2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vəhdət Partiyası Baş Məclisinin 2024-cü il 9 iyul tarixli Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Rəhilə Xəlil qızı Heydərova Cavid Hidayət oğlu Məmmədov Aftandil Vahid oğlu Məmmədov Seymur Əbülfəz oğlu Bağırov Mahir Xanış oğlu Bayramov Mirkərim Seyidhüseyn oğlu Həsənov Cahangir Fariz oğlu Məhərrəmli Emin Elşən oğlu Həsənov Turqut Vasif oğlu Əfəndi Fidan Habil qızı Səmədova.
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Rəhimə Xəlil qızı Heydərova Coşqun Qurban oğlu Kürçaylı Cəmil Mircəlal oğlu Həsənov Səma Vasif qızı Əfəndi Qəmər Vəzir qızı Həsənəliyeva.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov