1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 yanvar tarixli Q5-001-19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat"a 4 nömrəli əlavənin "B. Talanmış (itirilmiş) silahın məxsusluğu" hissəsində "Xüsusi Dövlət Mühafizə Xidməti-16" sözləri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti-28, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti-29, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi-30" sözləri ilə əvəz edilsin.
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.
3. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Kollegiyanın sədri general-polkovnik Vilayət Eyvazov