1. "Birinci instansiya məhkəmələrində kommersiya mübahisələrinə baxılması haqqında" 2-a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2023-cü il 11 yanvar tarixli 2/09 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş "Birinci instansiya məhkəmələrində kommersiya mübahisələrinə baxılması haqqında" 2-a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasının 11-ci sütunu ləğv edilsin.
1.2. həmin qərarla təsdiq edilmiş "Birinci instansiya məhkəmələrində kommersiya mübahisələrinə baxılması haqqında" 2-a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"in:
1.2.1. 2-ci hissəsinin birinci abzasında "forması" sözü "formasına dair məlumatlar" sözləri ilə əvəz edilsin;
1.2.2. 3-cü hissəsinin birinci abzasında "formasının" sözü "formasına dair məlumatlar" sözləri ilə əvəz edilsin.
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
4. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədr Tahir Budaqov