AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği"nin təsdiq edilməsi haqqında "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2008-ci il 4 iyul tarixli 792 nömrəli, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması" təsdiq edilsin (2 nömrəli əlavə).
3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair hazırlıqlarının, habelə taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıqlarının qiymətləndirilməsinin aparılmasına görə haqqın məbləği 35 (otuz beş) manat təsdiq edilsin.
4. Bu Qərar "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram"ı bitirmək haqqında müvafiq şəhadətnamələrə malik şəxslərə şəhadətnamənin etibarlılıq müddətinin sonunadək və 2024-cü il 1 iyul tarixinədək "Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq" keçmiş şəxslərə şamil edilmir. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 1 iyul 2024-cü il № 325
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 iyul tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 1 nömrəli əlavə Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair ŞƏHADƏTNAMƏ Azərbaycan Respublikası QR kod № ____________ Verilir ________________________________________________________________________________________________________________ (soyadı, adı və atasının adı) Sürücülük vəsiqəsi № _____________________ Kateqoriya (altkateqoriya)_____________________ Verildiyi tarix "______" ____________ 20______ il Etibarlıdır "______"____________ 20______ il Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi _____________________________________________________________________________ (qurumun rəhbərinin soyadı və adı) __________________ (imza) M. Y.
Qeydlər:
1. Sənəd ölçüsü A4 (210x297 mm), səthi hamar və rəngi parlaq ağ olan kağızda çap edilməlidir.
2. Sənədin çapı üçün istifadə olunmuş kağız və boya ən azı 7 (yeddi) il öz keyfiyyətini və xüsusiyyətlərini saxlamalıdır.
3. Sənədin istehsalı üçün istifadə olunan kağızın tərkibində görünən flüoressent liflər vardır, optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır, istehsalında gilyoş, mikroçap və qabarıq çap üsullarından istifadə edilir.
4. Sənədin verilməsinə görə əlavə ödəniş tələb edilmir.
5. Sənəd Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən internet portalında yaradılmış sürücünün şəxsi kabinetinə yerləşdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 iyul tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
2 nömrəli əlavə Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair ŞƏHADƏTNAMƏ Azərbaycan Respublikası QR kod № ____________ Verilir ________________________________________________________________________________________________________________ (soyadı, adı və atasının adı) Sürücülük vəsiqəsi № _____________________ Kateqoriya (altkateqoriya)_____________________ Verildiyi tarix "______" ____________ 20______ il Etibarlıdır "______"____________ 20______ il Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi _____________________________________________________________________________ (qurumun rəhbərinin soyadı və adı) __________________ (imza) M. Y.
Qeydlər:
1. Sənəd ölçüsü A4 (210x297 mm), səthi hamar və rəngi parlaq ağ olan kağızda çap edilməlidir.
2. Sənədin çapı üçün istifadə olunmuş kağız və boya ən azı 7 (yeddi) il öz keyfiyyətini və xüsusiyyətlərini saxlamalıdır.
3. Sənədin istehsalı üçün istifadə olunan kağızın tərkibində görünən flüoressent liflər vardır, optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır, istehsalında gilyoş, mikroçap və qabarıq çap üsullarından istifadə edilir.
4. Sənədin verilməsinə görə əlavə ödəniş tələb edilmir.
5. Sənəd Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən internet portalında yaradılmış sürücünün şəxsi kabinetinə yerləşdirilir.
__________________________________