Əmək pensiyalarının təyin edilməsi qaydalarında dəyişikliklər edilmişdir. Hərbi xidmətdən buraxılan şəxslərin pensiya hüququ üçün tələb olunan hərbi xidmət müddəti 20 ildən 25 ilə yüksəldilmiş və bu kateqoriyaya aid yeni şərtlər əlavə edilmişdir. Dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvədə olan qanun normaları əsasında tətbiq olunur.
20 ildən25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən)
5.11. Hərbi xidmətdən buraxılarkən 25 təqvim ili hərbi xidmət müddətini tamamlamamış aşağıdakı hərbi qulluqçulara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında hərbi xidmətdən buraxıldığı gündən təyin edilir: 5.11.1. 2024-cü il yanvarın 1-dək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş; 5.11.2. 2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili hərbi xidmət etmiş və hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmət müddətini tamamlamış