Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2024-cü il mayın 4-də Bancul şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş" təsdiq edilsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 iyun 2024-cü il