2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Milli Dirçəliş Hərəkatı Partiyası Kuralının 2024-cü il 2 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Şakir Pünhan oğlu Ağayev Arzu Sədrəddin oğlu Məlikov Aydın Məmməd oğlu Lətifov Əli Allahverdi oğlu Rzayev Həsrət Əhməd oğlu Fərzəliyev Namik Qədir oğlu Bəbirov Abduləziz Abdulla oğlu Abşarov Hənif Adil oğlu Məmmədov Mətin Fərəc oğlu Quliyev Rəşad Əbülfəz oğlu Məmmədov.
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Çingiz Yusif oğlu Əhədli.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov