Vergi orqanlarında xidmət haqqında Əsasnamə əmək münasibətləri sahəsində əhəmiyyətli dəyişikliklərə uğrayıb: Əmək Məcəlləsinə istinad artırılmış, staj və sınaq müddətləri yenidən tənzimlənmiş, xüsusi rütbə verilən vəzifəli şəxslərin işə başlama qaydası dəyişdirilmiş və intizam tənbehinin tətbiq müddətləri yenidən müəyyən edilmişdir. Bu dəyişikliklər vergi orqanlarının bütün vəzifəli şəxslərini, xüsusilə yeni qəbul olunanları və xüsusi rütbə alanları əhatə edir.
Məcəlləsindən,Azərbaycan Respublikasının Əmək Məcəlləsindən (bundan sonra – Əmək Məcəlləsi),
2-1. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsinin və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq normaları ilə tənzimlənir
Xidməti vəsiqə vergi orqanının vəzifəli şəxsinin tutduğu vəzifəni və onun xüsusi rütbəsini təsdiq edən rəsmi sənəddir
9. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, törətdiyi cinayətə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş vətəndaşlar, tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən olunmuş və ya qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər
10-1. Bu Əsasnamənin 10-2-ci və 13-1-ci maddələrində nəzərdə tutulan şəxslər istisna olmaqla, ilk dəfə vergi orqanlarında xidmətə qəbul edilən şəxslərlə 6 aylıq staj müddəti müəyyən edilməklə əmək müqaviləsi bağlanılır. 10-2. İqtisadiyyat və ya hüquq sahəsində elmlər doktoru dərəcəsi olan şəxslər, eləcə də baş və ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə təyin olunan şəxslər vergi orqanlarında xidmətə qəbul edilən zaman onlar barəsində staj müddəti müəyyən edilmir
11-1. Vergi orqanlarının vəzifəli şəxsi staj müddəti dövründə peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurduqda və staj müddəti başa çatdıqdan sonra onun barəsində müsbət rəy verildikdə sınaq müddəti müəyyən edilmədən, habelə barəsində sınaq müddəti müəyyən edilmiş vəzifəli şəxs sınaq müddəti başa çatdıqdan sonra sınağın nəticəsi qaneedici olduqda, ilkin (bu Əsasnamənin 15-2-ci maddəsi nəzərə alınmaqla) xüsusi rütbə verilməklə vergi orqanlarında daimi xidmətə qəbul edilir. Staj müddəti başa çatdıqda stajın nəticəsi, sınaq müddəti başa çatdıqda isə sınağın nəticəsi qaneedici olmadıqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnaməyə uyğun olaraq xitam verilir. 11-2. Vergi orqanlarında staj və sınaq keçmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir
12-1. Staj və sınaq müddəti vəzifəli şəxsin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. Vəzifəli şəxsin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir
barəsində, habelə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xüsusi, hərbi və diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə xidmət (qulluq) keçən və ya əvvəllər xidmət (qulluq) keçmiş və staj və sınaq müddətini başa vurmuş şəxslər barəsində staj və
13-2. Vergi orqanlarında xüsusi rütbə verilməklə daimi xidmətə qəbul olunmuş vəzifəli şəxs işə başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir: "Mən, vergi orqanlarında xidmət keçərkən Azərbaycan Respublikasına sadiq olacağıma, Azərbaycan Respublikasının Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət, kommersiya və (və ya) vergi sirrini, həmçinin xidməti sirri qoruyacağıma, hüquq və vəzifələrimi qərəzsiz, vicdanla, qanuna uyğun həyata keçirəcəyimə, intizamlı olacağıma, vergi işçisinin şərəf və ləyaqətini uca tutacağıma and içirəm
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanlarının vəzifəli şəxslərinə 3-cü dərəcəli müfəttiş, 2-ci dərəcəli müfəttiş, 1-ci dərəcəli müfəttiş, kiçik vergi xidməti müşaviri, vergi xidməti müşaviri, baş vergi xidməti müşaviri və 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbələri əvəzinə müvafiq olaraq 3-cü dərəcəli hüquqşünas, 2-ci dərəcəli hüquqşünas, 1-ci dərəcəli hüquqşünas, kiçik ədliyyə müşaviri, ədliyyə müşaviri, baş ədliyyə müşaviri və 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbələri verilir.;
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət keçən
Vergi orqanlarında xidmətə qəbul və xidmət keçmə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, bu Əsasnamə və Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir
Bu Əsasnamənin 13-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, xidmətə qəbul edilən şəxslər üçün
əlavələr ödənilərkən