2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Müsavat Partiyası Divanının 2024-cü il 12 iyul tarixli Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Müsavat Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Tahir Əli oğlu Hüseynov Hidayət Fehruz oğlu Allahverdi Mayıl Vəli oğlu Vəliyev Namik Yolu oğlu Niftili Yusif Xudamədəd oğlu Qarayev Natiq Ziyəddin oğlu İsrafilli Əbülfət Abdulla oğlu Hüseynov Balabba Qədir oğlu Allahnəzərov Mirbaba Mircavad oğlu Babayev Əli Nəsir oğlu Qasımov Yusif Namaz oğlu.
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Oqtay Qəmbər oğlu Zeynalov Fərman Həmid oğlu Həmidov Elşad Raqif oğlu Əsgərov Feyruz İsmayıl oğlu İsmayılov Əhliyar Ramazan oğlu Məhərrəmov Malik Əli oğlu Həsənov Azər Telman oğlu Şükürov.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov