Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il iyun ayında qəbul etdiyi bu qərar əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi qaydalarında əhəmiyyətli dəyişikliklər edib. Dəyişikliklər protez-ortopedik mərkəzin adını dəyişdirməsi, reabilitasiya vasitələrinin istifadə müddətinin bitməsindən sonra onların necə idarə olunacağını müəyyən etməsi, təkərli oturacaqların seçilməsində şəxsin fiziki xüsusiyyətlərinin nəzərə alınması və 18 yaşınadək əlil şəxslərə verilən vasitələrin qaytarılması qaydalarını əhatə edir. Həmçinin minik avtomobilinin verilmiş şəxsin vəfatından sonra ailə üzvünə keçməsi prosesi tənzimlənib.
hazırlanması, dəyişdirilməsi
müəyyən olunmuşistifadə və
2.7. Bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra reabilitasiya vasitələri Mərkəz tərəfindən yenisi ilə əvəz edilir
2.7-1. Reabilitasiya vasitələri bu Qaydanın 3-cü hissəsinin müddəaları nəzərə alınmaqla, müəyyən edilmiş təminat müddətində istehsalat qüsuru aşkarlandığı halda, Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında Mərkəzin vəsaiti hesabına təmir edilir və ya bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş təmir müddətlərində təmir etmək mümkün olmadıqda yenisi ilə əvəz edilir. 2.7-2. Bu Qaydanın 3-cü hissəsinin müddəaları nəzərə alınmaqla, reabilitasiya vasitələri istifadə müddəti başa çatmazdan əvvəl yararsız vəziyyətə düşdükdə, yaxud Şəxsdə hər hansı bir xəstəlik və ya anatomik-funksional dəyişiklik baş verdikdə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin inkişafı ilə əlaqədar istifadəyə uyğun olmadığı təqdirdə həmin reabilitasiya vasitələri Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında dövlət vəsaiti hesabına təmir edilir və ya bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş təmir müddətlərində təmir etmək mümkün olmadıqda isə yenisi ilə əvəz edilir. 2.11. Bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Şəxsə verilmiş reabilitasiya vasitələrinin satılması və ya bağışlanması qadağandır
3.8. Təkərli oturacaqlar təyin edilərkən, Şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır. Tibbi göstəriş olduğu halda, Şəxs bir ədəd açıq məkanda istifadə üçün mexaniki və ya mühərrikli, bir ədəd qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də bir ədəd sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin edilir
3.16-1. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə verilmiş təkərli oturacaqlar, istifadə müddəti başa çatmamışdan əvvəl şəxsin inkişafı ilə əlaqədar istifadəyə uyğun olmadığı təqdirdə, onun qanuni nümayəndəsinin müraciəti əsasında həmin reabilitasiya vasitəsi Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi
Şəxsə bu Qaydanın əlavəsinin 1.1.5-ci yarımbəndində göstərilən kosmetik yuxarı ətraf protezi verildiyi halda, bu Qaydanın əlavəsinin 1.1.1-ci, 1.1.2-ci və 1.1.3-cü yarımbəndlərində göstərilən əsas yuxarı ətraf protezlərinin istifadə müddəti 1 il artırılır
Mərkəz
3.14. Minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır və vəfat etmiş Şəxsin ailəsinin mülkiyyətinə verilir. 3.15. Minik avtomobili almış ailəsi (ər-arvad, valideynlər və uşaqlar) olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə verilir. 3.16. Şəxsə verilmiş təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzin tibbi-texniki komissiyası tərəfindən həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olduqda Mərkəzin tibbi-texniki komissiyasının qərarı əsasında təmir olunur və ya bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş təmir müddətlərində təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyasının aktı və Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur