AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısı" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 5 avqust 2024-cü il № 375
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 5 avqust tarixli 375 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların SİYAHISI Sıra №-si Məlumatların adı
1. Taksi minik avtomobili barədə məlumat
1.1. Dövlət qeydiyyat nişanı
1.2. Markası
1.3. Modeli
2. Taksi sifarişi operatoru barədə məlumat
2.1. Hüquqi şəxsin adı, hüquqi ünvanı, fərdi sahibkarın adı, soyadı, atasının adı, yaşayış ünvanı və fərdi identifikasiya nömrəsi
2.2. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
2.3. Taksi sifarişləri üzrə əldə edilmiş xidmət haqqı məbləği (manatla)
3. Sürücü barədə məlumat
3.1. Adı, soyadı, atasının adı
3.2. Fərdi identifikasiya nömrəsi
3.3. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
3.4. Sifarişçilərdən qəbul edilmiş cəmi gediş haqqı məbləği (manatla), o cümlədən:
3.4.1. nağdsız ödənilmiş məbləğ (manatla) 3.4.2. nağd ödənilmiş məbləğ (manatla)
3.5. Əldə edilmiş gəlir məbləği (manatla)
4. Məlumatın aid olduğu dövr (il, ay);
4.1. İl
4.2. Ay Qeyd. Taksi sifarişi operatorları tərəfindən aylıq məlumatlar hər bir taksi minik avtomobili üzrə təqdim edilir. ___________________ №-li nüsxə