1. 3-cü hissə üzrə:
1.1. 3.1.1.1-ci yarımbənddə "icazənin surəti" sözləri "icazə" sözü ilə, 3.1.1.2-ci yarımbənddə "sənədin surəti" sözləri "sənəd" sözü ilə, 3.1.1.5-ci yarımbənddə "situasiya" sözü "tikinti ərazisinin baş" sözləri ilə əvəz edilsin;
1.2. 3.1.5-ci yarımbənddə "bölmələrinin surəti" sözləri "bölmələri" sözü ilə əvəz edilsin.
2. 4-cü hissə üzrə:
2.1. 4.1-ci bənddən "kağız üzərində və" sözləri çıxarılsın;
2.2. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
"4.2. Tikintiyə icazə verildikdə bu Qaydaların 3.1.1-ci yarımbən-dində nəzərdə tutulmuş məlumatlar Reyestrə ötürülür, həmin məlumatlar Reyestrdə qeydə alınaraq tikinti obyektinə kod verilir və bu barədə bu Qaydaların əlavəsində göstərilən Şəhadətnamə tikintiyə icazə verən orqana (quruma) göndərilir.";
2.3. 4.2-1-ci bəndin birinci cümləsində "cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir" sözləri "cümləsinə əsasən 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın Reyestrə ötürülməsini təmin edir" sözləri ilə əvəz edilsin;
2.4. 4.2-2-ci bəndin birinci cümləsindən "və ya bilavasitə təqdim edir" sözləri, ikinci cümləsindən "sifarişli poçt göndərişi ilə" və "və ya bilavasitə təqdim edə" sözləri çıxarılsın;
2.5. 4.5-ci bənd ləğv edilsin;
2.6. 4.6.4-cü yarımbəndin birinci abzasında "Reyestr kitabında" sözləri və üçüncü abzasında "reyestr kitabında" sözləri "Reyestrdə" sözü ilə əvəz edilsin;
2.7. 4.8-ci bənddə "təqdim edirlər" sözləri "Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürürlər" sözləri ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;
2.8. aşağıdakı məzmunda 4.9-cu bənd əlavə edilsin:
"4.9. Bu Qaydaların 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərində, 4.2-ci, 4.3-cü və 4.7-ci bəndlərində nəzərdə tutulmuş məlumatların ötürülməsi şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.".
3. "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qayda-ları"nın əlavəsindən "Müəssisənin (təşkilatın) rəhbəri", "(imzası adı və soyadı)" və "M. Y." hissələri çıxarılsın.