2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyası İdarə Heyətinin 2024-cü il 1 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Ağ Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Fərid İlham oğlu Əhmədli Azər Səfər oğlu Ələkbərov Hüseyn Allahverdi oğlu Qasımov Rəşad Sərdar oğlu Kazımov Elməddin Məzahir oğlu Əhmədov Mais Babulla oğlu Məmiyev Emin İspər oğlu Babayev Eldar Balakərim oğlu Həsənli.
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Araz Mahir oğlu Teymurov Mətləb Məhərrəm oğlu Aslanov Ariz Xudaverdi oğlu Zeynalov Rüfət İbrahim oğlu Hacıbəyli Cəlil İsa oğlu Abbasov İlhamə Paşa qızı Aslanova Kamran Hakim oğlu Məmmədov Ceyhun Sulduz oğlu Rzayev Ağaəli Böyükağa oğlu Manafov Nəsimi Hüseyn oğlu Hüseynov Səbuhi Əlixan oğlu Babayev Malvina Adilovna Amirova Mahmud Nəsrəddin Məmmədli Sərvan İlham oğlu Məmmədov Nəcəf Qardaş oğlu Nəcəfov Pərviz Hacbala oğlu Əliosmanov Şahin Cəfər oğlu Abdullayev Zabit Mürşüd oğlu Hacıyev İmran Zakir oğlu Məmmədov Elşən Misir oğlu Qafarov İbrahim Rəhim oğlu Hacıyev Vüsal Balacan oğlu Quliyev Təranə Yusif qızı Əskərova Vüsal Şövkət oğlu Əliyev Səxavət Ədalət oğlu Rəhimov.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov