1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda və 2007-ci il 23 oktyabr tarixli 14-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"na əlavə"də dəyişiklik təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin Aparatının Hüquq şöbəsinə (G. İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.
3. Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinə (F. Talıbova) tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində elektron daşıyıcıda mətn faylları formasında rəsmi dərc edilməsini təmin etsin.
4. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci il 17 yanvar tarixli 22040001074 nömrəli Əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilsin. Kollegiyanın sədri Sahil Babayev
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2024-cü il 13 may tarixli 3-17/3-5-13/2024 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda və 2007-ci il 23 oktyabr tarixli 14-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"na əlavə"də dəyişiklik
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın "TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ"nin "II. MÜTƏXƏSSİSLƏR" bölməsinin "PATENTŞÜNAS" hissəsinin səkkizinci abzasında "ədalətsiz rəqabət" sözləri "rəqabət və haqsız rəqabət" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2007-ci il 23 oktyabr tarixli 14-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"na əlavə"nin "PATENTŞÜNAS" hissəsinin səkkizinci abzasında "ədalətsiz rəqabət" sözləri "rəqabət və haqsız rəqabət" sözləri ilə əvəz edilsin.