1. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Memarlıq abidələri" bölməsinin 19-cu bəndinin "Abidənin adı" sütununda "Ordubad Tarix-Mədəniyyət Qoruğu" sözləri "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu" sözləri ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Memarlıq abidələri" bölməsinin "Ordubad Tarix-Memarlıq Qoruğu" hissəsinin adı aşağıdakı redaksiyada verilsin:
"Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu".
3. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Memarlıq abidələri" bölməsinin "Ordubad Dövlət Tarix Memarlıq Qoruğu" hissəsinin adı aşağıdakı redaksiyada verilsin:
"Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu".