Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32 ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:
Cilqamlı Rəmziyə Əkrəmovna Quliyeva Gülşən Rəsul qızı Məmmədov Rövşən İsax oğlu Nəcəfov Bayram Hidayət oğlu Yunusov Ədalət Məmməd oğlu.
2. Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Qurbanova Firəngiz Ağa Dadaş qızı Rüstəmov Akif Zabi oğlu.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 1 avqust 2024-cü il