Azərbaycan Respublikasının Ailə Məcəlləsinə yeni bir müddəa əlavə edildi. Artıq xarici ölkələrdə nikaha daxil olmaq istəyən şəxslər, diplomatik nümayəndəlik və ya konsulluq idarəsinə müraciət edərkən tibbi müayinə sənədini əlavə etməli olacaqlar. Bu dəyişiklik 16 iyul 2024-cü ildən qüvvəyə minir.
13.5-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları bu Məcəllənin 13.1-ci maddəsində nəzərdə tutulmuş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçə bilərlər. 13.5-2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə verilmiş ərizəyə bu Məcəllənin 13.5-1-ci maddəsində nəzərdə tutulan tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənəd əlavə olunur
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
Bu Məcəllənin 13.5-1-ci maddəsində göstərilən hal istisna olmaqla, nikaha