AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə .................Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 896-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1997-ci il 25 iyul tarixli 622 nömrəli, "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2003-cü il 5 iyun tarixli 878 nömrəli, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun tətbiqi haqqında" 2013-cü il 25 noyabr tarixli 38 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli 2224 nömrəli Fərmanının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə Qaydası" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 22 may 2024-cü il № 271
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 may tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin altıncı hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (bundan sonra - TƏBİB) tərəfindən tətbiq edilən cərimələrdən (ödənilən cərimələrdən) toplanan və TƏBİB-in xüsusi hesabına (bundan sonra - xüsusi hesab) köçürülən vəsaitdən (bundan sonra - vəsait) istifadə ilə bağlı məsələləri tənzimləyir.
1.2. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, vəsait bu Qaydaya uyğun olaraq istifadə olunur.
1.3. Vəsait dövlətin mülkiyyəti hesab olunur, TƏBİB-in sərəncamındadır, onun sərəncamçısı dəyişdirilə bilməz.
1.4. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş "vəzifə (tarif) maaşlarına əlavə" bu Qaydaya uyğun olaraq TƏBİB-in aparatının işçilərinə şamil olunur.
2. Vəsaitin formalaşdırılması, gəlirlər və xərclər smetasının təsdiq edilməsi qaydası
2.1. Vəsait Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 18 faizi hesabına formalaşdırılır.
2.2. Vəsaitin toplanması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində TƏBİB-in xüsusi hesabı açılır.
2.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vəsaitin hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-sı (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) TƏBİB-in müraciəti əsasında onun bank hesabına köçürülməsini təmin edir.
2.4. Vəsaitin yığılması və istifadəsi hər il növbəti il üçün proqnozlar əsasında hazırlanan və TƏBİB tərəfindən cari il dekabrın 20-dən gec olmayaraq, bu Qaydanın əlavəsindəki formada təsdiq edilən gəlirlər və xərclər smetasına uyğun olaraq həyata keçirilir.
2.5. İl ərzində bu Qaydanın 2.4-cü bəndinə əsasən təsdiq edilən gəlirlər və xərclər smetasında nəzərdə tutulan vəsaitdən çox və ya az məbləğdə vəsait daxil olduqda, həmin smeta TƏBİB tərəfindən yenidən təsdiq olunmaqla, vəsaitdən bu Qaydaya uyğun istifadə edilir.
2.6. Bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq vəsaitin istifadəsinə nəzarəti TƏBİB həyata keçirir.
3. Vəsaitdən istifadə istiqaməti Vəsait TƏBİB-in aparatının işçilərinin (bundan sonra - işçilər) sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün xərclənir.
4. Aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydası
4.1. Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 28-i (dekabrın 28-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.
4.2. Əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir, lakin bu əlavə məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır.
4.3. Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:
4.3.1. işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;
4.3.2. işçinin qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.
4.4. Bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan hallarda aylıq vəzifə maaşına əlavə orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır.
4.5. Aylıq vəzifə maaşına əlavə hər bir işçinin aylıq vəzifə maaşına əmsal tətbiq edilməklə hesablanır.
4.6. Aylıq vəzifə maaşına əlavənin verilməsi üçün əmsal aşağıdakı düstura uyğun olaraq hesablanır:
Ə = VMƏC VMC burada: Ə — əmsal; VMƏC — bu Qaydanın 3.1-ci bəndi üzrə nəzərdə tutulan vəsait; VMC — işçilərin (vakant ştat vahidləri istisna olmaqla) aylıq vəzifə maaşlarının məbləğlərinin cəmidir.
4.7. Əlavə ödənilən ayda aylıq vəzifə maaşı, iş günlərinin sayı, işçinin iş günlərinin sayı və əmsal tətbiq edilməklə aşağıdakı düstur üzrə hesablanır: VMƏ = AVM x İİG x Ə İG burada: VMƏ — vəzifə maaşına əlavə; AVM — işçinin aylıq vəzifə maaşı; İİG — işçinin iş günlərinin sayı; Ə — əmsal; İG — iş günlərinin sayıdır.
5. Vəsaitin uçota alınması TƏBİB tərəfindən vəsaitin uçotu "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
6. Yekun müddəa Bu Qaydaya əsasən işçilərə ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, "Sosial sığorta haqqında", "İşsizlikdən sığorta haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur. _________________
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə Qaydası"na əlavə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Təsdiq edirəm"
_______________________________________________ (səlahiyyətli nümayəndənin vəzifəsi, soyadı, adı və atasının adı)
"______" _______________ 20 ______ il Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin hesabına köçürülən vəsait üzrə gəlirlər və xərclər smetası Sıra №-si Gəlirlərin və xərclərin adı Sətir Məbləğ (manatla) Cəmi gəlirlər 01 o cümlədən: Təsnifat kodu Cəmi xərclər 02 o cümlədən: Qeydlər:
1. Smeta büdcə xərclərinin iqtisadi təsnifatının paraqraf, maddə və yarımmaddələrinə əsasən tərtib edilir.
2. Smetaya gəlir və xərc maddələri üzrə haqq-hesablar və izahat vərəqəsi əlavə edilir. (smetanı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı və atasının adı) (imza)
" " 20_____il