Vergi Məcəlləsinin 164-cü maddəsi (ƏDV-dən azadolmalar və güzəştlər) əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Dəyişikliklər maliyyə lizinqi, kənd təsərrüfatı, sənaye parkları, müdafiə məmulatları, humanitar yardım, beynəlxalq tədbirləri, avtomobil sənayesi, zərgərlik məmulatları və minaaxtarma fəaliyyətləri kimi sahələrdə ƏDV güzəştlərini genişləndirmişdir. Bəzi köhnə güzəştlər (UEFA 2019 və 2020 tədbirləri, COVID-19 vaksinləri) ləğv edilmiş, yeni güzəştlər isə müxtəlif tarixlərdən qüvvəyə minmişdir.
102.1.33-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər – 2024-cü il martın 1-dən 9 ay müddətinə;"; "106.1.28-1. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2024-cü il martın 1-dən 9 ay müddətinə; 106.1.28-2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər – 2024-cü il martın 1-dən 9 ay müddətinə;"; "164.1.49-1. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı – 2024-cü il martın 1-dən 9 ay müddətinə