1. "İstintaq işi haqqında" 1-E №-li (yarımillik, illik) rəsmi statistika hesabatı, "İstintaq işinə dair əsas göstəricilər barədə" 1-EM №-li (aylıq) statistika hesabatı formaları və onların doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 29 oktyabr tarixli 24/09 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş "İstintaq işi haqqında" 1-E №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasının I bölməsinə aşağıdakı məzmunda 2-1-ci cədvəl əlavə edilsin: "2-1-ci cədvəl. Cinayət təqibi üzrə qiyabi icraat Sətri n №- si Prok urorl uq Dİ N DT X FH N DS X Ədliyyə Nazirli yi İNYD VX DG K А B 1 2 3 4 5 6 7 8 Hesabat dövrünün əvvəlinə qalıq 1 Hesabat dövründə qiyabi icraat açılıb 2 Hesabat dövründə qurtaran işlərin cəmi iş 3 şəxs
Məhkəməyə göndərilib iş 5 şəxs 6 İcraatına xitam verilib iş 7 şəxs 8 İstintaq aidiyyəti üzrə göndərilib 9 Digər işlərə birləşdirilib 10 İcraatı dayandırılıb 11 Qiyabi icraata xitam verilməsi haqqında qərar qəbul edilib və ibtidai istintaq ümumi qaydada aparılıb
Hesabat dövrünün sonuna qurtarmayan işlərin qalığı 13
1.2. həmin qərarla təsdiq edilmiş "İstintaq işi haqqında" 1-E №-li (yarımillik, illik) rəsmi statistika hesabatı və "İstintaq işinə dair əsas göstəricilər barədə" 1-EM №-li (aylıq) statistika hesabatı formalarının doldurulmasına dair göstəriş"ə aşağıdakı məzmunda 4.2- 1-ci bənd əlavə edilsin: "4.2-1. Cinayət təqibi üzrə qiyabi icraat (2-1-ci cədvəl) 4.2-1.1. 2-ci cədvəlin göstəricilərindən CPM-in LIV-II fəslində nəzərdə tutulmuş qiyabi icraat qaydasında aparılan cinayət təqibi üzrə göstəricilər ayrıca bu cədvəldə əks etdirilir. 4.2-1.2. 1-ci sətirdə hesabat dövrünün əvvəlinə qurtarmayan işlərin qalığı, yəni hesabat ilinin yanvar ayının 1-nə olan qalıq göstərilir və ilin sonunadək bu rəqəm dəyişmir. 4.2-1.3. 2-ci sətirdə hesabat dövründə açılan qiyabi icraatın sayı qeyd olunur. 4.2-1.4. 3-cü sətirdə hesabat dövründə qurtaran işlərin sayı, 4-cü sətirdə həmin işlər üzrə təqsirləndirilən şəxslərin sayı göstərilir. 4.2-1.5. 5-ci sətirdə prokuror tərəfindən ittiham aktı təsdiq edilərək məhkəməyə göndərilən cinayət işlərinin sayı, 6-cı sətirdə həmin işlər üzrə təqsirləndirilən şəxslərin sayı göstərilir. 4.2-1.6. 7-ci sətirdə icraatına xitam verilməsi haqqında qərar qəbul olunmuş işlərin sayı, 8-ci sətirdə həmin işlər üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş şəxslərin sayı göstərilir. 4.2-1.7. 5 və 7-ci sətirlərin cəmi 3-cü sətrin, 6 və 8-ci sətirlərin cəmi isə 4-cü sətrin göstəricilərinə bərabər olmalıdır. 4.2-1.8. 9-cu sətirdə istintaq aidiyyəti üzrə göndərilən cinayət işlərinin sayı göstərilir. 4.2-1.9. 10-cu sətirdə digər işlərə birləşdirilmiş cinayət işlərinin sayı qeyd olunur. 4.2-1.10. 11-ci sətirdə hesabat dövründə təkrar dayandırılan işlər də daxil olmaqla CPM-in 53-cü maddəsinə əsasən qiyabi icraat qaydasında cinayət təqibi üzrə icraatı dayandırılan işlərin ümumi sayı göstərilir. 4.2-1.11. 12-ci sətirdə CPM-in 467-14.1-ci maddəsinə əsasən qiyabi icraata xitam verilməsi haqqında qəbul edilən qərarların sayı qeyd olunur. Müstəntiq tərəfindən ittiham aktı ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilənədək və ya cinayət işinə ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən baxılarkən təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildikdə müvafiq olaraq müstəntiq və ya prokuror tərəfindən cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi haqqında qəbul edilən qərarların cəmi 12-ci sətirdə göstərilir. 4.2-1.12. 13-cü sətirdə hesabat dövrünün sonuna qurtarmayan işlərin qalığı göstərilir.".
2. "Prokurorun işi haqqında" 1-P №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 29 oktyabr tarixli 26/09 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin qərarla təsdiq edilmiş "Prokurorun işi haqqında" 1-P №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması üzrə:
2.1.1. "I BÖLMƏ. İbtidai araşdırma zamanı qanunların icrasına nəzarət." bölməsinin:
2.1.1.1. "1-ci cədvəl. Cinayət işlərinin başlanması, cinayət işi üzrə icraata xitam verilməsi, cinayət işi üzrə icraatın dayandırılmasının qanuniliyinə nəzarət" cədvəlinə aşağıdakı məzmunda 39-41-ci sətirlər əlavə edilsin: Müstəntiq cinayət təqibi üzrə qiyabi icraatın açılmasına dair vəsatət verib 39 Prokuror təqdimat verib 40 Məhkəmə təqdimatı təmin edib 41 2.1.1.2. "5-ci cədvəlin ardı. Protestin əsasları" cədvəlinə aşağıdakı məzmunda 13-cü sətir əlavə edilsin: Cinayət təqibi üzrə qiyabi icraatın açılmasından imtina edilməsi ilə əlaqədar 13 2.1.2. "II BÖLMƏ. Ədalət mühakiməsinin həyata keçirilməsində prokurorun iştirakı və dövlət ittihamının müdafiəsi." bölməsinin:
2.1.2.1. "1-ci cədvəl. Birinci instansiya məhkəməsində baxış" cədvəlinin birinci hissəsinə "Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsi" sütunundan sonra 21-ci və 22-ci altsütunlardan ibarət "O cümlədən, qiyabi icraat qaydasında (1 və 2-ci sütunların göstəricilərindən)" məzmununda sütun əlavə edilsin, ikinci hissəsində 11-ci sətir aşağıdakı redaksiyada verilsin: O cümlədən y/y çatmayanlar haqqında 11 qiyabi icraat qaydasında 12 2.1.2.2. "2-ci cədvəl. Apellyasiya instansiyası məhkəməsində baxış" cədvəlinin hər iki hissəsinə "Naxçıvan MR Ali Məhkəməsi" sütunundan sonra 15-ci və 16-cı altsütunlardan ibarət "O cümlədən, qiyabi icraat qaydasında (1 və 2-ci sütunların göstəricilərindən)" məzmununda sütun əlavə edilsin;
2.1.2.3. "3-cü cədvəl. Kassasiya və əlavə kassasiya qaydasında baxış" cədvəlinə "Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu" sütunundan sonra 7-ci və 8-ci altsütunlardan ibarət "O cümlədən, qiyabi icraat qaydasında (1 və 2-ci sütunların göstəricilərindən)" məzmununda sütun əlavə edilsin;
2.1.2.4. "4-cü cədvəl. Prokurorun protestləri" cədvəlinin 2-ci sətri aşağıdakı redaksiyada verilsin: O cümlədən Baş Prokuror və onun müavinləri tərəfindən 2 qiyabi icraat qaydasında 2-1 2.1.2.5. "5-ci cədvəl. Hesabat dövründə məhkəmədə baxılan protestlər (şəxslərlə)" cədvəlinin 2-ci sətri aşağıdakı redaksiyada verilsin: O cümlədən y/y çatmayanların işləri üzrə 2 qiyabi icraat qaydasında 2-1
2.2. həmin qərarla təsdiq edilmiş "Prokurorun işi haqqında" 1-P №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş" üzrə:
2.2.1. 1.4.1-ci yarımbəndin ikinci cümləsinə "seçilməsi" sözündən sonra ", cinayət təqibi üzrə qiyabi icraatın açılması" sözləri əlavə edilsin;
2.2.2. aşağıdakı məzmunda 4.1.18-ci, 4.1.19-cu, 5.1.2-1-ci, 5.2.2-1-ci, 5.2.4-1-ci və 5.3.1- 1-ci yarımbəndlər əlavə edilsin: "4.1.18. 39-cu sətirdə CPM-in 467-13.6-cı maddəsinə əsasən müstəntiqin cinayət təqibi üzrə qiyabi icraatın açılmasına dair verdiyi vəsatətlərin sayı qeyd edilir.
4.1.19. İbtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurorun cinayət təqibi üzrə qiyabi icraatın açılmasına dair təqdimatlarının sayı 40-cı sətirdə, məhkəmə tərəfindən təmin edilən təqdimatların sayı isə 41-ci sətirdə göstərilir. 5.1.2-1. 1-ci və 2-ci sütunların göstəricilərinin ümumi sayından qiyabi icraat qaydasında keçirilən hazırlıq iclaslarında baxılan işlər və həmin işlər üzrə şəxslər müvafiq olaraq 21 və 22-ci sütunlarda ayrıca qeyd olunur. 5.2.2-1. 1-ci sütunun göstəricilərindən qiyabi icraat qaydasında ilkin baxışda baxılan işlərin sayı 15-ci sütunda, 2-ci sütunun göstəricilərindən həmin işlər üzrə şəxslərin sayı 16- cı sütunda ayrıca qeyd olunur. 5.2.4-1. 1-ci sütunun göstəricilərindən apellyasiya instansiyası məhkəməsində qiyabi icraat qaydasında baxılan işlərin sayı 15-ci sütunda, 2-ci sütunun göstəricilərindən həmin işlər üzrə şəxslərin sayı isə 16-cı sütunda qeyd olunur. 5.3.1-1. 1-ci sütunun göstəricilərindən qiyabi icraat qaydasında baxılan işlərin sayı 7- ci sütunda, 2-ci sütunun göstəricilərindən həmin işlər üzrə şəxslərin sayı 8-ci sütunda qeyd olunur.";
2.2.3. 4.5.4-cü yarımbəndə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
"13-cü sətirdə cinayət təqibi üzrə qiyabi icraatın açılmasından imtina edilməsi ilə əlaqədar protestlər qeyd olunur.";
2.2.4. 5.1.6-cı yarımbəndin dördüncü cümləsinə "11-ci sətirdə" sözlərindən sonra ", qiyabi icraat qaydasında baxılan işlər isə 12-ci sətirdə" sözləri əlavə edilsin;
2.2.5. 5.4.3-cü yarımbəndə "tərəfindən" sözündən sonra ", 2-1-ci sətirdə isə qiyabi icraat qaydasında" sözləri əlavə edilsin;
2.2.6. 5.5.3-cü yarımbəndə "üzrə" sözündən sonra ", 2-1-ci sətirdə isə qiyabi icraat qaydasında" sözləri əlavə edilsin.
3. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
4. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədr Tahir Budaqov