1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 26 fevral tarixli 9/09 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında" 2 №-li (DYP) rüblük rəsmi statistika hesabatı formasında aşağıdakı dəyişikliklər edilsin:
1.1. təqdimetmə qaydalarını əks etdirən hissəyə "Hesabat" sözündən sonra "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi," sözləri əlavə edilsin və həmin hissədən ", Bakı Nəqliyyat Agentliyi" sözləri çıxarılsın;
1.2. "I bölmə. Yol hərəkəti ilə bağlı inzibati xətalar" bölməsi üzrə:
1.2.1. aşağıdakı məzmunda 6-4 — 6-7-ci sətirlər əlavə edilsin:
322.0.11. şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmasının bilet-uçot vərəqi olmadan həyata keçirilməsi 6-4 322.0.12. qeyri-müntəzəm sərnişin daşınmasının (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna 6-5 olmaqla) formulyar doldurulmadan həyata keçirilməsi 322.0.13. taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsi 6-6 322.0.14. taksometrin göstəriciləri və ya taksometr funksiyasını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavə ödənişin tələb edilməsi 6-7 1.2.2. 9-1 — 9-8-ci sətirlər 9-15 — 9-22-ci sətirlər hesab edilsin və aşağıdakı məzmunda 9-1 — 9-14-cü və 9-23-cü sətirlər əlavə edilsin: Maddə 324. İcazə olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması 9-1
324.1. Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkili 9-2
324.2. Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınması 9-3
324.3. Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkili 9-4
324.4. Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınması 9-5
324.5. Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkili 9-6
324.6. İnzibati Xətalar Məcəlləsinin 324.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi 9-7
324.7. İnzibati Xətalar Məcəlləsinin 324.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi 9-8
324.8. İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh 9-9 almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi
324.9. İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi 9-10
324.10. İnzibati Xətalar Məcəlləsinin 324.5-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi 9-11 Maddə 324-1. Beynəlxalq sərnişin və yük daşımaları zamanı icazə blanklarından (jurnallarından) istifadə qaydalarının pozulması 9-12 Maddə 324-2. Hazırlıq keçməmiş sürücülərin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına cəlb edilməsi 9-13 Maddə 324-3. Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsi 9-14 Maddə 326-2. Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması 9-23
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Aparatın Xidmət statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
4. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin. Sədr Tahir Budaqov