QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 iyul…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 24 Jul 2024

Aktın mətni

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Şəfaqətov Rüstəm Şahvələd oğlu 2024-cü il iyulun 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 89 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyasının qanunsuz hərəkətini, həmçinin namizəd kimi qeydə alınmasından imtinaya dair 22 iyul 2024-cü il tarixli 18/40 saylı qərarını mübahisələndirərək pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Namizəd R. Ş. Şəfaqətov müraciətində bildirmişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin seçki dairəsinin ərazisində seçici imzaları toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim olunmuş, sonradan namizədliyinin geri götürülməsi barədə yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət etmişdir. Namizədliyinin geri götürülməsi ilə bağlı müraciətinə baxmayaraq, dairə seçki komissiyası R. Ş. Şəfaqətovun təqdim etdiyi imza vərəqələrini yoxlamış, onu namizəd kimi qeydə almaqdan imtina etmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarı, seçki sənədləri və digər materiallar araşdırılarkən müəyyən edilmişdir ki, namizəd R. Ş. Şəfaqətov 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, dairə seçki komissiyasının 7 iyul 2024-cü il tarixli 11/24 saylı Qərarı ilə namizədliyi təsdiq edilmiş, namizədin müdafiəsi məqsədilə seçici imzaları toplamaq üçün ona 10 (on) ədəd imza vərəqəsi verilmiş, 19 iyul 2024-cü il tarixdə namizəd seçici imzaları olan imza vərəqələrini və ona əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına qaytarmışdır. R. Ş. Şəfaqətov 22 iyul 2024-cü il tarixdə namizədliyinin geri götürülməsi barədə dairə seçki komissiyasına yazılı ərizə təqdim etmişdir.

Dairə seçki komissiyası R. Ş. Şəfaqətovun namizədliyinin geri götürülməsi barədə yazılı ərizəsinin olmasına baxmayaraq, onun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 22 iyul 2024-cü il tarixdə qərar qəbul etmişdir.

Seçki Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, irəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür.

Beləliklə, R. Ş. Şəfaqətovun 23 iyul 2024-cü il tarixli 02 saylı müraciəti əsaslı olduğundan təmin edilməli, onun həmin seçki dairəsi üzrə namizədliyi yazılı ərizəsinə əsasən geri götürülmüş hesab edilməli və dairə seçki komissiyasının 22 iyul 2024-cü il tarixli 18/40 saylı qərarı ləğv edilməlidir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 73-1-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Şəfaqətov Rüstəm Şahvələd oğlunun 23 iyul 2024-cü il tarixli 02 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, onun həmin seçki dairəsi üzrə namizədliyi yazılı ərizəsinə əsasən geri götürülmüş hesab edilsin və dairə seçki komissiyasının 22 iyul 2024-cü il tarixli 18/40 saylı qərarı ləğv edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov

Əvvəlki yenilik
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 fevral tarixli 1290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 iyul 2024-cü il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI