QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərHava nəqliyyatı üzrə rəsmi statistika hesabatı formaları və onların doldurulmasına dair göstəriş haqqında
Rəsmi mənbə

“Hava nəqliyyatı üzrə rəsmi statistika hesabatı formaları və onların doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 12 Jun 2024

Aktın mətni

1. "Hava nəqliyyatı üzrə rəsmi statistika hesabatı formaları və onların doldurulmasına dair göstəriş haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 11 iyun tarixli 39/9 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərarla təsdiq edilmiş "Hava gəmilərinin parkı və onlardan istifadənin təqvim vaxtı haqqında" 34-aviasiya nömrəli illik rəsmi statistika hesabatı formasının:

1.1.1. "II bölmə. Hava gəmilərinin təqvim müddətinə görə uçuş saatları" bölməsi üzrə cədvəlin A sütununun adında "Təyyarələrin, vertolyotların (TV)" sözləri "Hava gəmilərinin" sözləri ilə əvəz edilsin, 1-ci sütununun adı "Hava gəmilərinin uçuş vaxtı — cəmi, saatla" redaksiyasında verilsin;

1.1.2. "IV bölmə. Aviasiya hadisələri" bölməsi üzrə cədvəlin 46-cı sətrində "Təyyarə və vertolyotlarla" sözləri "Hava gəmiləri ilə" sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş "Hava nəqliyyatı üzrə rəsmi statistika hesabatı formalarının doldurulmasına dair göstəriş"in "2. Hesabat formalarında istifadə edilən əsas anlayışlar" bölməsinin:

1.2.1. 2.0.1-ci, 2.0.2-ci, 2.0.5-ci, 2.0.6-cı və 2.0.9-cu yarımbəndləri aşağıdakı redaksiyada verilsin: "2.0.1. aviasiya — hava gəmiləri vasitəsilə hava məkanından istifadə edilməsinə və ya bu məqsədlə lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət;

2.0.2. aviasiya hadisəsi — uçuş məqsədilə bütün şəxslərin hava gəmisinə mindiyi andan hava gəmisini tərk etdiyi anadək şəxsin hava gəmisində, hava gəmisinin hər hansı hissəsi və ya ayrılmış hissəsi ilə birbaşa təması və ya reaktiv partlama nəticəsində ölümü və ya ağır yaralanması, həmçinin hava gəmisinin itməsi və ya əlçatmaz yerə düşməsi;

2.0.5. hava nəqliyyatında daşınmış sərnişinlər — sərnişinin hava nəqliyyatı ilə daşınma müqaviləsi və ya sifarişli reyslər və daşınma məqsədilə hava gəmisinin kirayələnməsi (çarteri) müqaviləsi əsasında daşınmış bütün fiziki şəxslər (tranzit sərnişinlər istisna olunmaqla);

2.0.6. hava nəqliyyatı ilə yük daşınması — daxili və beynəlxalq hava daşımaları üzrə müəyyən haqq müqabilində hava gəmisi ilə baqaj və yüklərin, habelə poçt göndərişlərinin daşınması;

2.0.9. uçuş vaxtı:

2.0.9.1. təyyarə üçün — hava gəmisinin uçuş məqsədilə hərəkətə başladığı andan uçuşun sonunda dayandığı ana qədər olan ümumi müddət;

2.0.9.2. helikopter üçün — hava gəmisinin pərlərinin fırlanmağa başladığı andan uçuşun sonunda dayandığı və pərlərinin dayandırıldığı ana qədər olan ümumi müddət;";

1.2.2. 2.0.3-cü yarımbəndindən "və su" sözləri çıxarılsın;

1.2.3. 2.0.4-cü yarımbəndinə "hava limanı" sözlərindən sonra "(aeroport)" sözü əlavə edilsin;

1.2.4. 2.0.8-ci yarımbəndində "vertolyotları" sözü "helikopterləri" sözü ilə əvəz edilsin.

2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Aparatın Xidmət statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.

4. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədr Tahir Budaqov

Əvvəlki yenilik
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan