1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 18 mart tarixli 16/08 nömrəli qərarı ilə təsdiq edilmiş "Maliyyə-kredit təşkilatlarının maliyyə-iqtisadi fəaliyyətinin əsas göstəriciləri haqqında" 2-bank №-li rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"in "Əsas anlayışlar" bölməsinin yeddinci hissəsinə "kredit ittifaqları," sözlərindən sonra "ödəniş təşkilatları, elektron pul təşkilatları," sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 15 yanvar tarixli 1/08 nömrəli qərarı ilə təsdiq edilmiş "Bankın xarici borcu haqqında" 3-xarici borc №-li rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"in 5-ci hissəsinin birinci abzasına "pul vəsaitidir" sözlərindən sonra "(elektron pulun emissiya edilməsi üçün qəbul edilmiş pul vəsaitləri istisna olmaqla)" sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 15 yanvar tarixli 4/08 nömrəli qərarı ilə təsdiq edilmiş "Əhalinin depozit və əmanətləri haqqında" 6-bank №-li aylıq rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"in 3-cü hissəsinə "pul vəsaitidir" sözlərindən sonra "(elektron pulun emissiya edilməsi üçün qəbul edilmiş pul vəsaitləri istisna olmaqla)" sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2016-cı il 14 yanvar tarixli 1/08 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici borc haqqında" 1-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"in "2. Hesabat formasında istifadə edilən əsas anlayışlar" bölməsinin üçüncü hissəsinə "kredit" sözündən sonra ", ödəniş, elektron pul" sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 11 oktyabr tarixli 23/09 nömrəli qərarı ilə təsdiq edilmiş "Cinayətin növləri üzrə məhkumların sayı haqqında" 10-a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı fоrmаsının 141-ci sətri "Saxta ödəniş alətlərini və ya qiymətli kağız sayılmayan ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satma" redaksiyasında verilsin.
6. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
7. Aparatın Milli hesablar və makroiqtisadi göstəricilər statistikası və Sosial statistika şöbələrinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsinlər.
8. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin. Sədr Tahir Budaqov