Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 93-4-cü maddəsinə uyğun olaraq aşağıdakı şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
Cəfərov İlqar Xanlar oğlu, Vəliyev Sərvər Yaqub oğlu.
2. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
Baxışova Vüsalə Ələkbər qızı, Həsənov Rəşad Məhəmməd oğlu, Qurbanov Raqib Əliddin oğlu.
3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Bakı şəhəri, 8 oktyabr 2024-cü il