ilgəkli ucu çiyin tikişinə yaxalıq altında bir düymə (düymənin qoldibi tikişindən çiyin səviyyəsinə məsafəsi azı 13 sm olmalıdır) ilə bağlanır. Kəmərciyin eni çiyin nahiyəsində 5 sm, ucunda isə 3,5 sm olmalıdır. Gödəkçə dikdurumlu və qatlana bilən yaxalıqlı olmalıdır. Gödəkçənin beli qaytanla yığılır. Yaxalığın hər iki sonuna lent tikilir. Bort, yaxalıq, cib qapaqları, kəmərcik və manjetə kənardan 0,5 sm enində bəzək tikişi qoyulur. Sol bortun kənarından 3,5 sm məsafədə bəzək tikişi tikilir. Gödəkçənin sol qolunun xarici səthinə Agentliyə mənsubiyyəti bildirən tünd-yaşıl rəngli fərqləndirmə qol nişanı tikilir (şəkil 23).
4.7. Yay şalvarı kəməri ilə bütöv biçimli, yan ciblidir. Yan ciblərdən aşağıda irihəcmli, üstdənqoyma, qapaqlı cib tikilir. Cib qapaqları cibə tekstil yapışqanı vasitəsilə bərkidilməlidir. Kəmər boyu bərabər məsafələrdə 4 sm hündürlüyündə 7 ədəd körpücük və bir-birindən eyni məsafədə 3 ədəd düymə ilə bərkidilən kəmərcik tikilir. Kəmərin arxa hissəsinə, yan tikişlərdən 12 sm-lik məsafəyə rezin tikilir. Rezinin eni 3 sm olmalıdır. Ön hissədə diz qapağı səviyyəsində üstdənqoyma dizlik tikilir. Şalvarın arxa sağ yarımhissəsi çərçivəli, qapaqlı, listik ciblidir. Cib qapağı tekstil yapışqanı vasitəsilə bağlanır. Şalvar ön hissədə düymənin və ilgəyin biri kəmərdə olmaqla 4 düymə və 4 ilgəklə bağlanır. Kəmərdəki düymə istisna olmaqla qalan 3 düymə gizli bağlanır. Arxa və yan cib qapaqları kənardan 0,5 sm enində bəzək tikişi qoyulur. Şalvarın aşağı hissəsi elastik qaytan ilə yığılır. Şalvarın aşağı hissəsinə yan tikişlər səviyyəsində eni 2,5—3 sm olan rezinin ucları tikilir. Şalvarın arxa hissəsinə orta tikiş sahəsində əsas parçadan gücləndirici tikilir (şəkil 23).
4.8. Yun köynək qara rənglidir, yundan toxunulur. Yaxası boğaza kimidir. Aşağı kənarları manjetlidir. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Yun köynəyin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər kiçik adi düymə ilə və ilgəklə düymələnir. Üzərində heç bir fərqləndirmə nişanı yoxdur.
4.9. Uzunqol və qısaqol maykalar qara rəngli pambıq parçadan hazırlanır. Yaxası boğaza kimidir.
4.10. Şərf kamuflyaj rəngli yun (pambıq) parçadan hazırlanır. Ölçüləri 120x20 sm-dir.
4.11. Uzunboğaz çəkmə qara rənglidir. Dabanı və altlığı bütövdür, qəliblənmişdir.
Bağları vardır, burnu və arxa hissəsi möhkəmləndirilmişdir.
4.12. Əlcək qara rəngli yundan toxunulur.
4.13. Corab qara rənglidir və uzunboğaz çəkmə ilə geyinilir.
4.14. Papaq ali zabitlər üçün tünd-qəhvəyi və ya boz rəngli təbii qaragül dərisindən tikilir. Günlüyün üstünə ali zabitlər üçün müəyyən edilmiş tünd-yaşıl rəngli naxışı olan kamuflyaj rəngli üzlük tikilir, günlük bərk materialdan hazırlanır, papağın içində ipək astar vardır. Papaq polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən, digər hərbi qulluqçular üçün boz rəngli süni xəzdən tikilir, papağın içində polkovniklər üçün ipək astar, digər hərbi qulluqçular üçün sarja astar vardır. Papaqların tünd-yaşıl rəngli tikmə kokardası vardır (şəkil 28).
4.15. Qış furajkası kamuflyaj rəngli parçadan hazırlanır. Üç yan, bir ön xiştəkdən, qulaqlıqdan (ali zabitlər istisna olmaqla) və günlük hissələrdən ibarətdir. İstiləşdirilmiş astarı vardır. Furajkanın ön xiştəyi üzərində hərbi qulluqçuların heyətləri üçün müəyyən edilmiş tünd-yaşıl rəngli tikmə kokarda vardır. Günlük üzərinə kamuflyaj rəngli parça çəkilmiş bərk materialdan hazırlanır. Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş tünd-yaşıl rəngli tikmə naxış vardır (şəkil 28).
4.16. Şalvar qayışı qara rənglidir.
4.17. Yay furajkası kamuflyaj rəngli parçadandır. Üç yan, bir ön xiştəkdən və günlük hissələrdən ibarətdir. Furajkanın ön xiştəyinin üzərində hərbi qulluqçuların heyətləri üçün müəyyən edilmiş tünd-yaşıl rəngli tikmə kokarda vardır. İki arxa xiştək furajkanın ölçüsünü tənzimləyən elastik lentlə yığılır. Günlük üzərinə kamuflyaj rəngli parça çəkilmiş bərk materialdan hazırlanır. Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş tündyaşıl rəngli tikmə naxış vardır (şəkil 28).
4.18. Sukeçirməyən plaş-örtük kamuflyaj rənglidir, yaz və payız mövsümündə istifadə edilir.
5. Fərqləndirmə nişanları
5.1. Agentliyin hərbi qulluqçuları üçün fərqləndirmə nişanları aşağıdakılara görə müəyyən edilir:
5.1.1. dövlət mənsubiyyətinə görə;
5.1.2. Agentliyə mənsubiyyətinə görə;
5.1.3. hərbi rütbəyə görə;
5.1.4. hərbi qulluqçuların heyətinə görə.
5.2. Dövlət mənsubiyyətinə görə fərqləndirmə qol nişanını Agentliyin hərbi qulluqçuları qış paltosunun, demisezon paltonun, demisezon gödəkçənin və kitelin sağ qolunun xarici səthində daşıyırlar.
5.3. Agentliyə mənsubiyyətinə görə fərqləndirmə nişanı üstündə "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri yazılmış Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan qol nişanı və metaldan (parçadan) hazırlanmış, üzərində Agentliyin emblemi yerləşdirilmiş döş və yaxa nişanlarıdır (şəkil 41).
5.4. Agentliyə mənsubiyyətinə görə fərqləndirmə qol nişanını hərbi qulluqçular qış paltosunun, demisezon gödəkçənin, kitelin və kamuflyaj rəngli gödəkçələrin sol qolunun xarici səthində daşıyırlar.
5.5. Agentliyə mənsubiyyətinə görə fərqləndirmə döş nişanını hərbi qulluqçular kitelin (metaldan) və köynəyin (parçadan) sol döşündə daşıyırlar.
5.6. Fərqləndirmə yaxa nişanını ali zabitlər demisezon gödəkçənin, kitelin, kamuflyaj rəngli gödəkçələrin yaxalıqlarının künclərində daşıyırlar. Ali zabitlərin demisezon gödəkçələrinə, kitelinə palıd budaqları şəklində qızılı rəngli, kamuflyaj rəngli gödəkçələrinə isə tünd-yaşıl rəngli yaxa nişanı tikilir. Digər hərbi qulluqçular yaxa nişanını kitelin, kamuflyaj rəngli gödəkçələrin yaxalıqlarının künclərində daşıyırlar. Zabitlərin, gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının kitelinin yaxalıqlarının künclərinə qızılı rəngli metal emblem bərkidilir. Səhra geyim formasının gödəkçələrinə tünd-yaşıl rəngli tikmə yaxa nişanı (hüquqşünas və tibb profilli hərbi uçot ixtisaslarına malik olan zabitlər istisna olmaqla) tikilir. Agentliyin hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitləri prokurorluğun müvafiq metaldan olan qızılı rəngli, tibb profilli hərbi uçot ixtisaslarına malik olan zabitləri isə Ümumdünya Səhiyyə Təşkilatının müvafiq metaldan qızılı rəngli yaxa nişanı daşıyırlar.
5.7. Agentliyin hərbi qulluqçularının hərbi rütbəyə görə fərqləndirmə nişanları poqonlardır. Poqonlar hərbi rütbəni müəyyən etmək üçündür. Poqonları bütün hərbi qulluqçular daşıyırlar. Agentliyin hərbi qulluqçularının poqonlarının rəngləri tündzeytun, səhra geyim formasının poqonları isə kamuflyaj rəngli müəyyən edilir.
5.8. Daşınma üsuluna görə poqonlar tikilən və taxılıb-çıxarılan poqonlara bölünür:
5.8.1. tikilmə poqonları ali zabitlər mərasim geyim formasının qış paltosunda və kitelində, gündəlik geyim formasının demisezon paltosunda, demisezon gödəkçəsində və kitelində daşıyırlar. Digər hərbi qulluqçularda tikilmə poqonlar mərasim geyim formasının qış paltosunda və kitelində, gündəlik geyim formasının kitelində daşınır. Mərasim geyim formasının poqonlarında qızılı rəngli naxış vardır. Ali zabitlərin poqonlarının kənarlarında qırmızı rəngli kant vardır. Ali zabitlərin mərasim və gündəlik geyim formaları üçün tikilmə poqonlarının aşağı kənarından 10 mm məsafədə çarpazlaşdırılmış qılınclarla qızılı rəngli 42x27 mm ölçülü aypara və səkkizguşəli ulduz yerləşdirilir. Baş zabitlərin tikilmə poqonlarının aşağı kənarından 12 mm məsafədə qızılı rəngli metaldan 40x25 mm ölçülü aypara və səkkizguşəli ulduz yerləşdirilir. Tikilmə poqonların yuxarı hissəsi hərbi qulluqçuların heyətindən asılı olaraq 15 mm diametrli müvafiq qızılı rəngli orta ölçülü düymə ilə bərkidilir. Tikilmə poqonların uzunluğu 120−180 mm, aşağı kənarının eni ali zabitlər üçün 56 mm, digər hərbi qulluqçular üçün 50 mm, yuxarı kənarının eni ali zabitlər üçün 40 mm, digər hərbi qulluqçular üçün isə 35 mm-dir (şəkil 34). Kiçik zabitlərin tikilmə poqonlarında onların hərbi rütbələrinə müvafiq, qızılı rəngli metaldan səkkizguşəli ulduzlar yerləşdirilir. Gizirlərin tikilmə poqonlarında qızılı rəngli metaldan günyə və onların hərbi rütbələrinə müvafiq, səkkizguşəli metal ulduzlar yerləşdirilir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının tikilmə poqonlarında isə onların hərbi rütbələrinə müvafiq, qızılı rəngli metal günyələr yerləşdirilir. Ulduzlar guşələrindən biri poqonun düyməsinə doğru, günyələr isə poqonun aşağı kənarından düyməsinə doğru istiqamətlənmiş halda yerləşdirilir (şəkil 34);
5.8.2. taxılıb-çıxarılan poqonları ali zabitlər səhra geyim formasının gödəkçələrində, yun köynəklərdə və köynəklərdə, digər hərbi qulluqçular isə qış yarımpaltosunda, demisezon gödəkçədə, səhra geyim formasının gödəkçələrində, yun köynəklərdə və köynəklərdə daşıyırlar. Taxılıb-çıxarılan poqonlar poqon üçün nəzərdə tutulan kəmərciklərə taxılır, yuxarı hissəsində tünd-zeytun rəngli (köynəklərdə sarıya çalan açıqqəhvəyi rəngli) kiçik ölçülü düymə yerləşdirilir. Ali zabitlərin taxılıb-çıxarılan poqonlarının aşağı kənarından 10 mm məsafədə qızılı rəngli, səhra geyim forması üçün tünd-yaşıl rəngli çarpazlaşdırılmış qılınclarla 42x27 mm ölçülü aypara və səkkizguşəli ulduz yerləşdirilir. Baş zabitlərin gündəlik geyim forması üçün taxılıb-çıxarılan poqonlarının aşağı kənarından 12 mm məsafədə qızılı rəngli, səhra geyim forması üçün tünd-yaşıl rəngli 40x25 mm ölçülü aypara və səkkizguşəli ulduz tikilir. Kiçik zabitlərin taxılıb-çıxarılan poqonlarına qızılı, səhra geyim forması üçün tünd-yaşıl rəngli səkkizguşəli ulduzlar tikilir. Gizirlərin taxılıb-çıxarılan poqonlarına qızılı, səhra geyim forması üçün tünd-yaşıl rəngli xətt və onların hərbi rütbələrinə müvafiq səkkizguşəli ulduzlar tikilir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının poqonlarına isə onların hərbi rütbələrinə müvafiq qızılı, səhra geyim forması üçün tünd-yaşıl rəngli xətlər tikilir. Agentliyin tibb profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin gündəlik geyim formasının taxılıb-çıxarılan poqonlarında qızılı, səhra geyim forması üçün Ümumdünya Səhiyyə Təşkilatının tündyaşıl rəngli müvafiq emblemi yerləşdirilir. Ali zabitlərin taxılıb-çıxarılan poqonlarının ölçüləri onların tikilmə poqonlarının ölçüləri ilə eynidir. Digər zabitlərin, gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının taxılıb-çıxarılan poqonlarının uzunluğu 125 mm, aşağı hissəsinin eni zabitlərdə 60 mm, gizirlərdə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularında 50 mm, yuxarı hissəsinin eni isə 45 mm-dir. Gizirlərin taxılıb-çıxarılan poqonlarının aşağısında 8 mm enində qızılı rəngli xətt vardır. Ulduzların ölçüsü 17 mm-dir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının poqonlarının aşağısında onların hərbi rütbələrinə müvafiq 7 mm enində xətlər vardır. Xətlər arasındakı məsafə 2 mm-dir (şəkil 33).
5.9. Agentlik rəisinin poqonlarının kənarları qızılı rəngli palıd yarpaqları ilə, səhra geyim formasının poqonları isə tünd-yaşıl rəngli palıd yarpaqları ilə əhatələnmişdir (şəkil 31).
5.10. Zabitlərin heyətindən asılı olaraq onların poqonlarındakı ulduzların ölçüləri müxtəlifdir: ali zabitlər üçün — 25 mm, baş zabitlər üçün — 22 mm, kiçik zabitlər üçün —17 mm (şəkillər 35−37).
5.11. Zabitlərin poqonlarındakı ulduzlar uzununa sıra ilə yerləşdirilir. Hərbi rütbədən asılı olaraq poqonlarda ulduzların sayı aşağıdakı kimidir (şəkillər 32, 33):
5.11.1. general-polkovnik — 3 ulduz;
5.11.2. general-leytenant — 2 ulduz;
5.11.3. general-mayor — 1 ulduz;
5.11.4. polkovnik — 3 ulduz;
5.11.5. polkovnik-leytenant — 2 ulduz;
5.11.6. mayor — 1 ulduz;
5.11.7. kapitan — 4 ulduz;
5.11.8. baş leytenant — 3 ulduz;
5.11.9. leytenant — 2 ulduz;
5.11.10. kiçik leytenant — 1 ulduz.
5.12. Gizirlərin hərbi rütbəyə görə poqonlarında ulduzların sayı aşağıdakı kimi müəyyən edilir (şəkil 37):
5.12.1. baş gizir — 3 ulduz;
5.12.2. gizir — 2 ulduz;
5.12.3. kiçik gizir — 1 ulduz.
5.13. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının poqonları üçün günyələrin (xətlərin) sayı aşağıdakı kimi müəyyən edilir (şəkil 37):
5.13.1. baş çavuş — 4 günyə (xətt);
5.13.2. çavuş — 3 günyə (xətt);
5.13.3. kiçik çavuş — 2 günyə (xətt).
5.14. Səhra geyim formasının və xüsusi geyimin poqonlar üçün nəzərdə tutulan kəmərcikləri adi, mərasim və gündəlik geyim formasının geyim əşyalarında (qış paltosu, demisezon gödəkçə, gödəkçələr, yun köynək və köynəkdən başqa) poqonlar üçün nəzərdə tutulan kəmərcikləri isə qızılı rəngli kiçik ölçülü düymə ilə düymələnir.
5.15. Hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanı baş geyimi nişanı olan kokardadır. Kokardalar mərasim və gündəlik geyim formalarında qızılı rəngli, səhra geyim formasında isə tünd-yaşıl rəngli, tikiləndir. Kokardaların təsvirindəki fon tünd-zeytun rəngindədir. Kokardaların üstündəki təsvir hərbi qulluqçuların heyətindən asılı olaraq ali zabitlər, zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün kokardalara görə bölünür.
5.16. Kokardaların ölçüləri:
5.16.1. ali zabitlər üçün — papaqlarda, tünd-zeytun rəngli furajkada, tünd-zeytun rəngli şlyapada, kamuflyaj rəngli furajkalarda 131x67 mm, buxara papaqda və tündzeytun rəngli pilotkada 80x50 mm-dir;
5.16.2. zabitlər üçün — 68x58 mm-dir;
5.16.3. gizirlər üçün — 48x52 mm-dir;
5.16.4. müddətdən artıq həqiqi xidmət hərbi qulluqçuları üçün - 30x40 mm-dir.
5.17. Kokarda bütün növ baş geyimlərinin (pilotkadan başqa) ön tərəfində, pilotkada isə sol tərəfdə yerləşdirilir.
5.18. Kokarda aşağıdakı qaydada yerləşdirilir:
5.18.1. buxara papaqda — papağın aşağı kənarından 50 mm məsafədə;
5.18.2. papaqlarda — papaqların aşağı kənarından 5 mm məsafədə;
5.18.3. qulaqlı papaqda və qış papağında - papaqların aşağı kənarından 30 mm məsafədə;
5.18.4. furajkada — dekorativ çənəaltı qayışcığın yuxarısında;
5.18.5. şlyapada — dekorativ çənəaltı qayışcığın yuxarısında;
5.18.6. pilotkada — sol tərəfdə, pilotkanın aşağı və ön kənarından kokardanın aşağı və yan kənarınadək 20 mm məsafədə;
5.18.7. kamuflyaj furajkada — günlükdən 5 mm məsafədə.
Şəkil 1. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın ali zabitlərinin qış mərasim geyim forması. Şəkil 2. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi hərbi qulluqçularının qış mərasim geyim forması. . Şəkil 3. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qadın hərbi qulluqçularının qış mərasim geyim forması. . Şəkil 4. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın ali zabitlərinin yay mərasim geyim forması. Şəkil 5. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qadın hərbi qulluqçularının yay mərasim geyim forması. Şəkil 6. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi hərbi qulluqçularının yay mərasim geyim forması. Şəkil 7. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi ali zabitlərinin qış yarımpaltosunda gündəlik geyim forması. Şəkil 8. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qadın ali zabitlərinin qış yarımpaltosunda gündəlik geyim forması. Şəkil 9. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi hərbi qulluqçularının demisezon paltoda gündəlik qış geyim forması. Şəkil 10. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qadın hərbi qulluqçularının demisezon paltoda gündəlik qış geyim forması. Şəkil 11. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın ali zabitlərinin demisezon gödəkçədə gündəlik geyim forması. Şəkil 12. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi hərbi qulluqçularının demisezon gödəkçədə gündəlik geyim forması. Şəkil 13. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qadın hərbi qulluqçularının demisezon gödəkçədə gündəlik geyim forması. Şəkil 14. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi hərbi qulluqçularının kiteldə gündəlik yay geyim forması. Şəkil 15. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qadın hərbi qulluqçularının kiteldə gündəlik yay geyim forması. Şəkil 16. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın ali zabitlərinin qısaqol köynəkdə gündəlik geyim forması. Şəkil 17. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi hərbi qulluqçularının qısaqol köynəkdə gündəlik geyim forması. Şəkil 18. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın ali zabitlərinin uzunqol köynəkdə gündəlik geyim forması. Şəkil 19. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi hərbi qulluqçularının uzunqol köynəkdə gündəlik geyim forması. Şəkil 20. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın ali zabitlərinin yun köynəkdə gündəlik qış geyim forması. Şəkil 21. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın hərbi qulluqçularının yun köynəkdə gündəlik qış geyim forması. Şəkil 22. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kişi və qadın ali zabitlərinin istiləşdirilmiş gödəkçədə qış səhra geyim forması. Şəkil 23. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının səhra geyim forması. Şəkil 24. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin xüsusi xidmət geyim forması. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ali zabitlərinin kiteldə fərqləndirmə nişanlarının yerləşdirilməsi Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının qısaqol köynəkdə fərqləndirmə nişanlarının yerləşdirilməsi Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ali zabitlərinin mərasim geyim formasında fərqləndirmə nişanlarının yerləşdirilməsi Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının demisezon gödəkçədə fərqləndirmə nişanlarının yerləşdirilməsi Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının kiteldə fərqləndirmə nişanlarının yerləşdirilməsi Şəkil 25. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının fərqləndirmə nişanlarının hərbi geyim formasında daşınması Şəkil 26. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının yay baş geyimləri. ali zabitlər üçün kişi hərbi qulluqçular üçün qadın hərbi qulluqçular üçün Şəkil 27. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının qış baş geyimləri. ali zabitlər üçün digər hərbi qulluqçular üçün ali zabitlər üçün digər hərbi qulluqçular üçün Şəkil 28. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının səhra baş geyimləri. Baş geyimlərində kokardaların ölçüləri Şəkil 29. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının baş geyimlərində kokardaların ölçüləri Zabitlərin kokardaları Zabitlərin kokardaları Gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların kokardaları ali zabitlər üçün baş zabitlər üçün kiçik zabitlər üçün Gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular üçün Şəkil 30. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının baş geyimlərində kokardaları və günlükləri Şəkil 31. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin poqonları SOMDA rəisi general-polkovnik general-leytenant general-mayor baş gizir gizir kiçik gizir polkovnik polkovnik-leytenant mayor baş əsgər əsgər Gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların tikilmə paqonları kapitan baş leytenant leytenant kiçik leytenant Zabitlərin tikilmə paqonları Şəkil 32. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının gündəlik geyim formasındakı taxılıb-çıxarılan poqonları SOMDA rəisi general-polkovnik general-leytenant general-mayor polkovnik polkovnik-leytenant mayor kapitan baş leytenant leytenant kiçik leytenant baş g izir gizir kiçik gizir baş çavuş çavuş kiçik çavuş baş əsgər əsgər Şəkil 33. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının səhra geyim formasındakı taxılıb-çıxarılan poqonları Şəkil 34. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının mərasim geyim formasındakı taxılıb-çıxarılan poqonları Şəkil 35. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ali zabitlərinin və zabitlərinin tikilmə və taxılıb-çıxarılan poqonlarında yerləşdirilmiş ulduzların sayı və emblemlərin ölçüləri Şəkil 36. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ali zabitlərinin və zabitlərinin səhra geyim formasında tikilmə və taxılıb-çıxarılan poqonlarında yerləşdirilmiş ulduzların sayı və emblemlərin ölçüləri ,. . .. • •• :- ( ,,,.. .. Il ·I ., ,. =-1 417 I " ·• ,. • ·I • .. ulduz xen ·g . I gizlrter u<;:un xelt '8 . I rnuddatden art 1q heqiqi harbi ' xidrnat harbi qulluq<;:ulari ll<;:On �akil 37. Azarbaycan Respubllkasmm Strateji Obyektlarin MUhafizasi D<ivlat Agentliyinin gizirlarinin ve muddatdan art, q haqiqi harbi xidmel harbi qulluq 1;ulannm likilma va tax 1hb 1,1xanlan poqonlarmda yerla!idirilmi!i ulduzlann say 1 va emblemlarin 6l1;Ulari Şəkil 38. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim formasındakı düymələr və qalstuk üçün sıxacları ali zabitlər üçün kiteldə və səhra geyim formasında yaxa nişanları digər hərbi qulluqçular üçün kiteldə və səhra geyim formasında yaxa nişanları Ali zabitlər üçün Şəkil 39. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının yaxa nişanları Şəkil 40. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qadın hərbi qulluqçularının gündəlik hərbi geyim forması ilə daşıdığı əl çantası Şəkil 41. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının fərqləndirmə qol və döş nişanı. Şəkil 42. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının məharət dərəcələri