AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ QƏRAR № 32/09 Bakı şəhəri 16 sentyabr 2024-cü il "Təhsil müəssisələrinə maliyyə vəsaitlərinin daxil olması və onlardan istifadə edilməsi haqqında" 1-təhsil (maliyyə) №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə"nin 9.6-cı və 14.4-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi qərara alır:
1. "Təhsil müəssisələrinə maliyyə vəsaitlərinin daxil olması və onlardan istifadə edilməsi haqqında" 1-təhsil (maliyyə) №-li illik rəsmi statistika hesabatı forması təsdiq edilsin (əlavə 1).
2. "Təhsil müəssisələrinə maliyyə vəsaitlərinin daxil olması və onlardan istifadə edilməsi haqqında" 1-təhsil (maliyyə) №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş" təsdiq edilsin (əlavə 2).
3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2010-cu il 5 iyul tarixli 47/5 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Maliyyə vəsaitlərinin daxil olması və onlardan istifadə edilməsi" 4-təhsil (maliyyə) №-li illik rəsmi statistika hеsаbаtı forması və onun tərtib edilməsinə dair metodoloji izah ləğv edilsin.
4. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
5. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
6. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin. Sədrin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədov Əlavə 1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 16 sentyabr tarixli 32/09 nömrəli qərarı ilə təsdiq edilmişdir. 1-təhsil (maliyyə) №-li forma İllik RƏSMİSTATİSTİKAHESABATI Təhsil müəssisələrinə maliyyə vəsaitlərinin daxil olması və onlardan istifadə edilməsi haqqında "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesabat forması üzrə məlumatların konfidensiallığına zəmanət verilir və onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə ediləcəkdir Hesabat təqdim edən statistik vahidin: Hesabat Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri (əhatə etdikləri inzibati ərazi vahidlərinin hər biri üzrə ayrı-ayrılıqda), Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) təhsil şöbələri, bələdiyyə və özəl ümumi təhsil müəssisələri və mülkiyyət növü və təşkilatihüquqi formasından asılı olmayaraq peşə, orta ixtisas, ali təhsil müəssisələri tərəfindən mart ayının 31-dək elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) real vaxt rejimində təqdim edilir. adı ________________________________________ inzibati ərazi vahidinin və yaşayış məntəqəsinin adı göstərilməklə dəqiq ünvanı ___________________________________________ ___________________________________________ Hesabat formasının kodu Statistik vahidin identifikasiya (statistik) kodu VÖEN 03111168 Hesabat formasına və onun doldurulmasına dair rəy və təkliflərinizi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə göndərə bilərsiniz. Elektron poçt ünvanı: hesabat@stat. gov. az 20__ il üzrə I bölmə. Daxilolmalar (min manatla) Sətrin kodu Hesabat ilinin əvvəlinə qalıq Hesabat ili ərzində vəsait daxil olmuşdur, cəmi (sütun 3+4+5+7+9) o cümlədən: Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan MR büdcəsindən Yerli büdcədən Təhsil haqqı ödənişləri İanə, qrantlar və digər könüllü köçürmələr Digər daxilolmalar cəmi Azərbaycan Respublikası vətəndaşlarından cəmi qeyrirezidentlərdən A 1 2 3 4 5 6 7 8 9
II bölmə. İstifadəolunmalar (min manatla) Sətrin kodu Hesabat ili ərzində istifadə edilmiş vəsait, cəmi (sütun 2+3+4+5+6) o cümlədən: Hesabat ilinin sonuna qalıq (bölmə 1 sütun 1 sətir 01+bölmə 1 sütun 2 sətir 01- bölmə 2 sütun 1 sətir 01) Əməkhaqqı xərcləri Əməkhaqqına görə ayırmalar Malların (işlərin və xidmətlərin) satınalınması Qeyri-maliyyə aktivlərinin alınması, yaradılması və əsaslı təmiri Digər məqsədlərə A 1 2 3 4 5 6 7
Hesabat formasının tərtib olunmasına sərf edilən vaxt * _______________ (adam-saat) * Rəsmi statistika hesabatlarının tərtib olunmasına sərf olunan vaxt adam-saatla ölçülür və hesabatın tərtib olunmasında iştirak edən işçilərin (işçinin) sayı onların (onun) həmin hesabatın tərtib olunmasına sərf etdikləri (etdiyi) vaxta vurulmaqla müəyyənləşdirilir. ________________________________________ __________________________________ İcraçının vəzifəsi, soyadı, telefon nömrəsi Rəhbərin soyadı, imzası "_____" ___________ 20____il Əlavə 2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 16 sentyabr tarixli 32/09 nömrəli qərarı ilə təsdiq edilmişdir. "Təhsil müəssisələrinə maliyyə vəsaitlərinin daxil olması və onlardan istifadə edilməsi haqqında" 1- təhsil (maliyyə) №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair GÖSTƏRİŞ
1. Ümumi müddəalar "Təhsil müəssisələrinə maliyyə vəsaitlərinin daxil olması və onlardan istifadə edilməsi haqqında" 1- təhsil (maliyyə) №-li illik rəsmi statistika hesabatı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri (əhatə etdikləri inzibati ərazi vahidlərinin hər biri üzrə ayrı-ayrılıqda), Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) təhsil şöbələri, bələdiyyə və özəl ümumi təhsil müəssisələri və mülkiyyət növü və təşkilati-hüquqi formasından asılı olmayaraq peşə, orta ixtisas, ali təhsil müəssisələri tərəfindən mart ayının 31-dək elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) real-vaxt rejimində təqdim edilir.
2. Hesabat formasının doldurulmasına dair izahat
2.1. I bölmə. Daxilolmalar (min manatla) 2.1.1. Bu bölmənin 1-ci sütunu üzrə sətirdə hesabat ilinin əvvəlinə təhsil müəssisələrində olan qalıq vəsaitin ümumi məbləği, 2-ci sütun üzrə sətirdə hesabat ili ərzində daxil olan vəsaitin ümumi məbləği, 3- 9-cu sütunlar üzrə sətirlərdə isə hesabat ili ərzində daxil olan vəsaitin mənbələr üzrə bölgüsünə dair məlumatlar qeyd olunur.
2.1.2. 2-ci sütun üzrə sətrin məlumatı 3-cü, 4-cü, 5-ci, 7-ci və 9-cu sütunlar üzrə sətirlərin məlumatlarının cəminə bərabər olmalıdır.
2.1.3. Bu bölmənin sütunları doldurularkən təhsil müəssisəsinin "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 39-cu və 40-cı maddələrinə uyğun olaraq maliyyələşmə mənbələri nəzərə alınır. Bu bölmənin "İanə, qrantlar və digər könüllü köçürmələr" sütununda dövlət və bələdiyyə təhsil müəssisələri "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 39.0.3-cü, 39.0.4-cü və 39.0.9-cu maddələrində, özəl təhsil müəssisələri isə həmin Qanunun 40.1.3-cü və 40.1.4-cü maddələrində nəzərdə tutulan vəsaitlər barədə məlumatları qeyd edirlər.
2.1.4. Bu bölmənin 9-cu sütununda dövlət və bələdiyyə təhsil müəssisələri "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 39.0.5-ci, 39.0.6-cı, 39.0.7-ci, 39.0.8-ci və 39.0.10-cu maddələrində, özəl təhsil müəssisələri isə həmin Qanunun 40.1.1-ci, 40.1.2-ci, 40.1.5-ci və 40.1.6-cı maddələrində nəzərdə tutulan vəsaitlər barədə məlumatları qeyd edirlər.
2.2. II bölmə. İstifadəolunmalar (min manatla
2.2.1. Bu bölmədə hesabat dövrü ərzində təhsil müəssisələrində istifadə edilmiş vəsaitin bölgüsünə dair məlumatlar əks etdirilir.
2.2.2. Bu bölmənin 1-ci sütunu üzrə sətirdə hesabat ili ərzində istifadə edilmiş vəsaitlərin ümumi məbləği qeyd olunur. Bu sütun üzrə sətrin məlumatı 2-6-cı sütunlar üzrə sətirlərin məlumatlarının cəminə bərabər olmalıdır.
2.2.3. 2-ci sütun üzrə sətirdə ştatda olan və ştatdankənar işçilərə əmək haqqının, mükafatların, maddi yardımların və s. verilməsi ilə bağlı xərclərin ümumi məbləği qeyd olunur.
2.2.4. 3-cü sütun üzrə sətirdə məcburi dövlət sosial sığorta haqları, icbari dövlət sığortası (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta), icbari tibbi sığorta, işsizlikdən sığorta üzrə xərclərin ümumi məbləği qeyd olunur.
2.2.5. 4-cü sütun üzrə sətirdə malların (işlərin və xidmətlərin) satınalınması, o cümlədən istifadə olunan bütün növ mal və materialların, dəftərxana və təsərrüfat ləvazimatlarının alınması, kommunal, telekommunikasiya və poçt rabitəsi xidmətləri haqqının ödənilməsi, ezamiyyə, əsas fondların və digər aktivlərin icarəsi, kirayəsi, saxlanılması və mühafizəsi xərclərinin, sair xidmətlər üzrə xərclərin, habelə beynəlxalq təşkilatlara üzvlüklə bağlı ödənişlərin, təmsilçilik və təşviqat xərclərinin ümumi məbləği qeyd olunur.
2.2.6. 5-ci sütun üzrə sətirdə qeyri-maliyyə aktivlərinin alınması, yaradılması və əsaslı təmiri xərclərinin ümumi məbləği qeyd olunur.
2.2.7. 6-cı sütun üzrə sətirdə 2-5-ci sütunlar üzrə sətirlərdə qeyd olunan xərclərdə əksini tapmayan digər məqsədlər üçün istifadə olunmuş xərclərin ümumi məbləği qeyd olunur.
2.2.8. 7-ci sütun üzrə sətirdə hesabat ilinin sonuna olan qalıq vəsaitin ümumi məbləği qeyd olunur (bölmə 2 sütun 7 sətir 01 = bölmə 1 sütun 1 sətir 01+ bölmə 1 sütun 2 sətir 01 - bölmə 2 sütun 1 sətir 01).