AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 may tarixli 52 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması Qaydası"nda həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yaradılmış informasiya sistemi, habelə birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.
3. "İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1009 (Cild I) ləğv edilsin.
4. Bu Qərar "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 may tarixli 52 nömrəli Fərmanının 3-cü hissəsində nəzərdə tutulmuş tariflərlə eyni gündə qüvvəyə minir. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 20 iyun 2024-cü il № 305
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 iyun tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin 5-ci hissəsinə uyğun olaraq hazırlanmışdır və aşağıdakı tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir:
1.1.1. məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (mövcud şəbəkəyə);
1.1.2. sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin;
1.1.3. sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin.
1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. su təchizatı və tullantı sularının axıdılması sistemləri (STTSAS) - suyu mənbədən götürən, təmizləyən və istehlakçılara çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsi, həmçinin yaşayış məntəqəsi və sənaye müəssisələrində əmələ gələn tullantı sularını qəbul edən, nəql edən, təmizləyən və kənarlaşdıran şəbəkə və qurğular kompleksi;
1.2.2. texniki şərtlər - tikinti obyektlərinin STTSAS-yə qoşulması məqsədilə layihə sənədlərinin (bundan sonra — layihə sənədləri) hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;
1.2.3. su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) (STKM) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxs;
1.2.4. sifarişçi - su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və digər əşya hüquqları əsasında sahiblik edən şəxs;
1.2.5. tikinti obyektləri - tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular;
1.2.6. xidmət nöqtələri - "ASAN Kommunal" mərkəzləri, "ASAN xidmət" mərkəzləri və sahibkarlıq subyektlərinə münasibətdə, həmçinin kiçik və orta biznes evləri (KOB evləri);
1.2.7. qoşulma nöqtəsi - tikinti obyektinin STTSAS-yə fiziki qoşulma yeri;
1.2.8. qoşulma xidmətinə görə ödəniş - bu Qaydanın 1.1.1-ci və 1.1.2-ci yarımbəndlərində nəzərdə tutulmuş tikinti obyektləri üçün layihələndirilmə, tikinti-quraşdırma işlərinə və mövcud şəbəkəyə STKM tərəfindən fiziki qoşulmaya görə (istifadə olunan malmateriallara çəkilmiş xərclər də daxil olmaqla), bu Qaydanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulmuş tikinti obyektləri üçün isə sifarişçinin seçimi ilə STKM tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilmə, tikinti-quraşdırma işləri və STKM tərəfindən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulmaya görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğ;
1.2.9. qoşulma müqaviləsi - tikinti obyektlərinin STTSAS-yə qoşulması şərtlərini özündə əks etdirən sənəd;
1.2.10. tikinti obyektlərinin STTSAS-yə texnoloji qoşulması - texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən STTSAS-nin qoşulma nöqtəsinədək yeni STTSAS-nin layihələndirilməsi və inşası, əlavə tələbatla bağlı layihə sənədlərinin hazırlanması və tikintiquraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin, su təchizatı və (və ya) kanalizasiya qurğularının STTSAS-yə fiziki qoşulması, yeni su kəmərləri və qurğularının yuyulması, zərərsizləşdirilməsi və sifarişçi ilə STKM arasında qoşulma aktının tərtib edilməsi ilə bağlı göstərilən xidmət;
1.2.11. fiziki qoşulma - sifarişçinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə hazır vəziyyətə gətirilməsi üçün çəkilmiş su və kanalizasiya xətlərinin STKM-in təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;
1.2.12. qoşulma aktı - tikinti obyektinin STKM tərəfindən STTSAS-yə fiziki qoşulmasını təsdiq edən sənəd;
1.2.13. Sistem - kommunal sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən Kommunal Xidmətlərin Vahid İnformasiya Sistemi;
1.2.14. trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyin alınması tələb olunan qurumlar - su təchizatı və tullantı sularının axıdılması xətlərinin keçəcəyi ərazinin xüsusiyyətlərinə uyğun olaraq, su təchizatı və tullantı sularının axıdılması xətlərinin çəkilməsinin razılaşdırılması tələb olunan və bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilən orqanlar (qurumlar);
1.2.15. məişət abonenti - yaşayış evlərində, mənzillərdə o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən fiziki şəxs;
1.2.16. İnvestisiya proqramı - Su təchizatı, tullantı sularının axıdılması sisteminin tikintisi, yenidən qurulması (genişləndirilməsi) və müasirləşdirilməsi üzrə ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq qanunla qadağan edilməyən mənbələr (sifarişçinin vəsaiti istisna olmaqla) hesabına həyata keçirilən fəaliyyət proqramı.
1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.4. Bu Qayda qüvvəyə minənədək STTSAS-yə qoşulmuş istehlakçıların əlavə su həcmi alması, qoşulma nöqtəsinin dəyişdirilməsi və ya qoşulma nöqtəsində dəyişikliklər edilməsi hallarına da bu Qaydanın müddəaları şamil edilir.
1.5. Tikinti obyektlərinin STTSAS-yə qoşulması STKM ilə bağlanılmış ikitərəfli qoşulma müqaviləsi əsasında həyata keçirilir. Qoşulma müqaviləsində dəyişiklik edildikdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilədə də müvafiq dəyişikliklər edilir.
1.6. Texniki şərt Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla verilir.
1.7. Sifarişçinin tikinti obyektinin STTSAS-yə qoşulması onun müraciət etdiyi tarixdən aşağıda göstərilən üç mərhələdən ibarət olmaqla, 30 (otuz) gündən (bu Qaydanın 2.17-ci və 3.18-ci bəndləri nəzərə alınmaqla) gec olmayaraq təmin edilməlidir:
1.7.1. sifarişçinin bu Qaydanın 2.1-ci və 3.1-ci bəndləri ilə müəyyən edilmiş qaydada müraciəti, trassanın (yolun) layihəsinin hazırlanması və razılaşdırılması, STKM tərəfindən texniki şərtlərin hazırlanması, sifarişçi ilə qoşulma müqaviləsinin bağlanılması, sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödənişin təmin olunması və onun müraciət üsuluna uyğun olaraq texniki şərtlərin Sistemdə yerləşdirilməsi və ya təqdim edilməsi;
1.7.2. bu Qaydanın 1.7.1-ci yarımbəndində nəzərdə tutulmuş prosedurların yerinə yetirildiyi təqdirdə layihə sənədlərinin hazırlanması;
1.7.3. bu Qaydanın 1.2.10-cu yarımbəndində nəzərdə tutulmuş texnoloji qoşulmanın həyata keçirilməsi ilə bağlı xidmətlərin (layihələndirmə işləri istisna olmaqla) göstərilməsi, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilənin bağlanılması.
1.8. Bu Qaydada nəzərdə tutulan müddətlərin axımı sifarişçinin müraciət etdiyi tarixdən hesablanır.
1.9. Sifarişçi verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda, inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
1.10. Texniki şərtlərin hazırlanması və verilməsi üçün haqq ödənilmir.
1.11. Sifarişçi ona verilmiş texniki şərtləri və layihə sənədlərini itirdikdə o, həmin sənədlərin dublikatının alınması üçün xidmət nöqtələrinə müraciət edir və ya elektron qaydada həmin sənədləri Sistemdən əldə edir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün xidmət nöqtələri vasitəsilə sifarişçiyə ödənişsiz verilir.
1.12. Bu Qaydanın 1.1.2-ci və 1.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş sifarişçilərin tikinti obyektlərinə əlavə su həcminin alınması, yaxud qoşulma nöqtələrinin dəyişdirilməsi tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq əlavə su həcminin alınması və qoşulma nöqtələrinin dəyişdirilməsi üçün yeni texniki şərtlər verilməlidir. Əlavə su həcminin alınması və qoşulma nöqtələrinin dəyişdirilməsi üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə su həcminə və qoşulma nöqtələrinin dəyişdirilməsinə uyğun qoşulma xidmətinə görə ödənişi STKM-in hesabına köçürür.
1.13. Bu Qaydanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulmuş tikinti obyektlərinin STTSAS-yə qoşulması ilə bağlı tikinti obyektlərindən STTSAS-nin qoşulma nöqtəsinədək yeni STTSAS-nin layihələndirilməsi və inşası sifarişçinin seçdiyi podratçı, yaxud STKM tərəfindən sifarişçinin vəsaiti hesabına həyata keçirilir.
1.14. STKM sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun STTSAS-nin mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.
1.15. Sifarişçinin sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları" (bundan sonra - "Sudan istifadə Qaydaları") ilə tənzimlənir.
1.16. STKM və istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədi "Sudan istifadə Qaydaları"nın 3 nömrəli əlavəsi ilə təsdiq edilmiş aktla müəyyən olunur.
1.17. Tikinti obyektinin STTSAS-yə qoşulması məqsədilə müraciət edərkən sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz.
1.18. STKM su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə artan tələbatı nəzərə alaraq, STTSAS-nin genişləndirilməsi və gücləndirilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.
1.19. Bu Qaydanın 1.1.2-ci və 1.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə STTSAS-yə qoşulma nöqtəsindən tikinti obyektinə su təchizatı və tullantı su xətlərinin çəkilməsi ilə əlaqədar optimal trassanın (yolun) müəyyənləşdirilməsi üçün xidmət haqqı "Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 3 nömrəli Qərarı ilə tənzimlənir.
1.20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağandır.
2. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin STTSAS-yə qoşulması
2.1. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin STTSAS-yə qoşulması məqsədilə texniki şərtlərin və layihə sənədlərinin hazırlanması üçün sifarişçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları real vaxt rejimində Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə xidmət nöqtələrində STKM-ə ərizə ilə müraciət edir.
2.2. Bu Qaydanın məqsədləri üçün Sistemə aşağıdakı məlumatlar daxil edilir:
2.2.1. bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə:
1. sifarişçinin adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin FİN-i, sifarişçinin telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda);
2. sifarişçinin STTSAS-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və digər əşya hüquqlarına dair hüquqmüəyyənedici sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr və qeydiyyat nömrələri) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda);
2.2.2. bu Qaydanın 1.1.2-ci yarımbəndində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə:
1. sifarişçi hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və VÖEN-i, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olduqda - adı, ünvanı və VÖEN-i;
2. sifarişçinin STTSAS-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və digər əşya hüquqlarına dair hüquqmüəyyənedici sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr və qeydiyyat nömrələri) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda);
3. suya olan tələbatı, axıdılacaq tullantı sularının miqdarı (həcmi);
4. sifarişçinin telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvan olduqda).
2.3. Tikinti obyektinin STTSAS-yə qoşulması bu Qaydanın 1.7-ci bəndinin tələblərinə uyğun olaraq STKM tərəfindən təmin olunur.
2.4. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, STKM-in nümayəndəsi sifarişçinin xidmət nöqtələri vasitəsilə təqdim etdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul etdikdən sonra dərhal Sistemə daxil edir. Sifarişçi və STKM-in nümayəndəsi tərəfindən Sistemə daxil edilən məlumatlar həmin gün qeydiyyata alınmış hesab olunur.
2.5. Sistemə daxil edilmiş məlumatların bu Qaydanın 2.2-ci bəndinin tələblərinə uyğunluğu sifarişçinin müraciət etdiyi gün yoxlanılır. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumat 1 (bir) iş günü müddətində STKM-in nümayəndəsi tərəfindən sifarişçiyə onun müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) bildirilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir.
2.6. Sifarişçi həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində aradan qaldırır. Bu zaman bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırıldığı barədə sifarişçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
2.7. Sifarişçi sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.6-cı bəndində qeyd olunan müddətdə aradan qaldırmadıqda, müraciətin baxılmamış saxlanılması haqqında STKM tərəfindən qərar qəbul edilir və bu barədə məlumat 2 (iki) gün müddətində sifarişçiyə onun müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) bildirilir.
2.8. Sistemə daxil edilmiş məlumatların bu Qaydanın 2.2-ci bəndinin tələblərinə uyğunluğu təsdiqləndikdən sonra bu Qaydanın 1.7.1-ci yarımbəndinə əsasən STKM tərəfindən texniki şərtlərin hazırlanmasına başlanılır. Bu Qaydanın 1.7.1-ci yarımbəndi ilə müəyyən edilmiş prosedurlar STKM tərəfindən ən geci 10 (on) gün müddətində həyata keçirilir.
2.9. STKM bu Qaydanın 1.14-cü bəndinə uyğun olaraq seçilmiş STTSAS-yə qoşulma nöqtəsindən tikinti obyektinə su təchizatı və tullantı su xətlərinin çəkilməsi ilə əlaqədar elektron xəritə üzərindən tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) mövcud STTSAS-yə qoşulma nöqtəsini və həmin nöqtəyədək məsafəni müəyyənləşdirir. Optimal trassanın (yolun) layihəsi STKM-in Sistem vasitəsilə müraciəti əsasında müvafiq yerli icra hakimiyyəti orqanı, Bakı şəhərinin və "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisində isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2 (iki) gün müddətində hazırlanır, xidmətlərin göstərilməsinə dair müqaviləyə uyğun olaraq hesab-faktura təqdim edilir və trassa (yol) Sistemə yerləşdirilir. STKM-in nümayəndəsi həmin gün trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyin alınması tələb olunan qurumları bu Qaydanın 4 nömrəli əlavəsində nəzərdə tutulan orqanların (qurumların) siyahısından müəyyənləşdirərək trassanı (yolu) layihəsi ilə birlikdə Sistem vasitəsilə həmin qurumlara göndərir.
2.10. Tikinti obyektinin STTSAS-yə qoşulması üçün seçilən trassaya (yola) rəyi tələb olunan qurumlar tərəfindən 3 (üç) gündən gec olmayaraq Sistem vasitəsilə münasibət bildirilir. Həmin qurumlar tərəfindən münasibət bildirilərkən, optimal trassanın (yolun) layihəsinin nəzərə alınması üçün trassanın (yolun) razılaşdırılmasına aid texniki tələblər ayrıca göstərilir. Həmin müddət ərzində münasibət bildirilmədikdə məsələ razılaşdırılmış hesab olunur.
2.11. Tikinti obyektinin STTSAS-yə qoşulması üçün seçilən trassa (yol) razılaşdırıldıqdan sonra STKM tərəfindən texniki şərtlərin hazırlanması yekunlaşır, qoşulma xidmətinə görə ödəniş hesablanır, qoşulma müqaviləsi hazırlanır və Sistemə yerləşdirilir. STKM qoşulma müqaviləsinin bağlanılması zərurəti və qoşulma xidmətinə görə ödənişin həyata keçirilməsi ilə bağlı sifarişçiyə onun müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) müvafiq məlumatları təqdim edir.
2.12. Sifarişçi qoşulma müqaviləsini Sistem vasitəsilə və ya xidmət nöqtələrindəki STKM-in nümayəndələrinə müraciət edərək imzalayır. Qoşulma müqaviləsi bağlanıldıqdan sonra sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş təmin olunur. Sifarişçi qoşulma xidmətinə görə ödənişi Sistem vasitəsilə (yaxud ona verilən unikal kod vasitəsilə ödəniş terminalında) STKM-in bank hesabına köçürür və ya vəsaitin köçürülməsini təsdiq edən sənəd barədə məlumatların Sistemə daxil edilməsi məqsədilə xidmət nöqtələrindəki STKM-in nümayəndələrinə təqdim edir.
2.13. Sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş 3 (üç) gün müddətində təmin edilmədikdə, sifarişçi öz müraciətini geri götürmüş hesab olunur. Bu barədə sifarişçinin müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) ona müvafiq məlumat verilir. Sifarişçi tikinti obyektinin STTSAS-yə qoşulması ilə bağlı, bu Qaydanın 2.1-ci bəndinin tələblərinə əsasən yenidən müraciət etmək hüququna malikdir.
2.14. Qoşulma müqaviləsi bağlanıldıqdan və sifarişçi tərəfindən ödəniş həyata keçirildikdən sonra ona müraciət üsuluna uyğun olaraq (Sistem və ya xidmət nöqtələri) texniki şərtlər Sistemdə yerləşdirilir və ya təqdim edilir, bundan sonra STKM tərəfindən ən geci 10 (on) gün müddətində layihə sənədləri hazırlanır. Sənədlərin hazırlanması prosesi çərçivəsində tikinti obyektinə yerində baxış zamanı sifarişçinin cəlb edilməsi nəzərdə tutulmur.
2.15. Sifarişçi texniki şərtlərdə qeyd olunan qoşulmaya dair tələblərin yerinə yetirilməsinə görə məsuliyyət daşımır.
2.16. Bu Qaydanın 2.14-cü bəndinə əsasən layihə sənədləri hazırlandıqdan sonra bu Qaydanın 1.7-ci bəndi ilə müəyyən edilmiş müddət gözlənilməklə texniki şərtlərə və layihə sənədlərinə əsasən tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən STTSAS-yə qoşulma nöqtəsinədək su təchizatı və tullantı su xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini STKM həyata keçirir. Bu zaman sifarişçi qoşulma xidmətinə görə ödənişdən əlavə heç bir ödəniş etmir.
2.17. Bu Qaydanın 1.1.1-ci və 1.1.2-ci yarımbəndlərində nəzərdə tutulan tikinti obyektlərinin STTSAS-yə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafədən 30,0 metrədək olduqda tələbata uyğun boru diametri ilə, STTSAS-nin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq bu Qaydanın 1.7-ci bəndi ilə müəyyən edilmiş müddətdə, 30,0 metrdən artıq olduqda isə ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq şəbəkələrin genişləndirilməsi yolu ilə tikinti layihəsinin "Tikinti işlərinin təşkili bölməsi"ndə nəzərdə tutulmuş müddətlərdə həyata keçirilir. Mövcud şəbəkələrin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq su təchizatı və kanalizasiya müəssisəsinin investisiya proqramına əsasən təmin olunur.
2.18. Qoşulma müqaviləsi və onun tərkib hissəsi olan texniki şərtlər bu Qaydanın 1 nömrəli əlavəsində qeyd olunan formada tərtib edilir.
2.19. STKM ilə sifarişçi arasında qoşulma aktı bu Qaydanın 3 nömrəli əlavəsində qeyd olunan formada tərtib edilir.
2.20. Bu Qaydanın 2.16-cı bəndində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinin başa çatdırıldığı gün sifarişçinin və STKM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, su təchizatı və tullantı sularının axıdılması layihəsinin və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, STKM ilə sifarişçi arasında 2 (iki) nüsxədə qoşulma aktı və "Sudan istifadə Qaydaları"na uyğun olaraq su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanılır, həmin sənədlər kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və STKM tərəfindən həmin gün Sistemə yerləşdirilir. Görülmüş işlərin nəticəsi barədə məlumatlar, o cümlədən su təchizatı və tullantı sularının axıdılması layihəsi STKM tərəfindən həmin gün Sistemə yerləşdirilir və ya kağız daşıyıcıda sifarişçiyə təqdim edilir, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi təmin edilir.
2.21. Qoşulma aktı imzalandığı halda STKM su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqaviləni bağlamaqdan imtina edə bilməz.
2.22. Çoxmənzilli yaşayış binalarının STTSAS-yə qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq həmin binalarda yerləşən mənzillərin, həmçinin yaşayış binası üçün verilmiş texniki şərtdə nəzərdə tutulan, həmin yaşayış binasının qeyri-yaşayış sahələrinin
STTSAS-yə qoşulması üçün ayrıca texniki şərtlərin və su təchizatı və tullantı suların axıdılması sisteminin layihəsinin alınması, həmçinin qoşulma xidmətinə görə ödəniş tələb olunmur.
2.23. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin STTSAS-yə qoşulması üçün texniki şərtlərin və layihə sənədlərinin verilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq tikintiyə icazə verən orqanın (qurumun) sorğusu əsasında şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Sorğuya tikinti ərazisinin baş planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. Bu zaman tikinti obyektlərinin STTSAS-yə qoşulması üçün texniki şərtlərin və layihə sənədlərinin verilməsinin təmin edilməsi bu Qaydada Sistem vasitəsilə icra olunan prosedurlara uyğun olaraq həyata keçirilir. Tikintiyə icazə icraatı çərçivəsində texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş tikintiyə icazənin qüvvədə olduğu və ya qüvvədəolma müddətinin uzadıldığı müddətə verilir. Bu müddətdə sifarişçi ilə STKM arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanılmadıqda, verilmiş texniki şərtlər qüvvədən düşmüş hesab edilir.
2.24. Sifarişçinin məlumatlandırma icraatı qaydasında inşa ediləcək tikinti obyektinin STTSAS-yə qoşulması sifarişçi tərəfindən həmin tikinti obyektinin tikintisinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin tələbləri təmin olunduqdan sonra onun müraciətinə əsasən və bu Qaydaya uyğun olaraq həyata keçirilir.
2.25. Bu Qaydanın 2.20-ci bəndi ilə müəyyən edilmiş tələblərə cavab verməyən tikinti obyektinin STTSAS-yə qoşulmasının, əlavə tələbatla bağlı suyun ümumi buraxılış həcminin dəyişdirilməsi üçün texniki şərtlərin verilməsinin mümkün olmaması barədə məlumat 2 (iki) gün müddətində müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) sifarişçiyə təqdim edilir. STKM tərəfindən 2 (iki) gün müddətində bildirişdə qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra bu Qaydanın 2.20-ci bəndində nəzərdə tutulmuş qaydada su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi təmin edilir.
3. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin STTSAS-yə qoşulması
3.1. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektinin STTSAS-yə qoşulması məqsədilə texniki şərtlərin və layihə sənədlərinin hazırlanması üçün sifarişçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 3.2-ci bəndində qeyd olunan məlumatları real vaxt rejimində Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə xidmət nöqtələrində STKM-ə ərizə ilə müraciət edir.
3.2. Bu Qaydanın məqsədləri üçün Sistemə aşağıdakı məlumatlar daxil edilir:
3.2.1. sifarişçi hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və VÖEN-i, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olduqda - adı, ünvanı və VÖEN-i, sifarişçinin telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda);
3.2.2. sifarişçinin STTSAS-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və digər əşya hüquqlarına dair hüquqmüəyyənedici sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr və qeydiyyat nömrələri) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda);
3.2.3. tikinti ərazisinin vəziyyət planı, tikinti layihəsinin surəti, tikinti obyektinin sahəsi, həcmi və mərtəbəliliyi, yaşayış binalarında mənzillərin sayı, qeyri-yaşayış sahələri, yeraltı mühəndis kommunikasiya təminatı sistemləri barədə məlumat;
3.2.4. suya olan tələbatı, axıdılacaq tullantı sularının miqdarı (həcmi).
3.3. STTSAS-yə qoşulma sifarişçinin seçiminə əsasən podratçı təşkilatlar və ya STKM tərəfindən həyata keçirilir.
3.4. Sifarişçinin seçiminə uyğun olaraq STTSAS-yə qoşulma ilə bağlı işlərin həyata keçirilməsi tərəflər arasında bağlanılan müqaviləyə uyğun olaraq həyata keçirilir. STTSAS-yə qoşulma podratçı təşkilatlar tərəfindən həyata keçirildiyi halda qoşulma ilə bağlı görülən işlərin dəyəri tərəflər arasında bağlanılan müqaviləyə əsasən təyin edilir.
3.5. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, STKM-in nümayəndəsi sifarişçinin xidmət nöqtələri vasitəsilə təqdim etdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul etdikdən sonra dərhal Sistemə daxil edir. Sifarişçi və STKM-in nümayəndəsi tərəfindən Sistemə daxil edilən məlumatlar həmin gün qeydiyyata alınmış hesab olunur.
3.6. Sistemə daxil edilmiş məlumatların bu Qaydanın 3.2-ci bəndinin tələblərinə uyğunluğu sifarişçinin müraciət etdiyi gün yoxlanılır. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumat 1 (bir) iş günü müddətində STKM-in nümayəndəsi tərəfindən sifarişçiyə onun müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) bildirilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir.
3.7. Sifarişçi həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində aradan qaldırır. Bu zaman bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş müddət axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırıldığı barədə sifarişçinin müraciətindən sonra müddət axımı bərpa olunur.
3.8. Sifarişçi sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 3.7-ci bəndində qeyd olunan müddətdə aradan qaldırmadıqda, müraciətin baxılmamış saxlanılması haqqında STKM tərəfindən qərar qəbul edilir və bu barədə məlumat 2 (iki) gün müddətində sifarişçiyə onun müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) bildirilir.
3.9. Sistemə daxil edilmiş məlumatların bu Qaydanın 3.2-ci bəndinin tələblərinə uyğunluğu təsdiqləndikdən sonra bu Qaydanın 1.7.1-ci yarımbəndinə əsasən STKM tərəfindən texniki şərtlərin hazırlanmasına başlanılır. Bu Qaydanın 1.7.1-ci yarımbəndi ilə müəyyən edilmiş prosedurlar STKM tərəfindən ən geci 10 (on) gün müddətində həyata keçirilir.
3.10. STKM bu Qaydanın 1.14-cü bəndinə uyğun olaraq seçilmiş STTSAS-yə qoşulma nöqtəsindən tikinti obyektinə su təchizatı və tullantı su xətlərinin çəkilməsi ilə əlaqədar elektron xəritə üzərindən tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) mövcud STTSAS-yə qoşulma nöqtəsini və həmin nöqtəyədək məsafəni müəyyənləşdirir. Optimal trassanın (yolun) layihəsi STKM-in Sistem vasitəsilə müraciəti əsasında müvafiq yerli icra hakimiyyəti orqanı, Bakı şəhərinin və "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisində isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2 (iki) gün müddətində hazırlanır, xidmətlərin göstərilməsinə dair müqaviləyə uyğun olaraq hesab-faktura təqdim edilir və sonra trassa (yol) Sistemə yerləşdirilir. STKM-in nümayəndəsi həmin gün trassanın (yolun) razılaşdırılması ilə bağlı rəy alınması tələb olunan qurumları bu Qaydanın 4 nömrəli əlavəsində nəzərdə tutulan orqanların (qurumların) siyahısından müəyyənləşdirərək trassanı (yolu) layihəsi ilə birlikdə Sistem vasitəsilə həmin qurumlara göndərir.
3.11. Tikinti obyektinə STTSAS-yə qoşulması üçün seçilən trassaya (yola) rəyi tələb olunan qurumlar 3 (üç) gündən gec olmayaraq Sistem vasitəsilə münasibət bildirirlər. Həmin qurumlar tərəfindən münasibət bildirilərkən optimal trassanın (yolun) sxeminin nəzərə alınması üçün trassanın (yolun) razılaşdırılmasına aid texniki tələblər ayrıca göstərilir. Həmin müddət ərzində münasibət bildirilmədikdə məsələ razılaşdırılmış hesab olunur.
3.12. Texniki şərtlər sifarişçinin müraciət etdiyi tarixdən etibarən 10 (on) gündən gec olmayaraq verilir. STTSAS-yə qoşulması üçün seçilən trassa (yol) razılaşdırıldıqdan sonra (sifarişçinin seçiminə əsasən STKM tərəfindən icra olunacağı təqdirdə) STKM tərəfindən texniki şərtlərin hazırlanması yekunlaşır, qoşulma xidmətinə görə ödəniş hesablanır, qoşulma müqaviləsi hazırlanır və Sistemə yerləşdirilir. STKM qoşulma müqaviləsinin bağlanılması zərurətini və qoşulma xidmətinə görə ödənişin həyata keçirilməsi ilə bağlı sifarişçiyə onun müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) müvafiq məlumatları təqdim edir. Sifarişçi qoşulma müqaviləsini Sistem vasitəsilə və ya xidmət nöqtələrindəki STKM-in nümayəndələrinə müraciət edərək imzalayır. Qoşulma müqaviləsi bağlanıldıqdan sonra Sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş təmin olunur. Sifarişçi qoşulma xidmətinə görə ödənişi Sistem vasitəsilə (yaxud ona verilən unikal kod vasitəsilə ödəniş terminalında) STKMin bank hesabına köçürür və ya vəsaitin köçürülməsini təsdiq edən sənəd barədə məlumatların Sistemə daxil edilməsi məqsədilə xidmət nöqtələrindəki STKM-in nümayəndələrinə təqdim edir. Sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş 3 (üç) gün müddətində təmin olunmadıqda sifarişçinin öz müraciətini geri götürmüş hesab edilir. Bu barədə sifarişçinin müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) ona müvafiq məlumat verilir. Sifarişçi tikinti obyektinin STTSAS-yə qoşulması ilə bağlı bu Qaydanın 3.1-ci bəndinin tələblərinə əsasən yenidən müraciət etmək hüququna malikdir.
3.13. Bu Qaydanın 3.3-cü bəndinin tələblərinə uyğun olaraq STTSAS-yə qoşulma sifarişçinin seçiminə əsasən podratçı təşkilatlar tərəfindən icra olunarsa bu Qaydanın 3.12-ci bəndi ilə müəyyən edilmiş müddətdə texniki şərtlərin hazırlanması yekunlaşır, fiziki qoşulmanın həyata keçirilməsi üçün qoşulma müqaviləsi hazırlanır və Sistemə yerləşdirilir. STKM qoşulma müqaviləsinin bağlanılması zərurətini və fiziki qoşulmaya görə ödənişin həyata keçirilməsi ilə bağlı sifarişçiyə onun müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) müvafiq məlumatları təqdim edir. Sifarişçi qoşulma müqaviləsini Sistem vasitəsilə və ya xidmət nöqtələrindəki STKM-in nümayəndələrinə müraciət edərək imzalayır. Qoşulma müqaviləsi bağlanıldıqdan sonra sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş təmin olunur. Sifarişçi fiziki qoşulma xidmətinə görə ödənişi Sistem vasitəsilə (yaxud ona verilən unikal kod vasitəsilə ödəniş terminalında) STKM-in bank hesabına köçürür və ya vəsaitin köçürülməsini təsdiq edən sənəd barədə məlumatların Sistemə daxil edilməsi məqsədilə xidmət nöqtələrindəki STKM-in nümayəndələrinə təqdim edir. Sifarişçi tərəfindən fiziki qoşulma xidmətinə görə ödəniş 3 (üç) gün müddətində təmin olunmadıqda sifarişçinin öz müraciətini geri götürmüş hesab edilir. Bu barədə sifarişçinin müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) ona müvafiq məlumat verilir. Sifarişçi tikinti obyektinin STTSAS-yə qoşulması ilə bağlı bu Qaydanın 3.1-ci bəndinin tələblərinə əsasən yenidən müraciət etmək hüququna malikdir.
3.14. Sifarişçinin seçiminə uyğun olaraq su təchizatı və tullantı suyunun axıdılması layihəsinin STKM tərəfindən həyata keçirilməsi nəzərdə tutulduğu halda qoşulma müqaviləsi bağlanıldıqdan və sifarişçi tərəfindən ödəniş həyata keçirildikdən sonra ona müraciət üsuluna uyğun olaraq (Sistem və ya xidmət nöqtələri) texniki şərtlər təqdim edilir, bundan sonra STKM tərəfindən ən geci 10 (on) gün müddətində layihə sənədləri hazırlanır. Sənədlərin hazırlanması prosesi çərçivəsində tikinti obyektinə yerində baxış zamanı sifarişçinin cəlb edilməsi nəzərdə tutulmur.
3.15. Tikinti obyektinin STTSAS-yə qoşulması üçün su təchizatı və tullantı sularının axıdılması layihəsinin podratçı tərəfindən hazırlanması sifarişçi ilə podratçı arasında bağlanılmış müqavilə şərtlərinə əsasən həyata keçirilir. Podratçı tərəfindən layihə sənədləri hazırlandıqdan sonra STKM ilə razılaşdırılması məqsədilə Sistemə yerləşdirilir. STKM 3 (üç) iş günündən gec olmayaraq, su təchizatı və tullantı sularının axıdılması layihəsini razılaşdırır və ya irad və təkliflər barədə məlumatları Sistemə yerləşdirir. Həmin müddət ərzində münasibət bildirilmədikdə layihə razılaşdırılmış hesab olunur.
3.16. Bu Qaydanın 3.14-cü və 3.15-ci bəndlərinə əsasən layihə sənədləri hazırlandıqdan sonra bu Qaydanın 1.7-ci bəndi ilə müəyyən edilmiş müddət gözlənilməklə texniki şərtlərə və layihə sənədlərinə əsasən tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən STTSAS-yə qoşulma ilə əlaqədar su təchizatı və tullantı su xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri həyata keçirilir.
3.17. Sifarişçi texniki şərtlərdə qeyd olunan qoşulmaya dair tələblərin yerinə yetirilməsinə görə məsuliyyət daşımır.
3.18. Bu Qaydanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulan tikinti obyektlərinin STTSAS-yə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30,0 metrədək olduqda və STTSAS-nin genişləndirilməsinə zərurət olmadıqda, tələbata uyğun boru diametri ilə bu Qaydanın 1.7-ci bəndi ilə müəyyən edilmiş müddətdə, STTSASnin genişləndirilməsinə zərurət olduqda və ya 30,0 metrdən artıq olduğu halda isə ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq şəbəkələrin genişləndirilməsi yolu ilə tikinti layihəsinin "Tikinti işlərinin təşkili bölməsi"ndə nəzərdə tutulmuş müddətlərdə həyata keçirilir. Mövcud şəbəkələrin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq su təchizatı və kanalizasiya müəssisəsinin investisiya proqramına əsasən təmin olunur.
3.19. Qoşulma müqaviləsi və onun tərkib hissəsi olan texniki şərtlər bu Qaydanın 2 nömrəli əlavəsində qeyd olunan formada tərtib edilir.
3.20. STKM ilə sifarişçi arasında qoşulma aktı bu Qaydanın 3 nömrəli əlavəsində qeyd olunan formada tərtib edilir.
3.21. Bu Qaydanın 3.16-cı bəndində nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 2 (iki) gün müddətində STKM-in nümayəndələrinin, sifarişçinin, bu işlər podratçı tərəfindən yerinə yetirildiyi halda isə, həmçinin həmin podratçının iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, su təchizatı və tullantı sularının axıdılması layihəsinin və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, tikinti-quraşdırma işlərini həyata keçirən STKM və ya podratçı tərəfindən həmin işlərə dair təhvil-təslim aktı imzalanır, su sayğacının quraşdırılması aktı isə STKM tərəfindən sifarişçiyə təqdim edilir. Bu Qaydanın 3.25-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər tikinti obyektləri üçün həmin gün STKM ilə sifarişçi arasında 2 (iki) nüsxədə qoşulma aktı və "Sudan istifadə Qaydaları"na uyğun olaraq su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə imzalanır, həmin sənədlər Sistemə yerləşdirilir və kağız daşıyıcıda sifarişçiyə təqdim olunur, su təchizatı və tullantı suların axıdılması xidmətlərinin göstərilməsi təmin edilir.
3.22. Qoşulma aktı imzalandığı halda STKM su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqaviləni bağlamaqdan imtina edə bilməz.
3.23. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin STTSAS-yə qoşulması üçün texniki şərtlərin və layihə sənədlərinin verilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq tikintiyə icazə verən orqanın (qurumun) sorğusu əsasında şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Sorğuya tikinti ərazisinin baş planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. Bu zaman tikinti obyektlərinin STTSAS-yə qoşulması üçün texniki şərtlərin və layihə sənədlərinin verilməsinin təmin edilməsi bu Qaydada Sistem vasitəsilə icra olunan prosedurlara uyğun olaraq həyata keçirilir. Tikintiyə icazə icraatı çərçivəsində texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş tikintiyə icazənin qüvvədə olduğu və ya qüvvədəolma müddətinin uzadıldığı müddətə verilir. Bu müddətdə sifarişçi ilə STKM arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanılmadıqda, verilmiş texniki şərtlər qüvvədən düşmüş hesab edilir.
3.24. Bu Qaydanın 3.21-ci bəndində nəzərdə tutulmuş hallarda texniki baxış keçirilərkən su təchizatı və tullantı sularının axıdılması xətlərinin çəkilməsi, tikinti-quraşdırma işlərinin texniki şərtlərə, su təchizatı və tullantı sularının axıdılması layihəsinə və su təchizatı və tullantı sularının axıdılması qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğun aparılmadığı müəyyən olunduqda, STKM tərəfindən sifarişçiyə və podratçıya 2 (iki) gün müddətində aradan qaldırılmalı çatışmazlıqlar göstərilməklə əsaslandırılmış bildiriş verilir və STKM bu Qaydanın 3.16-cı bəndində nəzərdə tutulmuş işlər onun tərəfindən yerinə yetirildiyi halda çatışmazlıqları aradan qaldırır.
3.25. Su təchizatı və tullantı sularının axıdılması xətlərini çəkən və tikinti-quraşdırma işlərini yerinə yetirən podratçı, yaxud STKM tərəfindən 2 (iki) gün müddətində bildirişdə qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra görülən işlərə sifarişçi, podratçı və STKM tərəfindən bu Qaydanın 3.21-ci bəndinə uyğun olaraq yenidən baxış keçirilir.
3.26. Su təchizatı və tullantı sularının axıdılması xətlərini çəkən və tikinti-quraşdırma işlərini yerinə yetirən podratçı, sifarişçi və STKM qeyd olunan çatışmazlıqlarla razılaşmadıqda, bununla bağlı məhkəmə qaydasında şikayət edə bilərlər.
3.27. Sifarişçi texniki şərtlərə uyğun olaraq, obyektin su təchizatı və tullantı sularının axıdılması sisteminin layihələndirilməsini həyata keçirməlidir. Tikinti obyektinin layihələndirilməsi zamanı texniki şərtlərin tələblərindən kənaraçıxma zərurəti yaranarsa, bu kənara çıxmaların texniki şərtləri vermiş STKM ilə razılaşdırılması üçün sifarişçi kənaraçıxma zərurəti yaradan səbəblərə dair əsaslandırılmış məlumatlar qeyd edilmiş ərizə ilə texniki şərtləri vermiş STKM-ə və ya xidmət nöqtələrinə müraciət edir. Texniki şərtləri vermiş STKM 2 (iki) gün müddətində sifarişçi tərəfindən təqdim edilmiş kənaraçıxma zərurətinə dair məlumatlar əsaslı hesab edildikdə texniki şərtlərdə müvafiq dəyişikliklər edilməsi barədə, əks halda texniki şərtlərin qüvvədə saxlanılması barədə qərar qəbul edir.
"Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası"na 1 nömrəli əlavə Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər (100 kubmetr daxil olmaqla) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulma MÜQAVİLƏSİ ______________ (müqavilənin nömrəsi) __________ şəhər (rayon) "___" __________ 20____ il Bundan sonra mətn üzrə "Sifarişçi" adlandırılacaq ______________________________________________________ ____________________________________________bir tərəfdən (soyadı, adı, atasının adı) və bundan sonra mətn üzrə "İcraçı" adlandırılacaq ______________ ______________________________________________________ (su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) adı) _________əsasında fəaliyyət göstərən _______________________ ______________________________________________ şəxsində, (soyadı, adı, atasının adı, vəzifəsi) digər tərəfdən, (birlikdə "Tərəflər", ayrı-ayrılıqda "Tərəf" adlandırılacaq) su təchizatı və kanalizasiya şəbəkəsinə (STTSAS-yə) qoşulma müqaviləsini (bundan sonra — Müqavilə) aşağıdakı şərtlərlə bağladılar.
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilə ilə icraçı STTSAS-yə qoşulma üçün hazırlıq və gücləndirmə işləri də daxil olmaqla, sifarişçinin _________________ ünvanında inşa edilmiş (inşa ediləcək) tikinti obyektinin STTSAS-yə qoşulması (layihələndirilməsi, tikintisi, fiziki qoşulması) öhdəliyini öz üzərinə götürür.
1.2. Qoşulma nöqtəsi texniki şərtlərdə qeyd olunmuşdur və sifarişçinin STTSAS-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazinin sərhədindən ______ metr məsafədə yerləşir.
1.3. Texniki şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir.
2. Ödəniş şərtləri
2.1. Sifarişçi Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının _____ nömrəli ____________ tarixli Qərarı ilə təsdiq edilmiş qoşulma xidmətinə görə ödənişin məbləğlərinə uyğun olaraq STKM-ə _________________ manat ödəniş edir.
2.2. Sifarişçi bu Müqavilənin 2.1-ci bəndində qeyd olunan məbləği STKM tərəfindən təqdim edilmiş bank hesabına ödəyir.
3. Tərəflərin öhdəlikləri
3.1. İcraçının öhdəlikləri:
- tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən STTSAS-yə qoşulma nöqtəsinədək su təchizatı və kanalizasiya xətlərinin çəkilməsi, tikinti-quraşdırma işləri və fiziki qoşulmanı həyata keçirmək; - su təchizatı və kanalizasiya xətlərinin çəkilməsi və tikintiquraşdırma işlərinin yerinə yetirildiyi gün sifarişçi ilə 2 (iki) nüsxədə qoşulma aktı, suyun alqı-satqı müqaviləsini bağlamaq, həmin sənədləri kağız daşıyıcıda sifarişçiyə təqdim etmək və həmin gün onları, o cümlədən texniki şərtləri və su təchizatı və kanalizasiya sistemi layihəsini "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması Qaydası"na uyğun olaraq Kommunal Xidmətlərin Vahid İnformasiya Sisteminə yerləşdirmək və ya kağız daşıyıcıda sifarişçiyə təqdim etmək və su təchizatı və kanalizasiya xidmətlərindən istifadəni təmin etmək.
3.2. Sifarişçinin öhdəlikləri:
- Müqavilənin 2.1-ci bəndi ilə müəyyən edilmiş məbləği STKM-ə ödəmək; - "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması Qaydası"nın 2.13-cü bəndinə əsasən, sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş 3 (üç) gün müddətində təmin olunmadıqda, sifarişçi öz müraciətini geri götürmüş hesab edilir; - icraçı sifarişçinin tikinti obyektinin STTSAS-yə fiziki qoşulmasını həyata keçirdikdən sonra qoşulma aktını imzalamaq.
4. Müqavilədə dəyişiklik edilməsi və Müqavilənin ləğv edilməsi şərtləri
4.1. Bu Müqavilədə Tərəflərin yazılı razılığı ilə dəyişiklik edilə bilər.
4.2. Bu Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş əsaslarla tərəflərdən birinin tələbi ilə və ya tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər. İmzalar: Sifarişçi ________________________________________________ İcraçının adından_________________________________________
"Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər (100 kubmetr daxil olmaqla) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulma Müqaviləsi"nə əlavə Təsdiq edirəm: Su təchizatı və kanalizasiya müəssisəsinin məsul nümayəndəsi_______________________________________ (soyadı, adı, atasının adı, imzası) QR kod Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün TEXNİKİŞƏRTLƏR № __________ "______" ____________ 20 ___il Sifarişçi: _____________________________________________________ (hüquqi şəxs olduqda - adı, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, VÖEN) Sifarişçinin ünvanı: _____________________________________ Əlaqə telefonları: ______________________________________ Obyektin təyinatı: ______________________________________ Obyektin ünvanı: ______________________________________ Müraciətin daxilolma nömrəsi və tarixi: ______________________ Tələb olunan su sərfiyyatı: _______________________________ İcazə verilən su sərfiyyatı: ________________________________
1. Obyektin su və kanalizasiya şəbəkələrinə qoşulma şərtləri:
1.1. Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma nöqtəsi (qoşulma sxemi əlavə olunur) ________________
1.2. Qoşulma nöqtəsində suyun təzyiqi: _____________________ 1.2.1. yuxarı həddi: _____________________________________ 1.2.2. aşağı həddi: _____________________________________
1.3. Nəzarət-ölçü cihazlarına və suölçən qovşaqlarına verilən xüsusi tələblər: ________________________________________
1.4. Qoşulma nöqtəsindən obyektə çəkiləcək su və kanalizasiya xətlərinə aid tələblər: ____________________________________
1.5. Su təchizatı və kanalizasiya qurğularının tikintisinə qoyulan tələblər: _____________________________________________
2. Su təchizatı və kanalizasiya sistemlərinin layihəsi şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun olaraq işlənilməlidir. _________________
"Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası"na 2 nömrəli əlavə Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulma MÜQAVİLƏSİ ____________ (müqavilənin nömrəsi) __________ şəhər (rayon) "____" ___________ 20 ___ il Bundan sonra mətn üzrə "Sifarişçi" adlandırılacaq ______________ ______________________________________________________ ____________________________________________, bir tərəfdən (soyadı, adı, atasının adı) və bundan sonra mətn üzrə "İcraçı" adlandırılacaq _______________ ______________________________________________________ (su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) adı) _______ əsasında fəaliyyət göstərən _________________________ _______________________________________________şəxsində, (soyadı, adı, atasının adı, vəzifəsi) digər tərəfdən, (birlikdə "Tərəflər", ayrı-ayrılıqda "Tərəf" adlandırılacaq) su təchizatı və kanalizasiya şəbəkəsinə (STTSAS-yə) qoşulma müqaviləsini (bundan sonra — Müqavilə) aşağıdakı şərtlərlə bağladılar.
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilə ilə icraçı STTSAS-yə qoşulma üçün hazırlıq və gücləndirmə işləri də daxil olmaqla, sifarişçinin _________________ ünvanında inşa edilmiş (inşa ediləcək) tikinti obyektinin STTSAS-yə qoşulması (layihələndirilməsi, tikintisi, fiziki qoşulması) öhdəliyini öz üzərinə götürür.
1.2. Qoşulma nöqtəsi texniki şərtlərdə qeyd olunmuşdur və sifarişçinin STTSAS-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazinin sərhədindən ______ metr məsafədə yerləşir.
1.3. Texniki şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir.
2. Ödəniş şərtləri
2.1. Sifarişçi Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının _____ nömrəli __________ tarixli Qərarı ilə təsdiq edilmiş qoşulma xidmətinə görə ödənişin məbləğlərinə uyğun olaraq aşağıdakı işlərə görə STKM-ə ödəniş edir: - layihə işlərinə görə _________________________ manat; - tikinti-quraşdırma işlərinə görə _________________ manat; - fiziki qoşulmaya görə _______________________ manat.
2.2. Müqavilə üzrə sifarişçi STKM-ə ümumi __________ manat (ƏDV daxil) ödəyir.
2.3. Sifarişçi bu müqavilənin 2.1-ci bəndində qeyd olunan məbləği STKM tərəfindən təqdim edilmiş bank hesabına ödəyir.
3. Tərəflərin öhdəlikləri
3.1. STKM-in öhdəlikləri:
- su təchizatı və kanalizasiya xətlərinin layihələndirilməsini təmin etmək; - tikinti-quraşdırma işlərini yerinə yetirmək; - Müqavilə ilə müəyyən edilmiş işlər icra edildikdən sonra, görülən işlərə baxış keçirilməsində iştirak etmək, sifarişçi ilə 2 (iki) nüsxədə qoşulma aktını və su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin müqaviləsini imzalamaq, həmin sənədləri "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması Qaydası"na uyğun olaraq Kommunal Xidmətlərin Vahid İnformasiya Sisteminə yerləşdirmək, kağız daşıyıcıda sifarişçiyə təqdim etmək və tələb olunan suyun su təchizatı şəbəkəsi vasitəsilə ötürülməsini və tullantı sularının axıdılmasını təmin etmək; - fiziki qoşulmanı həyata keçirmək.
3.2. Sifarişçinin öhdəlikləri:
- Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək; - su təchizatı və kanalizasiya xətlərinin çəkilməsi və tikintiquraşdırma işləri podratçı tərəfindən yerinə yetirildiyi halda texniki şərti verən STKM-ə bu barədə məlumat vermək; - görülən işlərə baxış keçirilməsində iştirak etmək; - texniki şərti verən STKM sifarişçinin tikinti obyektinin su təchizatı və kanalizasiya şəbəkəsinə fiziki qoşulmasını həyata keçirdikdən sonra qoşulma aktını imzalamaq;
- Müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş məbləği STKM-ə ödəmək. "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması Qaydası"nın 3.12-cü və 3.13-cü bəndlərinə əsasən, sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş 3 (üç) gün müddətində təmin olunmadıqda, sifarişçi öz müraciətini geri götürmüş hesab edilir. Qeyd. Sifarişçi bu Müqavilənin 3.1-ci bəndindəki hər hansı bir xidməti seçdiyi zaman nümunədə (√ ) göstərilmiş formada qeyd etməlidir.
4. Müqavilədə dəyişiklik edilməsi və Müqavilənin ləğv edilməsi şərtləri
4.1. Bu Müqavilədə tərəflərin yazılı razılığı ilə dəyişiklik edilə bilər.
4.2. Bu Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş əsaslarla tərəflərdən birinin tələbi ilə və ya tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər. İmzalar: STKM adından __________________________________________ Sifarişçi ____________________________________________
"Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən artıq olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulma Müqaviləsi"nə əlavə Təsdiq edirəm: Su təchizatı və kanalizasiya müəssisəsinin məsul nümayəndəsi _____________________________________ (soyadı, adı, atasının adı, imzası) QR kod Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən artıq olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün TEXNİKİŞƏRTLƏR № __________ "______" ___________ 20 ___il Sifarişçi: ______________________________________________________ (hüquqi şəxs olduqda - adı, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, VÖEN) Sifarişçinin ünvanı:_______________________________________ Əlaqə telefonları:_________________________________________ Obyektin təyinatı:_________________________________________ Obyektin ünvanı:_________________________________________ Müraciətin daxilolma nömrəsi və tarixi: _______________________ Tələb olunan su sərfiyyatı: _________________________________ İcazə verilən su sərfiyyatı: _________________________________
1. Obyektin su və kanalizasiya şəbəkələrinə qoşulma şərtləri:
1.1. Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma nöqtəsi (qoşulma sxemi əlavə olunur): ________________________ ______________________________________________________
1.2. Qoşulma nöqtəsində suyun təzyiqi: _______________________
1.2.1. yuxarı həddi:_______________________________________ ______________________________________________________ 1.2.2. aşağı həddi:________________________________________
1.3. Nəzarət-ölçü cihazlarına və suölçən qovşaqlara verilən xüsusi tələblər: ________________________________________________
1.4. Qoşulma nöqtəsindən obyektə çəkiləcək su və kanalizasiya xətlərinə aid tələblər: ______________________________________
1.5. Su təchizatı və kanalizasiya qurğularının tikintisinə qoyulan tələblər: _______________________________________________
2. Su təchizatı və kanalizasiya sistemlərinin layihəsi şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun olaraq işlənilməlidir. _________________
"Tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması Qaydası"na 3 nömrəli əlavə Su təchizatı və kanalizasiya sistemlərinə qoşulma AKTI "____" _________ 20__ il ________ şəhəri (rayonu) Biz, aşağıda imza edənlər:
1. Su təchizatı və kanalizasiya müəssisəsinin nümayəndəsi:
____________________________________________________ _____________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının adı)
2. Sifarişçi (və ya nümayəndəsi): ___________________________ _____________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının adı)
3. __________________________________________________ (tikinti obyektinin yerləşdiyi ünvan) ünvanında yerləşən tikinti obyektinin su təchizatı və kanalizasiya qurğularının texniki sənədlərinə baxdıq və tikinti-quraşdırma işləri ilə tanış olduq. Su və kanalizasiya xətləri və qurğularının layihəyə, şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun olaraq tikildiyi və su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulmaq üçün hazır olduğu müəyyən edildi. Layihə sənədi № _______________ ___________________ tarixində verilmişdir. Tikinti obyektinin su xətlərinin ______________ tarixində ______________ nömrəli aktla istismara hazır olması təsdiq edilmişdir. Bunları nəzərə alaraq, tikinti obyektinin su təchizatı və kanalizasiya müəssisəsinin şəbəkəsinə qoşulmasına qərar verildi. Qoşulma başa çatdırıldı: __________ _____________ (tarix) (saat) İmzalar: ____________________ ___________________________ (soyadı, adı, atasının adı) ____________________ ___________________________ (soyadı, adı, atasının adı) ____________________ ___________________________ (soyadı, adı, atasının adı) M. Y.
"Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması Qaydası"na 4 nömrəli əlavə Trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan qurumların SİYAHISI
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə, onların ərazilərinə və mühafizə zonalarına münasibətdə).
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.
4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi.
5. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (turizm və rekreasiya zonalarında və tabeliyindəki dövlət qoruqlarının ərazilərinə münasibətdə).
6. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti.
7. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti.
8. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.
9. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi.
10. Müvafiq inzibati ərazi vahidi üzrə yerli icra hakimiyyəti orqanı.
11. Müvafiq inzibati ərazi vahidi üzrə yerli özünüidarəetmə orqanı.
12. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti.
13. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti.
14. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti.
15. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti.
16. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti.
17. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (tabeliyindəki qoruqların və abidələrin mühafizə zonalarının ərazisinə münasibətdə).
18. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (Şuşa şəhəri ərazisinə münasibətdə).