1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2021-ci il 27 avqust tarixli 17/13 nömrəli qərarı ilə təsdiq edilmiş "Fərdi sahibkarların ticarət fəaliyyəti haqqında" 4-ticarət №-li rüblük rəsmi statistika hesabatı formasının təqdimetmə qaydalarını əks etdirən hissəsində "30" rəqəmləri "25" rəqəmləri ilə əvəz edilsin.
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Aparatın Ticarət statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
4. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədr Tahir Budaqov