AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı"nın təsdiq edilməsi haqqında "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının 2.2.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 11 may 2024-cü il № 252
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 11 may tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmişdir. İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin SİYAHISI Sıra №-si XİF MN üzrə kod Malların təsviri
1. Gübrələr
1.1. 2814 10 000 0-dan Azot gübrəsi kimi istifadə olunan susuz ammonyak
1.2. 2814 20 000 0-dan Azot gübrəsi kimi istifadə olunan ammonyakın suda məhlulu
1.3. 2833 21 000 0-dan Mineral gübrə kimi istifadə olunan maqnezium sulfat
1.4. 2833 25 000 0-dan Mineral gübrə kimi istifadə olunan mis sulfat
1.5. 2833 29 200 0-dan Mineral gübrə kimi istifadə olunan sink sulfat
1.6. 2833 29 800 0-dan Mineral gübrə kimi istifadə olunan dəmir sulfat və manqan sulfat
1.7. 2834 21 000 0-dan Mineral gübrə kimi istifadə olunan kalium nitrat
1.8. 2834 29 400 0-dan Mineral gübrə kimi istifadə olunan mis nitrat
1.9. 2834 29 800 0-dan Mineral gübrə kimi istifadə olunan maqnezium nitrat və kalsium nitrat
1.10. 2835 10 000 0-dan Mineral gübrə kimi istifadə olunan fosfitlər
1.11. 2835 22 000 0-dan Mineral gübrə kimi istifadə olunan natrium fosfat
1.12. 2835 24 000 0-dan Mineral gübrə kimi istifadə olunan kalium fosfat
1.13. 2841 70 000 0-dan Mineral gübrə kimi istifadə olunan molibdatlar
1.14. 2922 49 850 0-dan Etilendiamintetrasirkə turşusu əsaslı mineral gübrələr
1.15. 2942 00 000 0-dan Mineral gübrə kimi istifadə olunan boretanolamin
1.16. 3102 10 100 0-dan Mineral və ya kimyəvi azot gübrəsi olan, tərkibində quru susuz məhsula hesab- lanmış 45 kütlə %-dən çox azot olan sidik cövhəri, o cümlədən suda məhlulu
1.17. 3102 10 900 0-dan Mineral və ya kimyəvi azot gübrəsi olan digər sidik cövhəri, o cümlədən suda məhlulu
1.18. 3102 21 000 0-dan Mineral və ya kimyəvi azot gübrəsi olan ammonium sulfat
1.19. 3102 29 000 0 Mineral və ya kimyəvi azot gübrəsi olan ammonium sulfatın və ammonium nitratın ikiqat duzları və qarışıqları
1.20. 3102 30 100 0-dan Mineral və ya kimyəvi azot gübrəsi olan ammonium nitratın suda məhlulu
1.21. 3102 30 900 0-dan Mineral və ya kimyəvi azot gübrəsi olan ammonium nitrat
1.22. 3102 40 100 0 Mineral və ya kimyəvi azot gübrəsi olan, tərkibində azotun miqdarı 28 kütlə %-dən çox olmayan, ammonium nitratın kalsium karbonatla və ya gübrə olmayan digər qeyri-üzvi maddələrlə qarışıqları
1.23. 3102 40 900 0 Mineral və ya kimyəvi azot gübrəsi olan, tərkibində azotun miqdarı 28 kütlə %-dən çox olan, ammonium nitratın kalsium karbonatla və ya gübrə olmayan digər qeyri-üzvi maddələrlə qarışıqları
1.24. 3102 50 000 0-dan Mineral və ya kimyəvi azot gübrəsi olan natrium nitrat
1.25. 3102 60 000 0-dan Mineral və ya kimyəvi azot gübrəsi olan kalsium nitratın, ammonium nitratın ikiqat duzları və qarışıqları
1.26. 3102 80 000 0 Mineral və ya kimyəvi azot gübrəsi olan sidik cövhərinin, ammonium nitratın suda və ya ammonyak məhlulunda qarışıqları
1.27. 3102 90 000 0-dan Qarışıqlar da daxil olmaqla əvvəlki yarımmövqelərdə adları çəkilməyən digər mineral və ya kimyəvi azot gübrələri
1.28. 3103 11 000 0-dan Mineral və ya kimyəvi fosfor gübrəsi olan, tərkibində 35 kütlə % və ya daha çox difosfor pentaoksid olan (P2O5) superfosfatlar
1.29. 3103 19 000 0-dan Mineral və ya kimyəvi fosfor gübrəsi olan digər superfosfatlar
1.30. 3103 90 000 0-dan Digər mineral və ya kimyəvi fosfor gübrələri
1.31. 3104 20 100 0-dan Mineral və ya kimyəvi kalium gübrəsi olan, tərkibində quru susuz məhsulda K2O hesablanmış kaliumun miqdarı 40 kütlə %-dən çox olmayan kalium xlorid
1.32. 3104 20 500 0-dan Mineral və ya kimyəvi kalium gübrəsi olan, tərkibində quru susuz məhsulda K2O hesablanmış kaliumun miqdarı 40 kütlə %-dən çox olan, lakin 62 kütlə %-dən çox olmayan kalium xlorid
1.33. 3104 20 900 0-dan Mineral və ya kimyəvi kalium gübrəsi olan, tərkibində quru susuz məhsulda K2O hesablanmış kaliumun miqdarı 62 kütlə %-dən çox olan kalium xlorid
1.34. 3104 30 000 0-dan Mineral və ya kimyəvi kalium gübrəsi olan kalium sulfat
1.35. 3104 90 000 0-dan Digər mineral və ya kimyəvi kalium gübrələri
1.36. 3105 10 000 0-dan Mineral gübrə kimi istifadə olunan həb və ya analoji formalarda və ya brutto-çəkisi 10 kq-dan çox olmayan qablaşmalarda 31-ci qrupun malları
1.37. 3105 20 100 0 Tərkibində azot, fosfor və kalium kimi üç qida elementi olan, quru susuz məhsula hesablanmış azotun miqdarı 10 kütlə %-dən çox olan mineral və kimyəvi gübrələr
1.38. 3105 20 900 0 Tərkibində azot, fosfor və kalium kimi üç qida elementi olan digər mineral və ya kimyəvi gübrələr
1.39. 3105 30 000 0-dan Mineral və ya kimyəvi gübrə kimi istifadə olunan diammonium hidroortofosfat (diammonium fosfat)
1.40. 3105 40 000 0-dan Mineral və ya kimyəvi gübrə kimi istifadə olunan ammonium dihidrogenfosfat (monoammonium fosfat) və onun diammonium hidrogenfosfatla (diammonium fosfatla) qarışıqları
1.41. 3105 51 000 0 Tərkibində azot və fosfor kimi iki qida elementi olan nitratlar və fosfatlar əsaslı mineral və ya kimyəvi gübrələr
1.42. 3105 59 000 0 Tərkibində azot və fosfor kimi iki qida elementi olan digər mineral və ya kimyəvi gübrələr
1.43. 3105 60 000 0 Tərkibində fosfor və kalium kimi iki qida elementi olan digər mineral və ya kimyəvi gübrələr
1.44. 3105 90 200 0-dan Tərkibində azot, fosfor və kalium kimi üç qida elementindən ən azı biri olan, quru susuz məhsula hesablanmış azotun miqdarı 10 kütlə %-dən çox olan digər mineral gübrələr
1.45. 3105 90 800 0-dan Tərkibində azot, fosfor və kalium kimi üç qida elementindən ən azı biri olan digər mineral gübrələr
1.46. 3824 99 920 0-dan Mikroelementlər əsaslı mineral gübrələr
1.47. 3824 99 930 0-dan Mikroelementlər əsaslı mineral gübrələr
1.48. 3824 99 960 9-dan Mikroelementlər əsaslı mineral gübrələr
2. Pestisidlər
2.1. 3808 59 000 0 Pestisid kimi istifadə olunan, pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş 38-ci qrupun yarımmövqelərinə dair 1-ci qeydində adları çəkilən mallar
2.2. 3808 61 000 0 Pestisid kimi istifadə olunan, netto çəkisi 300 q-dan çox olmayan qablaşmalarda 38-ci qrupun yarımmövqelərinə dair 2-ci qeydində adları çəkilən mallar
2.3. 3808 62 000 0 Pestisid kimi istifadə olunan netto çəkisi 300 q-dan çox olan, lakin 7,5 kq-dan çox olmayan qablaşmalarda, 38-ci qrupun yarımmövqelərinə dair 2-ci qeydində adları çəkilən mallar
2.4. 3808 69 000 0 Pestisid kimi istifadə olunan pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş 38-ci qrupun yarımmövqelərinə dair 2-ci qeydində adları çəkilən digər mallar
2.5. 3808 91 100 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş piretroidlər əsasında insektisidlər
2.6. 3808 91 200 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş xlorlaşdırılmış karbohidrogenlər əsasında insektisidlər
2.7. 3808 91 350 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş karbamatlar əsasında insektisidlər
2.8. 3808 91 450 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş fosfor üzvi birləşmələri əsasında insektisidlər
2.9. 3808 91 800 9-dan Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş zəhərli maddələr əsaslı digər insektisidlər
2.10. 3808 92 100 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş qeyri-üzvi mis birləşmələri əsasında funqisidlər
2.11. 3808 92 200 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş qeyri-üzvi birləşmələr əsasında digər funqisidlər
2.12. 3808 92 300 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş ditiokarbamatlar əsasında funqisidlər
2.13. 3808 92 400 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş benzimidazollar əsasında funqisidlər
2.14. 3808 92 500 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş diazollar və ya triazollar əsasında funqisidlər
2.15. 3808 92 600 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır prepa- ratlar və ya məmulatlar şəklində təqdim edilmiş diazinlər və ya morfolinlər əsasında funqisidlər
2.16. 3808 92 800 9 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş digər funqisidlər
2.17. 3808 93 110 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş fenoksifitohormonlar əsasında herbisidlər
2.18. 3808 93 130 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş triazinlər əsasında herbisidlər
2.19. 3808 93 150 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş amidlər əsasında herbisidlər
2.20. 3808 93 190 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş karbamatlar əsasında herbisidlər
2.21. 3808 93 210 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş dinitroanilin törəmələri əsasında herbisidlər
2.22. 3808 93 230 0 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş karbamidin, urasilin və ya sulfonilkarbamidin törəmələri əsasında herbisidlər
2.23. 3808 93 290 9 Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş digər herbisidlər
2.24. 3808 93 300 0-dan Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş zəhərli maddələr əsaslı bitkilərin сücərməsinə qarşı vasitələr
2.25. 3808 94 100 0-dan Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş dördlü ammonium duzları əsasında pestisidlər
2.26. 3808 94 300 9-dan Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş hallogenləşdirilmiş birləşmələr əsasında pestisidlər
2.27. 3808 94 800 0-dan Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş digər pestisidlər
2.28. 3808 99 200 0-dan Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş zəhərli maddələr əsaslı rodentisidlər
2.29. 3808 99 800 9-dan Pərakəndə satış üçün formalara və ya qablaşmalara qablaşdırılmış, hazır preparatlar və ya məmulatlar şəklində təqdim edilmiş zəhərli maddələr əsaslı digər pestisidlər _________________