AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması Qaydası"nın təsdiq edilməsi haqqında "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının 2.2.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması Qaydası" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 20 sentyabr 2024-cü il № 435
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 sentyabr tarixli 435 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda müflis elan olunmuş bankların (bundan sonra - banklar) aktivlərinin təsnifləşdirilməsi və aktivləri üzrə mümkün zərərlərin tanınması üçün xüsusi ehtiyatların yaradılması və vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydanın müddəaları "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına əsasən həyata keçirilən restrukturizasiya tədbirlərinə şamil olunmur.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının qüvvədə olan normativ və normativ xarakterli hüquqi aktları ilə müəyyən edilən mənaları ifadə edir.
2. Aktivlərin təsnifləşdirilməsi
2.1. Banka ləğvedici təyin edildikdən sonra bankın aktivlərinin təsnifləşdirilməsi və ehtiyatların hesablanması bu Qaydaya uyğun aparılır.
2.2. Ümidsiz aktivlərin balansdan silinməsi ləğvedicinin qərarı ilə həyata keçirilir.
2.3. Aktivlər standart və qeyri-standart aktivlərə bölünür.
Standart aktivlərə qənaətbəxş, nəzarət altında olan aktivlər, qeyristandart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir.
2.4. Aktivlərin təsnifləşdirilməsi onların təminat səviyyəsi nəzərə alınmaqla gecikmə müddətləri üzrə həyata keçirilir. Qənaətbəxş aktivlər ən yüksək, ümidsiz aktivlər isə ən aşağı təsnifat kateqoriyasıdır.
2.5. Bu Qaydada ayrı hal nəzərdə tutulmadıqda gecikmə müddətinə görə aktivlərin təsnifat kateqoriyası aşağıdakı cədvələ əsasən müəyyən olunur: Aktivin növü Təsnifat kateqoriyası qənaətbəxş nəzarət altında olan qeyriqənaətbəxş təhlükəli ümidsiz Tam təminatlı aktiv 0-30 gün 31-90 gün 91- 240 gün 241-360 gün 360 gündən artıq Qismən təminatlı və ya təminatsız aktiv 0-30 gün 31-90 gün 91-180 gün 181-270 gün 270 gündən artıq
2.6. Aktivin gecikmə müddəti (əsas borc və ya faiz borcları və (və ya) müqavilədə göstərilən digər ödənişlər üzrə) müvafiq müqavilədə və ya ödəniş qrafikində əsas borcun və (və ya) faiz borclarının və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi üçün müəyyən edilmiş tarixdən hesablanır.
3. Ehtiyatların yaradılması
3.1. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradılır. Ehtiyatlar iki kateqoriyaya bölünür:
3.1.1. Bankın standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış adi ehtiyatlar;
3.1.2. Bankın qeyri-standart aktivləri üzrə müəyyən edilmiş zərərin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatlar.
3.2. Bu Qaydada ayrı hal nəzərdə tutulmadıqda təsnifləşdirmə kateqoriyaları üzrə ehtiyatların dərəcələri aşağıdakı cədvələ əsasən müəyyən edilir: Təsnifat kateqoriyası İstehlak kreditləri Biznes kreditləri Daşınmaz əmlak kreditləri və digər aktivlər milli valyuta xarici valyuta milli valyuta xarici valyuta
Qənaətbəxş aktivlər 1% 2% 1% 2% 1% Nəzarət altında olan aktivlər 5% 10% 2% 3% 2% Qeyri-qənaətbəxş aktivlər 25% 25% 25% 25% 25% Təhlükəli aktivlər 50% 50% 50% 50% 50% Ümidsiz aktivlər 100% 100% 100% 100% 100%
3.3. Ehtiyatlar Bankın xərcləri hesabına hər bir aktiv üzrə aktivin ümumi məbləğinə uyğun milli valyutada yaradılır.
3.4. Aktiv üzrə əsas borc və ya faiz borclarının ödənilməsi 90 (doxsan) gündən çox gecikdirildikdə hesablanmış ödənişlər üzrə 100 faiz həcmində ehtiyat yaradılır.
3.5. Yaradılmış ehtiyatlardan aktiv üzrə mümkün zərərlərin ödənilməsi üçün istifadə edilir.
3.6. Azərbaycan Respublikasının Mərkəzi Bankındakı (bundan sonra - Mərkəzi Bank) və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi minimum investisiya reytinqinə malik banklardakı müxbir hesablar və "overnayt" depozitlər (bir gün müddətinə yerləşdirilmiş depozit), habelə Mərkəzi Banka və minimum "A-" kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik banklara qarşı gecikməsi olmayan digər tələblər üzrə ehtiyat yaradılmır.
3.7. Yaradılmış ehtiyatlar ayda azı bir dəfə ayın sonuncu iş günündən gec olmayaraq ləğvedici tərəfindən qiymətləndirilir.
4. İstehlak kreditlərinin təsnifləşdirilməsi İstehlak kreditlərinin gecikmə müddətlərinə görə təsnifləşdirilməsi aşağıdakı cədvələ əsasən müəyyən edilir: Təsnifat kateqoriyası Qənaətbəxş Nəzarət altında olan Qeyriqənaətbəxş Təhlükəli Ümidsiz Gecikmə müddəti 0-30 gün 31-90 gün 91- 120 gün 121 - 150 gün gündən artıq
5. Restrukturizasiya olunmuş aktivlərin təsnifləşdirilməsi
5.1. Aktivin təsnifat kateqoriyası restrukturizasiya anında yaxşılaşdırıla bilməz.
5.2. Ləğvedici tərəfindən ilk dəfə restrukturizasiya olunan təsnifat kateqoriyası bir kateqoriya yaxşılaşdırıla bilər. Ləğvedici tərəfindən müqavilə şərtlərindən asılı olmayaraq birinci dəfə restrukturizasiya olunmuş aktivin resktrukturizasiya şərtlərinə borclu tərəfindən ardıcıl olaraq 6 (altı) ay ərzində hər hansı pozuntuya yol verilmədən əməl edildikdə həmin aktivin təsnifat kateqoriyası bir kateqoriya yaxşılaşdırıla bilər.
5.3. Aşağıdakı hallarda restrukturizasiya olunmuş aktivin təsnifat kateqoriyası yaxşılaşdırılmır:
5.3.1. restrukturizasiya şərtləri pozulduqda;
5.3.2. təkrar restrukturizasiya edildikdə.
5.4. Restrukturizasiya şərtlərinə əməl olunmadıqda aktivin təsnifat kateqoriyası əvvəlki vəziyyətinə qaytarılır.
6. Banklararası tələblərin təsnifləşdirilməsi
6.1. Banklararası tələblər gecikmə müddətlərinə görə aşağıdakı cədvələ əsasən təsnifləşdirilir: Təsnifat kateqoriyası Qənaətbəxş Nəzarət altında olan Qeyriqənaətbəxş Təhlükəli Ümidsiz Gecikmə müddəti gecikməsi olmayan 1-7 gün 8-30 gün 31-60 gün gündən artıq
6.2. Bankın iflası ilə bağlı "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlərin görülməsinə başlandıqda banklararası tələblər ümidsiz aktivlər kateqoriyasına aid edilir.
7. Qiymətli kağızlara və hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşunun təsnifləşdirilməsi
7.1. Qiymətli kağızlar (ödənilməmiş borclar müqabilində balansa götürülmüş qiymətli kağızlar istisna olmaqla) təsnifləşdirmə məqsədləri üçün yüksək, orta və aşağı keyfiyyətli qiymətli kağızlar qruplarına bölünür.
7.2. Bu Qaydanın məqsədləri üçün yüksəkkeyfiyyətli qiymətli kağızlara Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun buraxdığı təmin edilmiş qiymətli kağızlar, habelə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum "A-" kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik qiymətli kağızlar aiddir.
7.3. Yüksəkkeyfiyyətli qiymətli kağızlara investisiya qoyuluşu aparıldıqda onlar üçün ehtiyat yaradılmır.
7.4. Orta keyfiyyətli qiymətli kağızlara bu Qaydanın 7.2-ci bəndinin tələbləri nəzərə alınmaqla aşağıdakılar aiddir:
7.4.1. Bakı Fond Birjasında listinqə daxil edilmiş və ya gündəlik qiyməti müəyyən olunan qiymətli kağızlar;
7.4.2. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi minimum investisiya reytinqinə malik qiymətli kağızlar.
7.5. Orta keyfiyyətli qiymətli kağızlara investisiya qoyuluşu aparıldıqda onlar bu Qaydanın 3-cü hissəsi ilə müəyyən olunmuş qaydada təsnifləşdirilir.
7.6. Bu Qaydanın 7.2-ci və 7.4-cü bəndlərində nəzərdə tutulmayan qiymətli kağızlar bu Qaydanın məqsədləri üçün aşağı keyfiyyətli qiymətli kağızlara aid edilir.
7.7. Aşağı keyfiyyətli qiymətli kağızların balans dəyərinin onların bazar qiymətindən çox olmayan hissəsi ən azı qeyri-qənaətbəxş aktivlər kimi, bazar qiymətindən çox olan hissəsi isə ümidsiz aktivlər kimi təsnifləşdirilir.
7.8. Gündəlik əsasda bankın mənfəət/zərər haqqında hesabatında nəzərə alınan qiymətli kağızlar üzrə ehtiyat yaradılmır.
7.9. Hüquqi şəxslərin kapitalında qiymətli kağızlar istisna olmaqla digər iştirak payları ümidsiz aktivlər kimi təsnifləşdirilir.
8. Bank işində istifadə olunmayan aktivlərin (əmlakın) təsnifləşdirilməsi Ödənilməmiş borc müqabilində balansa götürülmüş daşınar və daşınmaz əmlaklar həmin əmlakların təminatı olduğu kreditlərin təsnifatına uyğun təsnifləşdirilir və bu kreditlərə hesablanmış ehtiyat məbləği ödənilməmiş borc müqabilində balansa götürülmüş daşınar və daşınmaz əmlakın uçota alındığı balans hesablarına köçürülür.
Belə əmlaklar balansda 1 (bir) ildən çox müddətdə qaldıqda onlar təhlükəli aktiv kimi, 2 (iki) ildən çox qaldıqda isə ümidsiz aktiv kimi təsnifləşdirilərək müvafiq təsnifat qrupuna uyğun ehtiyatlar hesablanır.
9. Balansdankənar öhdəliklərin təsnifləşdirilməsi Balansdankənar öhdəliklər üçün ehtiyatlar hesablanmır və yaradılmır. Balansdankənar öhdəliklər balans hesablarına keçirildiyi andan həmin növ aktivlər ümidsiz aktiv olaraq təsnifləşdirilir və müvafiq ehtiyat yaradılır.
10. Aktivlər üzrə ehtiyatların yaradılmasında təminatın rolu
10.1. Aktivlər üzrə ehtiyatların yaradılmasında təminatın nəzərə alınması və təminat səviyyəsinin müəyyən edilməsi məqsədilə aktivlər üzrə təminatlar 5 (beş) qrupa bölünür:
10.1.1. birinci qrup təminatlar:
10.1.1.1. borcalanın, yaxud üçüncü şəxsin milli və xarici valyutada qorunan əmanətləri (vaxtı çatmış borc öhdəlikləri üzrə);
10.1.1.2. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, dövlət zəmanəti, habelə Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar;
10.1.1.3. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun buraxdığı təmin edilmiş qiymətli kağızları;
10.1.1.4. dövlət tərəfindən yaradılmış və bank kreditləri üzrə öhdəliyin yerinə yetirilməsinə zəmanət verən fondların zəmanəti;
10.1.1.5. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin hökumətləri və ya mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər);
10.1.1.6. Banka saxlanc girovu kimi qoyulmuş bank metalları;
10.1.1.7. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum "A-" kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər);
10.1.1.8. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum "A-" kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik maliyyə təşkilatları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər);
10.1.2. ikinci qrup təminatlar:
10.1.2.1. Banka saxlanc girovu kimi qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla);
10.1.2.2. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 3 (üç) pillə aşağı olan yerli banklar (Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları) tərəfindən verilmiş qarantiyalar (zəmanətlər);
10.1.2.3. birinci qrup təminatlara aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi minimum investisiya reytinqinə malik ölkələrin hökumətləri və ya mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər);
10.1.2.4. birinci qrup təminatlara aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi minimum investisiya reytinqinə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər);
10.1.2.5. birinci qrup təminatlara aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi minimum investisiya reytinqinə malik banklar tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər);
10.1.2.6. Bakı Fond Birjasında alınıb-satılan və ya beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum "A-" kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik şirkətlərin buraxdığı qiymətli kağızlar;
10.1.3. üçüncü qrup təminatlar:
10.1.3.1. daşınmaz əmlak;
10.1.4. dördüncü qrup təminatlar:
10.1.4.1. avtonəqliyyat vasitələri, gəmi, təyyarə, helikopter;
10.1.4.2. istehsal avadanlıqları, qurğular, quraşdırılmış istehsal xətləri və logistika avadanlıqları (saxlanc ərazilərdə və anbarlarda istifadə edilən xüsusi avadanlıq və qurğular);
10.1.5. beşinci qrup təminatlar:
10.1.5.1. əvvəlki qruplara daxil olmayan digər təminatlar.
10.2. Aktivin təminatı qismində birinci qrup təminat növləri çıxış etdikdə aktivin qeyd-şərtsiz təmin olunmuş hissəsi üzrə ehtiyat yaradılmır.
10.3. Birinci qrup təminatlardan başqa digər qrup təminatlar
yalnız aktivlərin təminatlılıq statusunun müəyyən edilməsi zamanı nəzərə alınır.
10.4. Təminatın likvid dəyərinin hesablanması üçün təminat qrupları üzrə əmsallar aşağıdakı kimidir:
10.4.1. ikinci qrup üzrə - xalis bazar qiymətinin 50 faizi;
10.4.2. üçüncü qrup üzrə - xalis bazar qiymətinin 40 faizi;
10.4.3. dördüncü qrup üzrə - xalis bazar qiymətinin 20 faizi;
10.4.4. beşinci qrup təminatlar ehtiyatların yaradılmasında nəzərə alınmır.
11. Müflis elan olunmuş banklar tərəfindən yaradılmış xüsusi ehtiyatlara aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması
11.1. Vergitutma məqsədləri üçün müflis elan olunmuş banklar tərəfindən yaradılmış xüsusi ehtiyatlar aşağıdakı hədlərdə gəlirdən çıxılır:
11.1.1. nəzarət altında olan təminatsız aktivlər, qeyriqənaətbəxş, o cümlədən bu Qaydanın 11.2.3-cü yarımbəndinin tələbləri nəzərə alınmaqla təhlükəli və ümidsiz aktivlər üzrə xüsusi ehtiyatlara aid edilən məbləğlərin 100 faizi;
11.1.2. Banka aidiyyəti olan şəxslərə verilən kreditlər üzrə bu Qaydanın 11.1.1-ci yarımbəndi ilə müəyyən edilən gəlirdən çıxılmalara yol verilən məbləğin 50 faizi;
11.1.3. kreditlər üzrə faizlərin ödənilməsi 90 (doxsan) gündən çox gecikdirildiyi halda hesablanmış faizlər üzrə yaradılmış xüsusi ehtiyatlara aid edilən məbləğlərin 100 faizi.
11.2. Aşağıdakı hallarda xüsusi ehtiyatlara aid edilən məbləğlər vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilmir:
11.2.1. qənaətbəxş aktivlər üzrə xüsusi ehtiyatlara aid edilən məbləğlər;
11.2.2. aktivin təminatı qismində birinci və ikinci qrup təminat çıxış etdikdə həmin aktivlər üzrə xüsusi ehtiyatlara aid edilən məbləğlər;
11.2.3. bu Qaydanın 8-ci hissəsində qeyd edilən bank işində istifadə olunmayan aktivlər (əmlaklar);
11.2.4. kreditlərin verilməsi ilə bağlı kredit dosyesinə daxil edilməli olan kreditin təminatlı və ya təminatsız olması barədə məlumat, kredit müqaviləsi, kreditin restrukturizasiyası ilə bağlı müqavilə və ya digər sənədlər və təminata dair mövcud qanunvericiliyə uyğun bağlanılmış (təsdiq edilmiş) müqavilə olmadan verilmiş kreditlər üzrə yaradılan ehtiyatlar. __________________