1. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə"də dəyişiklik təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Kollegiyanın sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 11 iyun tarixli 3-27/3-7-6/2024 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə"də dəyişiklik: Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə"nin 6.36-cı bəndində "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin.