Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilmişdir. Birincisi, prokuror nəzarətinin tətbiq olunduğu inzibati xətaların siyahısına yeni maddələr əlavə edilmiş və bəzi maddələr dəyişdirilmişdir. İkincisi, qeydiyyata alınmadan tütün məmulatı istehsal edən vəzifəli şəxslərə 5-7 min manat, hüquqi şəxslərə isə 10-12 min manat cərimə tətbiq ediləcəkdir.
184.8,184.17 (səlahiyyətlərinə aid edilmiş inzibati xətalara münasibətdə),
Maddə 405-1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsi 405-1.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 405-1.2. Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə - vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir."; "Maddə 451-1. Qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olma "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə - vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir