2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Böyük Azərbaycan Partiyası Siyasi Şurasının 2024-cü il 6 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Vüqar Cavad oğlu Qasımov İlham Müseyib oğlu Bəkirli Fikrət İlyas oğlu Cəfərov Ramiz Şərif oğlu Mahmudov Elçin Dursun oğlu Nəbiyev Ələkbər Ağabəy oğlu Həziyev Tofiq Haqverdi oğlu İmanov Aydın Əlirza oğlu Mirzəyev Anar Həsən oğlu Musayev İlqar Abdurahman oğlu İbrahimov Səfa Sevdagər oğlu Əzimov Pərvin Çingiz oğlu Həsənov.
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Azad Məmməd oğlu Məmmədov Valeh Bəylər oğlu Sadıqov Ziya Əjdər oğlu Ələkbərov Hikmət Məmmədəli oğlu Əliyev.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov