2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən Məhəmməd Yusif oğlu Məhərrəmov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) məşvərətçi səs hüquqlu üzv təyin edilmiş və onun üzvlüyünün təsdiq edilməsi üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, M. Y. Məhərrəmovun məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilməsi üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 148.6-cı maddəsinə görə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 21.1-ci, 21.3-cü, 28.2-ci, 28.4-cü və 148.6-cı maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Məhəmməd Yusif oğlu Məhərrəmov Mərkəzi Seçki Komissiyasında Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov