2.1. 92-ci sətrin "Dövlət qurumunun adı" sütununda "Qarabağ İqtisadi Rayonunda" sözləri "Ağdam, Füzuli və Xocavənd rayonlarında" sözləri ilə əvəz edilsin;
2.2. 93-cü sətrin "Dövlət qurumunun adı" sütununda "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında" sözləri ilə əvəz edilsin;
2.3. 94-cü sətrin "Dövlət qurumunun adı" sütununda "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı" sözləri "Laçın rayonunda" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 448, 469) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"nın 17-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. ikinci abzasda "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında" sözləri ilə əvəz edilsin;
3.2. üçüncü abzasda "Qarabağ İqtisadi Rayonunda" sözləri "Ağdam, Füzuli və Xocavənd rayonlarında" sözləri ilə əvəz edilsin;
3.3. dördüncü abzasda "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı" sözləri "Laçın rayonunda" sözləri ilə əvəz edilsin.