2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Gülağa Qəribəli oğlu Adgözəlov Kamal Əşrəf oğlu Poladov Elşən Xasay oğlu Həşimov Sudeyif İsmayıl oğlu Sadıxlı Təhmasib Əli oğlu Şirinov Qismət Yunus oğlu Məstanov Telli Şikar qızı Mirzəyeva Rauf Hüseynağa oğlu Mirzəyev Saleh Qədimalı oğlu Qədimalıyev Rəşid Ərşad oğlu Əliyev Əlisa Əzizağa oğlu Həsənov Adil Eynalı oğlu Mikayıllı Əflatun Həsən oğlu Hüseynov Ataş Davud oğlu Əhmədov Aytəkin Kapitan qızı İmranova Nizami Yaqub oğlu Abdurrazakov İlham Aprel oğlu Axund Səfa Şəfi oğlu Şəkiliyev Balağa Vəli oğlu Mikayılov Cəmil Oruc oğlu Abbasov Fayaz Güləmirzə oğlu Vəliyev Sevindik Mehman oğlu Salmanov Südabə Səydulla qızı Süleymanova Rəyasət Məmmədağa oğlu Bağırov Miralı Kərəm oğlu Səlimli Elçin Əflatun oğlu Hüseynzadə İman İbiş oğlu İmanov Səməd Behbud oğlu Əhmədov Nizami Məhərrəm oğlu Ələkbərov Faiq Cəmil oğlu Məmmədov Əsgər Zəki oğlu Kərimov Ələsgər Calal oğlu Hüseynov Nadir Çoban oğlu Babayev Ələşrəf İsmayıl oğlu Bəbirov İlqar Müzəffər oğlu Ələsgərov Vaqif Muxtar oğlu Babayev Nişanə Abdulqədir qızı Mikayılova Səyara Xankişi qızı Əliyeva Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Şahin Əliş oğlu Vəliyev.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov