QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 28 Sep 2024

Aktın mətni

Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması QAYDASI

1. Ümumi müddəa Bu Qayda "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 17.4-3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və xüsusi, hərbi, diplomatik rütbələrin (bundan sonra − rütbə) və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.

2. Rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması

2.1. Rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması bu Qaydanın Əlavəsinə uyğun olaraq aparılır.

2.2. Rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir:

2.2.1. dövlət qulluqçusu dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə ona rütbə verilərkən malik olduğu ixtisas dərəcəsi, habelə həmin ixtisas dərəcəsində qulluq müddəti nəzərə alınır;

2.2.2. dövlət orqanında işləmiş və ixtisas dərəcəsinə malik olan şəxs sonradan dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə ona rütbə verilərkən malik olduğu ixtisas dərəcəsi, habelə həmin ixtisas dərəcəsində qulluq müddəti nəzərə alınır;

2.2.3. dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) keçən və dövlət qulluğu vəzifəsinə qəbul edilən şəxsə ixtisas dərəcəsi verilərkən malik olduğu rütbə, habelə həmin rütbədə qulluq (xidmət) müddəti nəzərə alınır;

2.2.4. dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçmiş və rütbəyə malik olan şəxs sonradan dövlət qulluğu vəzifəsinə qəbul edildikdə ona ixtisas dərəcəsi verilərkən malik olduğu rütbə, habelə həmin rütbədə qulluq (xidmət) müddəti nəzərə alınır;

2.2.5. dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) keçən şəxs dövlət qulluğunun xüsusi növünə aid digər dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə ona rütbə verilərkən malik olduğu rütbə, habelə həmin rütbədə qulluq (xidmət) müddəti nəzərə alınır;

2.2.6. dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) keçmiş şəxs sonradan dövlət qulluğunun xüsusi növünə aid digər dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə ona rütbə verilərkən malik olduğu rütbə, habelə həmin rütbədə qulluq (xidmət) müddəti nəzərə alınır.

2.3. Dövlət qulluqçusu və ya əvvəllər dövlət orqanında işləmiş və ixtisas dərəcəsinə malik olan şəxs dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilərkən, habelə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanında qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxs dövlət qulluğunun xüsusi növünə aid digər dövlət orqanında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilərkən ona təyin olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddi nəzərə alınmaqla rütbə verilir.

2.4. Dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxs dövlət qulluğuna qəbul edilərkən həmin şəxsə təyin olunduğu vəzifənin təsnifatı üzrə müəyyən edilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ixtisas dərəcəsi verilir.

2.5. Dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxsin malik olduğu rütbə onun dövlət qulluğunda təyin olunduğu vəzifənin təsnifatı üzrə nəzərdə tutulmuş ixtisas dərəcələrindən yuxarıdırsa, ona həmin təsnifat üzrə müəyyən edilmiş ən yüksək ixtisas dərəcəsi verilir.

2.6. Dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxsin malik olduğu rütbə onun dövlət qulluğunda təyin olunduğu vəzifənin təsnifatı üzrə nəzərdə tutulmuş ixtisas dərəcələrindən aşağıdırsa, ona həmin təsnifat üzrə müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

2.7. Dövlət qulluqçusu və ya əvvəllər dövlət orqanında işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsi onun dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xidmətə (qulluğa) qəbul olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddindən yuxarıdırsa, ona həmin vəzifə üzrə müəyyən edilmiş ən yüksək rütbə verilir.

2.8. Dövlət qulluqçusu və ya əvvəllər dövlət orqanında işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsi onun dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xidmətə (qulluğa) qəbul olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddindən aşağıdırsa, ona həmin vəzifə üzrə müəyyən edilmiş ən kiçik rütbə verilir.

2.9. Dövlət qulluğunun xüsusi növünə aid bir dövlət orqanından digərinə qulluğa (xidmətə) qəbul edilərkən şəxsin malik olduğu rütbə onun təyin olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddindən yuxarıdırsa, ona həmin vəzifə üzrə müəyyən edilmiş ən yüksək rütbə verilir.

2.10. Dövlət qulluğunun xüsusi növünə aid bir dövlət orqanından digərinə qulluğa (xidmətə) qəbul edilərkən şəxsin malik olduğu rütbə onun təyin olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddindən aşağıdırsa, ona həmin vəzifə üzrə müəyyən edilmiş ən kiçik rütbə verilir.

3. Yekun müddəalar

3.1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərinə uyğun olaraq verilmiş və bu Qaydanın Əlavəsinin 1.1−1.4-cü bəndlərində nəzərdə tutulmuş rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması məsələsinə müvafiq dövlət orqanı rəhbərinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən baxılır.

3.2. Bu Qaydanın Əlavəsinin 2.1−2.7-ci bəndlərində nəzərdə tutulmuş rütbə və ixtisas dərəcələrinin hərbi rütbələrə uyğunlaşdırılması Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 46-cı maddəsinə əsasən keçirilən attestasiyanın nəticəsinə uyğun olaraq aparılır.

3.3. Səfərbərlik zamanı hərbi xidmətə çağırılan xüsusi, diplomatik rütbəyə və ixtisas dərəcəsinə malik olan şəxsə münasibətdə xüsusi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin hərbi rütbələrə uyğunlaşdırılması aparılmır.

3.4. Həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət orqanına ezam olunaraq dövlət qulluğu vəzifəsinə təyin edilən hərbi qulluqçulara münasibətdə hərbi rütbələrin ixtisas dərəcələrinə uyğunlaşdırılması aparılmır.

3.5. Bu Qaydanın Əlavəsinin 2.1−2.13-cü bəndlərində nəzərdə tutulan rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması müvafiq dövlət orqanının rəhbəri tərəfindən həyata keçirilir.

3.6. İxtisas dərəcələrinin və rütbələrin verilməsini təsdiq edən sənədlərə rütbənin və ixtisas dərəcəsinin verilməsi barədə əmrlərdən (sərəncamlardan və s.) çıxarışlar, əmək kitabçası, hərbi bilet və ya digər sənədlər aiddir.

3.7. Bu Qaydanın 3.5-ci bəndində nəzərdə tutulan halda rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması ilə əlaqədar mübahisə yarandıqda, müvafiq dövlət orqanı və ya şəxs bu barədə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına və məhkəməyə müraciət edə bilər.

3.8. Bu Qaydaya uyğun olaraq barəsində rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması aparılmış şəxs sonradan daha yüksək vəzifəyə (yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə və ya rütbə həddi yuxarı olan vəzifəyə) təyin olunduqda, həmin yüksək vəzifəyə əsasən yenidən uyğunlaşdırma aparılmasına yol verilir.

3.9. Bu Qayda qüvvəyə minənədək dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) keçmiş şəxs dövlət qulluğu vəzifəsinə və ya dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmişdirsə və ya dövlət qulluğunda işləmiş şəxs dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmişdirsə, həmin şəxslərin təyin olunduqları vəzifə üzrə rütbə həddi (vəzifə təsnifatı üzrə nəzərdə tutulmuş ixtisas dərəcələri) nəzərə alınmaqla, onların malik olduğu rütbə və ixtisas dərəcəsinin qarşılıqlı uyğunlaşdırılmasının aparılmasına yol verilir. "Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası"na Əlavə Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması CƏDVƏLİ Sıra №-si Dövlət qulluğunda ixtisas dərəcələri Hərbi rütbələr Prokurorluq orqanlarında rütbələr Ədliyyə orqanlarında xüsusi rütbələr Fövqəladə hallar orqanlarında xüsusi rütbələr Miqrasiya orqanlarında xüsusi rütbələr Daxili işlər orqanlarında xüsusi rütbələr Gömrük orqanlarında xüsusi rütbələr Vergi orqanlarında xüsusi rütbələr Diplomatik rütbələr 1 2 3 4 5 6 7 8 9 10 11

1. Ali rütbələr və ixtisas dərəcələri

1.1. həqiqi dövlət müşaviri ordu generalı həqiqi dövlət ədliyyə müşaviri həqiqi dövlət ədliyyə müşaviri - - - həqiqi dövlət gömrük xidməti müşaviri həqiqi dövlət vergi xidməti müşaviri -

1.2. 1-ci dərəcə dövlət müşaviri general-polkovnik, admiral Idərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə generalpolkovniki Idərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə generalpolkovniki - Idərəcəli dövlət miqrasiya xidməti müşaviri polis generalpolkovniki gömrük xidməti generalpolkovniki 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri fövqəladə və səlahiyyətli səfir

1.3. 2-ci dərəcə dövlət müşaviri general-leytenant, vitse-admiral, tibb xidməti generalleytenantı, ədliyyə general-leytenantı II dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə generalleytenantı II dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə generalleytenantı daxili xidmət generalleytenantı, tibb xidməti generalleytenantı II dərəcəli dövlət miqrasiya xidməti müşaviri polis generalleytenantı gömrük xidməti generalleytenantı 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

1.4. 3-cü dərəcə dövlət müşaviri general-mayor, kontr-admiral, tibb xidməti generalmayoru, ədliyyə general-mayoru III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə generalmayoru, tibb xidməti generalmayoru daxili xidmət generalmayoru, tibb xidməti generalmayoru III dərəcəli dövlət miqrasiya xidməti müşaviri polis generalmayoru, tibb xidməti generalmayoru gömrük xidməti generalmayoru, tibb xidməti generalmayoru 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

2. Digər rütbələr və ixtisas dərəcələri

2.1. dövlət qulluğunun baş müşaviri polkovnik, 1-ci dərəcəli kapitan, tibb xidməti polkovniki, ədliyyə polkovniki baş ədliyyə müşaviri, ədliyyə polkovniki baş ədliyyə müşaviri, ədliyyə polkovniki, tibb xidməti polkovniki daxili xidmət polkovniki, tibb xidməti polkovniki baş miqrasiya xidməti müşaviri polis polkovniki, tibb xidməti polkovniki gömrük xidməti polkovniki, tibb xidməti polkovniki baş vergi xidməti müşaviri, baş ədliyyə müşaviri birinci dərəcəli müşavir

2.2. dövlət qulluğunun müşaviri polkovnikleytenant, 2-ci dərəcəli kapitan, tibb xidməti polkovnikleytenantı, ədliyyə polkovnikleytenantı ədliyyə müşaviri, ədliyyə polkovnikleytenantı ədliyyə müşaviri, ədliyyə polkovnikleytenantı, tibb xidməti polkovnikleytenantı daxili xidmət polkovnikleytenantı, tibb xidməti polkovnikleytenantı miqrasiya xidməti müşaviri polis polkovnikleytenantı, tibb xidməti polkovnikleytenantı gömrük xidməti polkovnikleytenantı, tibb xidməti polkovnikleytenantı vergi xidməti müşaviri, ədliyyə müşaviri ikinci dərəcəli müşavir

2.3. dövlət qulluğunun kiçik müşaviri mayor, 3-cü dərəcəli kapitan, tibb xidməti mayoru, ədliyyə mayoru kiçik ədliyyə müşaviri, ədliyyə mayoru kiçik ədliyyə müşaviri, ədliyyə mayoru, tibb xidməti mayoru daxili xidmət mayoru, tibb xidməti mayoru kiçik miqrasiya xidməti müşaviri polis mayoru, tibb xidməti mayoru gömrük xidməti mayoru, tibb xidməti mayoru kiçik vergi xidməti müşaviri, kiçik ədliyyə müşaviri birinci dərəcəli birinci katib

2.4. 1-ci dərəcə dövlət qulluqçusu kapitan, kapitan leytenant, tibb xidməti kapitanı, ədliyyə kapitanı Idərəcəli hüquqşünas, ədliyyə kapitanı Idərəcəli ədliyyə qulluqçusu, ədliyyə kapitanı, tibb xidməti kapitanı daxili xidmət kapitanı, tibb xidməti kapitanı Idərəcəli miqrasiya xidməti qulluqçusu polis kapitanı, tibb xidməti kapitanı gömrük xidməti kapitanı, tibb xidməti kapitanı 1-ci dərəcəli müfəttiş, 1-ci dərəcəli hüquqşünas ikinci dərəcəli birinci katib

2.5. 2-ci dərəcə dövlət qulluqçusu baş leytenant, tibb xidməti baş leytenantı, ədliyyə baş leytenantı II dərəcəli hüquqşünas, ədliyyə baş leytenantı II dərəcəli ədliyyə qulluqçusu, ədliyyə baş leytenantı, tibb xidməti baş leytenantı daxili xidmət baş leytenantı, tibb xidməti baş leytenantı II dərəcəli miqrasiya xidməti qulluqçusu polis baş leytenantı, tibb xidməti baş leytenantı gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı 2-ci dərəcəli müfəttiş, 2-ci dərəcəli hüquqşünas birinci dərəcəli ikinci katib, ikinci dərəcəli ikinci katib

2.6. 3-cü dərəcə dövlət qulluqçusu leytenant, tibb xidməti leytenantı, ədliyyə leytenantı III dərəcəli hüquqşünas, ədliyyə leytenantı III dərəcəli ədliyyə qulluqçusu, ədliyyə leytenantı, tibb xidməti leytenantı daxili xidmət leytenantı, tibb xidməti leytenantı III dərəcəli miqrasiya xidməti qulluqçusu polis leytenantı, tibb xidməti leytenantı gömrük xidməti leytenantı, tibb xidməti leytenantı 3-cü dərəcəli müfəttiş, 3-cü dərəcəli hüquqşünas üçüncü katib

2.7. kiçik dövlət qulluqçusu kiçik leytenant, tibb xidməti kiçik leytenantı, ədliyyə kiçik leytenantı - ədliyyə kiçik leytenantı, tibb xidməti kiçik leytenantı daxili xidmət kiçik leytenantı, tibb xidməti kiçik leytenantı kiçik miqrasiya xidməti qulluqçusu polis kiçik leytenantı, tibb xidməti kiçik leytenantı gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik leytenantı - attaşe

2.8. dövlət qulluğunun baş referenti baş gizir, baş miçman - ədliyyə baş giziri, tibb xidməti baş giziri daxili xidmət baş giziri, tibb xidməti baş giziri - - gömrük xidməti baş giziri, tibb xidməti baş giziri - -

2.9. dövlət qulluğunun böyük referenti gizir, miçman - ədliyyə giziri, tibb xidməti giziri daxili xidmət giziri, tibb xidməti giziri - - gömrük xidməti giziri, tibb xidməti giziri - -

2.10. dövlət qulluğunun 1-ci dərəcə referenti kiçik gizir, kiçik miçman - ədliyyə kiçik giziri, tibb xidməti kiçik giziri daxili xidmət kiçik giziri, tibb xidməti kiçik giziri - - - - -

2.11. dövlət qulluğunun 2-ci dərəcə referenti baş çavuş - ədliyyə baş çavuşu, tibb xidməti baş çavuşu daxili xidmət baş çavuşu, tibb xidməti baş çavuşu baş miqrasiya xidməti çavuşu polis baş serjantı, tibb xidməti baş serjantı - - -

2.12. dövlət qulluğunun 3-cü dərəcə referenti çavuş - ədliyyə çavuşu, tibb xidməti çavuşu daxili xidmət çavuşu, tibb xidməti çavuşu miqrasiya xidməti çavuşu polis serjantı, tibb xidməti serjantı - - -

2.13. dövlət qulluğunun kiçik referenti kiçik çavuş - ədliyyə kiçik çavuşu, tibb xidməti kiçik çavuşu daxili xidmət kiçik çavuşu, tibb xidməti kiçik çavuşu kiçik miqrasiya xidməti çavuşu polis kiçik serjantı, tibb xidməti kiçik serjantı - - -

Əvvəlki yenilik
Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması QAYDASI
Növbəti yenilik
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə