2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyası səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikasının Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Ağ Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Mustafa Əliverdi oğlu Xəlilov Fəxri Əli oğlu Məhərrəmov Hamlet Fərhad oğlu Seyidov Bəhruz Aydın oğlu Rzayev Rasim Əlzaman oğlu Şıxızadə Museyib Qismət oğlu Cəfərov İlkin Alov oğlu Qasımov Rüfət Xaqani oğlu Mehtiyev Vüqar Vahid oğlu Xalidli Kəramət Malik oğlu Əsgərov Azad İbi oğlu Dadaşov Rəfail Natiq oğlu İbrahimli Dəyanət Səxavət oğlu Babayev.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov