Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri.
Uruqvay xalqı və hökuməti adından və şəxsən öz adımdan Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi, əziz xalqınıza sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.
Ölkələrimiz arasında çox yaxşı ikitərəfli münasibətlər yaranıb və tam əminəm ki, bu münasibətlər mədəni, siyasi əməkdaşlıq zəminində möhkəmlənəcəkdir.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə bir daha ən yüksək ehtiramımı ifadə edirəm.
Hörmətlə, Luis Lakalye Pou Uruqvay Şərq Respublikasının Prezidenti