AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası"nın təsdiq edilməsi haqqında "Energetika haqqında" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 dekabr tarixli 2372 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
2.1. enerji balansının tərtib edilməsi üçün energetika subyektlərindən alınan məlumatlara dair hesabat formaları və metodoloji izahları altı ay müddətində təsdiq etsin;
2.2. bu Qərarın 2.1-ci bəndində qeyd olunan hesabat formalarının və metodoloji izahların, habelə hər il "Azərbaycan Respublikasının enerji balansı"nın layihəsinin tərtib edilməsi və icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti və Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri də daxil olmaqla daimi fəaliyyət göstərən İşçi qrupun yaradılmasını və onun fəaliyyətinin əlaqələndirilməsini təmin etsin;
2.3. rəsmi internet səhifəsində "Azərbaycan Respublikasının enerji balansı" adlı məhdud giriş imkanlarına malik elektron məlumat bazasının on ay müddətində yaradılmasını təmin etsin;
2.4. ölkədə istehsal (tədarük) olunan enerji və yanacaq növlərinin istiliktörətmə qabiliyyəti üzrə göstəricilərini müəyyən edərək, "Enerji məhsullarının şərti ölçü vahidlərinə orta çevrilmə əmsalları"nı səkkiz ay müddətində təsdiq etsin və rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 2.3-cü bəndində nəzərdə tutulmuş tədbirin həyata keçirilməsini təmin etmək məqsədilə müvafiq maliyyə vəsaitinin ayrılması üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi rəsmi statistika məqsədləri üçün ölkə üzrə enerji balansının beynəlxalq metodologiyalara uyğun olaraq hər il iyul ayının sonunadək tərtib edilməsini və rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 1 may 2024-cü il № 233
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Energetika haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 17.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydasını müəyyən edir.
1.2. Enerji balansı energetika subyektlərindən alınan məlumatlar (enerjinin istehsalı həcmləri, enerjinin təchizatı üzrə öhdəliklər, habelə enerjinin istehlakına dair məlumatlar) əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən tərtib edilir.
1.3. Enerji balansı bu Qaydanın əlavəsində göstərilən struktura uyğun əvvəlki iki ilin faktiki, cari ilin gözlənilən, növbəti ilin illik, rüblük və hər sonrakı üç ilin illik proqnoz göstəriciləri əsasında tərtib edilir.
1.4. Enerji balansı tərtib edilərkən enerji məhsullarının şərti ölçü vahidlərinə orta çevrilmə əmsallarına istinad olunur.
1.5. Enerji balansının tərtib edilməsi üçün bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan məlumatları təqdim etməli olan energetika subyektlərinin (bundan sonra — subyektlər) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən Nazirlikdə yaradılan İşçi qrup (bundan sonra — İşçi qrup) tərəfindən müəyyən edilir.
2. Enerji balansının hazırlanması və təsdiq edilməsi
2.1. Subyektlər növbəti il üçün neft, təbii qaz, elektrik və istilik enerjisi üzrə itki və texnoloji sərf normalarını (%-lə), elektrik stansiyaları üzrə ayrı-ayrılıqda olmaqla elektrik enerjisinin istehsalı və xüsusi sərfiyyatı, habelə elektrik və istilik enerjisinin buraxılışı üzrə şərti yanacağın xüsusi sərfinin (qram/kilovattsaat və kiloqram/ qiqakalori ifadələri ilə) və gücdən istifadə əmsalının (%-lə) göstəricilərini hər il mart ayının 15-dək Nazirliyə təqdim edir. Nazirlik həmin məlumatlar əsasında növbəti il üçün normaları mart ayının sonunadək təsdiq edir.
2.2. Subyektlər hər il aprel ayının 15-dək enerji balansının tərtib edilməsi üçün bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan məlumatları Nazirlik tərəfindən təsdiq edilən hesabat formalarına uyğun olaraq Nazirliyə təqdim edir. Subyektlər məlumatları bu Qayda ilə müəyyən edilən müddətdə və düzgün təqdim etməlidirlər.
2.3. Subyektlərin bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq təqdim etdiyi məlumatlar İşçi qrup tərəfindən təhlil olunur və müvafiq düzəlişlərin edilməsi zərurəti yarandıqda, həmin məlumatlar İşçi qrupun rəyi əlavə olunaraq hər il may ayının 1-dək subyektlərə qaytarılır.
2.4. İşçi qrupun rəyi nəzərə alınmaqla, subyektlər tərəfindən dəqiqləşdirilən məlumatlar hər il may ayının 15-dək yenidən Nazirliyə təqdim edilir.
2.5. Nazirlik tərəfindən hər il iyun ayının 1-dək enerji balansının layihəsi tərtib olunur, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq təqdim edilmiş enerji balansının layihəsi noyabr ayının sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Nazirlik tərəfindən rəsmi internet səhifəsində məhdud giriş imkanlarına malik "Azərbaycan Respublikasının enerji balansı" elektron məlumat bazasında (bundan sonra - məlumat bazası) yerləşdirilir.
2.7. Enerji resurslarının hərəkəti və qiymətlərində əhəmiyyətli dəyişikliklər baş verdiyi təqdirdə enerji balansının proqnoz göstəricilərinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər subyektlər tərəfindən dəyişikliklər baş verdiyi tarixdən 10 (on) gün müddətində Nazirliyə, Nazirlik tərəfindən dəyişikliklər baş verdiyi tarixdən 30 (otuz) gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
3. Enerji balansının icrasına nəzarət
3.1. Enerji balansının icrasına nəzarət İşçi qrup tərəfindən həyata keçirilir.
3.2. İşçi qrup subyektlər tərəfindən bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hesabatların bu Qaydaya uyğun olaraq təqdim edilməsinə, eləcə də proqnozların icrasına nəzarət edir.
3.3. Subyektlər tərəfindən enerji balansı üzrə cari ilin faktiki göstəriciləri növbəti ilin mart ayının 1-dək real vaxt rejimində məlumat bazasına daxil edilir.
3.4. Nazirlik tərəfindən növbəti ilin aprel ayının 1-dək enerji balansı üzrə cari ilin gözlənilən göstəriciləri faktiki göstəricilərlə əvəz edilir və məlumat bazasında yerləşdirilir.
3.5. Bu Qaydanın 2.6-cı bəndinə əsasən təsdiq edilmiş enerji balansının icrası barədə rüblük məlumatlar subyektlər tərəfindən hər rübdən sonrakı ayın 20-dək real vaxt rejimində məlumat bazasına daxil edilir.
3.6. Bu Qaydanın 3.5-ci bəndində nəzərdə tutulan rüblük məlumatda enerji balansının faktiki göstəricisi proqnoz göstəricisindən 10 faizdən çox kənarlaşma olduğu halda rüblük məlumata bu kənarlaşma üzrə arayış əlavə edilir.
3.7. İşçi qrup tərəfindən enerji balansının icrası barədə məlumatların təhlili, qiymətləndirilməsi aparılır, bu barədə rüblük (o cümlədən artan yekunla) arayışlar hazırlanaraq birinci rübün nəticələri üzrə cari ilin may ayının 15-dək, ikinci rübün nəticələri üzrə cari ilin avqust ayının 15-dək, üçüncü rübün nəticələri üzrə cari ilin noyabr ayının 15-dək, dördüncü rübün nəticələri üzrə isə növbəti ilin mart ayının 15-dək məlumat bazasında yerləşdirilir.
3.8. Nazirlik bu Qaydanın 3.7-ci bəndində nəzərdə tutulan arayışlar əsasında enerji balansının cari il üzrə icra vəziyyəti haqqında (ayrı-ayrı subyektlər üzrə məlumatlar da daxil edilməklə) hesabatı növbəti ilin mart ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
3.9. Nazirlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin, Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin və subyektlərin məlumat bazasına real vaxt rejimində çıxışını təmin edir.
"Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası"na əlavə "Azərbaycan Respublikasının enerji balansı"nın strukturu (əvvəlki iki ilin faktiki, cari ilin gözlənilən, növbəti ilin illik, rüblük və sonrakı üç il üzrə illik) Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il
1. Xam neft (qaz kondensatı daxil olmaqla)
1.1. Hasilat (ümumi) min ton
1.2. Hasilatda texnoloji sərf və itkilər min ton 1.2.1. Texnoloji sərf min ton 1.2.2. İtkilər min ton
1.3. Təhvil (əmtəəlik) min ton
1.4. Təhvildə texnoloji sərf və itkilər min ton 1.4.1. Texnoloji sərf min ton 1.4.2. İtkilər min ton 1.4.3. Tranzit min ton 1.4.4. Mübadilə min ton
1.5. İdxal min ton
1.6. İdxalda texnoloji sərf və itkilər min ton 1.6.1. Texnoloji sərf min ton 1.6.2. İtkilər min ton
1.7. Ümumi təchizat min ton 1.7.1. İxraca min ton 1.7.1.1. hasilatdan min ton 1.7.1.2. tranzitdən min ton 1.7.1.3. mübadilədən min ton 1.7.2. Emala min ton 1.7.2.1. hasilatdan min ton 1.7.2.2. idxaldan min ton 1.7.2.3. mübadilədən min ton
1.8. Emalda iştirak edən digər xammal və yarımfabrikatlar min ton
1.9. Hesabat dövrünün əvvəlinə qalıq min ton 1.9.1. Hasilatda min ton 1.9.2. Nəqldə min ton 1.9.3. Emalda min ton
1.10. Hesabat dövrünün sonuna qalıq min ton 1.10.1. Hasilatda min ton
Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il 1.10.2. Nəqldə min ton 1.10.3. Emalda min ton
2. Neft məhsulları
2.0. Neft məhsulları (cəmi) 2.0.1. İstehsal min ton 2.0.2. İdxal min ton 2.0.3. İxrac min ton 2.0.4. Daxili bazara yüklənmə min ton 2.0.4.1. istehsaldan min ton 2.0.4.2. idxaldan min ton 2.0.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.0.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.0.7. Ölkədaxili satış min ton 2.0.7.1. ondan beynəlxalq reyslər üzrə yanacaq çənlərinə doldurulma min ton
2.1. Avtomobil benzini 2.1.1. İstehsal min ton Aİ-92 min ton Aİ-95 min ton Aİ-98 min ton 2.1.2. İdxal min ton Aİ-92 min ton Aİ-95 min ton Aİ-98 min ton 2.1.3. İxrac min ton Aİ-92 min ton Aİ-95 min ton Aİ-98 min ton 2.1.4. Daxili bazara yüklənmə min ton Aİ-92 min ton Aİ-95 min ton Aİ-98 min ton 2.1.4.1. istehsaldan min ton Aİ-92 min ton Aİ-95 min ton Aİ-98 min ton 2.1.4.2. idxaldan min ton Aİ-92 min ton Aİ-95 min ton Aİ-98 min ton 2.1.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton
Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il Aİ-92 min ton Aİ-95 min ton Aİ-98 min ton 2.1.6. Hesabat dövrünün sonuna qalıq min ton Aİ-92 min ton Aİ-95 min ton Aİ-98 min ton 2.1.7. Ölkədaxili satış min ton Aİ-92 min ton Aİ-95 min ton Aİ-98 min ton
2.2. Hidrotəmizlənmiş benzin 2.2.1. İstehsal min ton 2.2.2. İdxal min ton 2.2.3. İxrac min ton 2.2.4. Daxili bazara yüklənmə min ton 2.2.4.1. istehsaldan min ton 2.2.4.2. idxaldan min ton 2.2.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.2.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.2.7. Ölkədaxili satış min ton
2.3. Reaktiv mühərrik yanacağı 2.3.1. İstehsal min ton 2.3.2. İdxal min ton 2.3.3. İxrac min ton 2.3.4. Daxili bazara yüklənmə min ton 2.3.4.1. istehsaldan min ton 2.3.4.2. idxaldan min ton 2.3.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.3.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.3.7. Ölkədaxili satış min ton 2.3.7.1. ondan beynəlxalq reyslər üzrə yanacaq çənlərinə doldurulma min ton
2.4. Dizel yanacağı 2.4.1. İstehsal min ton 2.4.2. İdxal min ton 2.4.3. İxrac min ton 2.4.4. Daxili bazara yüklənmə min ton 2.4.4.1. istehsaldan min ton 2.4.4.2. idxaldan min ton 2.4.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton
Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il 2.4.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.4.7. Ölkədaxili satış min ton 2.4.7.1. ondan beynəlxalq reyslər üzrə yanacaq çənlərinə doldurulma min ton
2.5. Mühərrik yanacağı 2.5.1. İstehsal min ton 2.5.2. İdxal min ton 2.5.3. İxrac min ton 2.5.4. Daxili bazara yüklənmə min ton 2.5.4.1. istehsaldan min ton 2.5.4.2. idxaldan min ton 2.5.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.5.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.5.7. Ölkədaxili satış min ton 2.5.7.1. ondan beynəlxalq reyslər üzrə yanacaq çənlərinə doldurulma min ton
2.6. Sürtkü yağları 2.6.1. İstehsal min ton 2.6.2. İdxal min ton 2.6.3. İxrac min ton 2.6.4. Daxili bazara yüklənmə min ton 2.6.4.1. istehsaldan min ton 2.6.4.2. idxaldan min ton 2.6.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.6.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.6.7. Ölkədaxili satış min ton
2.7. Neft bitumu 2.7.1. İstehsal min ton 2.7.2. İdxal min ton 2.7.3. İxrac min ton 2.7.4. Daxili bazara yüklənmə min ton 2.7.4.1. istehsaldan min ton 2.7.4.2. idxaldan min ton 2.7.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.7.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.7.7. Ölkədaxili satış min ton
2.8. Neft koksu 2.8.1. İstehsal min ton 2.8.2. İdxal min ton 2.8.3. İxrac min ton 2.8.4. Daxili bazara yüklənmə min ton
Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il 2.8.4.1. istehsaldan min ton 2.8.4.2. İdxaldan min ton 2.8.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.8.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.8.7. Ölkədaxili satış min ton
2.9. Texniki butan (butan-butilen fraksiyası) 2.9.1. İstehsal min ton 2.9.2. İdxal min ton 2.9.3. İxrac min ton 2.9.4. Daxili bazara yüklənmə min ton 2.9.4.1. istehsaldan min ton 2.9.4.2. idxaldan min ton 2.9.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.9.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.9.7. Ölkədaxili satış min ton
2.10. Texniki propan (propan-propilen fraksiyası) 2.10.1. İstehsal min ton 2.10.2. İdxal min ton 2.10.3. İxrac min ton 2.10.4. Daxili bazara yüklənmə min ton 2.10.4.1. istehsaldan min ton 2.10.4.2. idxaldan min ton 2.10.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.10.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.10.7. Ölkədaxili satış min ton
2.11. Vakuum qazoylu 2.11.1. İstehsal min ton 2.11.2. İdxal min ton 2.11.3. İxrac min ton 2.11.4. Daxili bazara yüklənmə min ton 2.11.4.1. istehsaldan min ton 2.11.4.2. idxaldan min ton 2.11.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.11.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.11.7. Ölkədaxili satış min ton
2.12. Soba mazutu (əmtəəlik) 2.12.1. İstehsal min ton 2.12.2. İdxal min ton 2.12.3. İxrac min ton 2.12.4. Daxili bazara yüklənmə min ton 2.12.4.1. istehsaldan min ton
Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il 2.12.4.2. idxaldan min ton 2.12.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.12.5.1. ondan elektroenergetika sektorunda min ton 2.12.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.12.6.1. ondan elektroenergetika sektorunda min ton 2.12.7. Ölkədaxili satış min ton
2.13. Quru qaz 2.13.1. İstehsal min ton 2.13.2. İdxal min ton 2.13.3. İxrac min ton 2.13.4. Daxili bazara yüklənmə min ton 2.13.4.1. istehsaldan min ton 2.13.4.2. idxaldan min ton 2.13.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.13.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.13.7. Ölkədaxili satış min ton
2.14. Hidrotəmizlənmiş yüngül fleqma 2.14.1. İstehsal min ton 2.14.2. İdxal min ton 2.14.3. İxrac min ton 2.14.4. Daxili bazara yüklənmə min ton 2.14.4.1. istehsaldan min ton 2.14.4.2. idxaldan min ton 2.14.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.14.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.14.7. Ölkədaxili satış min ton
2.15. Yüngül fleqma 2.15.1. İstehsal min ton 2.15.2. İdxal min ton 2.15.3. İxrac min ton 2.15.4. Daxili bazara yüklənmə min ton 2.15.4.1. istehsaldan min ton 2.15.4.2. idxaldan min ton 2.15.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.15.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.15.7. Ölkədaxili satış min ton
2.16. Atmosfer qazoyl fraksiyası 2.16.1. İstehsal min ton 2.16.2. İdxal min ton 2.16.3. İxrac min ton 2.16.4. Daxili bazara yüklənmə min ton
Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il 2.16.4.1. istehsaldan min ton 2.16.4.2. idxaldan min ton 2.16.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.16.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.16.7. Ölkədaxili satış min ton
2.17. Digər neft məhsulları 2.17.1. İstehsal min ton 2.17.2. İdxal min ton 2.17.3. İxrac min ton 2.17.4. Daxili bazara yüklənmə min ton 2.17.4.1. istehsaldan min ton 2.17.4.2. idxaldan min ton 2.17.5. Hesabat dövrünün əvvəlinə qalıq min ton 2.17.6. Hesabat dövrünün sonuna qalıq min ton 2.17.7. Ölkədaxili satış min ton
2.18. Emal prosesində yanacaq sərfi min ton 2.18.1. Təbii qaz milyon m3 min ton 2.18.2. Digər məhsullar milyon m3 min ton
2.19. Emal prosesində texnoloji itkilər min ton ondan karbon qazları min ton
3. Təbii qaz
3.1. Hasilat (ümumi) milyon m3
3.2. Texnoloji sərf və itki milyon m3
3.3. Laya vurulan milyon m3
3.4. Məşələ verilən milyon m3
3.5. Hasilat (əmtəəlik) milyon m3
3.6. İdxal milyon m3
3.7. İxrac milyon m3
3.8. Qaz Emalı Zavodunda qazın emalı milyon m3 3.8.1. Emaldan alınan qaz milyon m3 3.8.2. Emal prosesində texnoloji sərf milyon m3 3.8.3. Emal prosesində itkilər milyon m3 3.8.4. Qaz benzininin istehsalı milyon m3 min ton 3.8.4.1. daxili satışa min ton 3.8.5. Texniki butan (butan-butilen fraksiyası) istehsalı milyon m3 min ton 3.8.5.1. daxili satışa min ton 3.8.5.2. ixrac min ton
Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il 3.8.6. Hesabat dövrünün əvvəlinə qalıq min ton 3.8.7. Hesabat dövrünün sonuna qalıq min ton
3.9. Ölkə üzrə nəql və istehlak üçün qəbul olunan milyon m3
3.10. Qəbul olunan qazın nəqli (istiqamətlər üzrə) milyon m3 3.10.1. Qaz paylayıcısına milyon m3 3.10.2. Elektroenergetika subyektlərinə, o cümlədən: milyon m3 3.10.2.1. elektrik enerjisinin kommersiya məqsədilə ixracı üzrə milyon m3 3.10.2.2. yüksəkgərginlikli elektrik şəbəkəsindən birbaşa elektrik enerjisi satılan istehlakçılar üzrə milyon m3 3.10.3. Naxçıvan MR-ə nəql olunan qaz (mübadilə olduğu halda) milyon m3 3.10.3.1. Naxçıvan MR-ə daxil olan qaz milyon m3 3.10.3.2. tranzit haqqı milyon m3 3.10.3.3. tranzit üzrə qalıq milyon m3 3.10.4. Naxçıvan MR-ə daxil olunan qaz (birbaşa idxal qazından) milyon m3 3.10.5. Yeraltı qaz anbarlarına nəql olunan milyon m3 3.10.6. Mübadilə (SVOP) üçün nəql olunan milyon m3 3.10.7. Nəql zamanı texnoloji sərf milyon m3 3.10.8. Nəql zamanı daxili tələbat milyon m3 3.10.9. Nəql zamanı itkilər milyon m3 %
3.11. Hidrogen istehsalına yönəldilən təbii qaz milyon m3
3.12. Qaz paylayıcısının qəbul etdiyi qaz həcmi milyon m3 3.12.1. İstehlak milyon m3 3.12.1.1. əhali milyon m3 3.12.1.2. sənaye milyon m3 3.12.1.3. kənd təsərrüfatı milyon m3 3.12.1.4. əsas fəaliyyəti istilik enerjisinin istehsalı olan dövlət müəssisələri milyon m3 3.12.1.5. çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təbii qaz milyon m3 3.12.1.6. avtomobil nəqliyyatına milyon m3 3.12.1.7. büdcə təşkilatlarına milyon m3 3.12.1.8. digər sahələrə milyon m3 3.12.2. Paylayıcı şəbəkədə texnoloji sərf milyon m3
Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il 3.12.3. Paylayıcı şəbəkədə daxili tələbat milyon m3 3.12.4. Paylanma itkiləri milyon m3 % 3.13. Yeraltı qaz anbarlarında qalıq (hesabat dövrünün əvvəlinə) milyon m3 3.13.1. Yeraltı qaz anbarlarından götürülən qaz milyon m3 3.13.2. Yeraltı qaz anbarlarına vurulan qaz milyon m3 3.13.3. Yeraltı qaz anbarları üzrə itki və texnoloji sərf milyon m3 3.13.3.1. vurmada milyon m3 % 3.13.3.2. götürmədə milyon m3 % 3.13.3.3. ehtimal olunan geoloji itki milyon m3 % 3.13.4. Yeraltı qaz anbarında qalıq (hesabat dövrünün sonuna) milyon m3 Naxçıvan Muxtar Respublikası üzrə təbii qazın hərəkəti
3.14. Qaz paylayıcısının qəbul etdiyi qaz həcmi milyon m3 3.14.1. İstehlak milyon m3 3.14.1.1. əhali milyon m3 3.14.1.2. sənaye milyon m3 3.14.1.3. kənd təsərrüfatı milyon m3 3.14.1.4 əsas fəaliyyəti istilik enerjisinin istehsalı olan dövlət müəssisələri milyon m3 3.14.1.5. çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təbii qaz milyon m3 3.14.1.6. avtomobil nəqliyyatı milyon m3 3.14.1.7 büdcə təşkilatlarına milyon m3 3.14.1.8. digər sahələrə milyon m3 3.14.2. Paylayıcı şəbəkədə texnoloji sərf milyon m3 3.14.3. Paylayıcı şəbəkədə daxili tələbat milyon m3 3.14.4. Paylanma itkiləri milyon m3
4. Elektrik enerjisi
4.1. Elektrik enerjisinin istehsalı milyon k Vt∙st 4.1.1. İstilik elektrik stansiyaları milyon k Vt∙st 4.1.2. Su elektrik stansiyaları milyon k Vt∙st 4.1.2.1. ondan kiçik su elektrik stansiyaları milyon k Vt∙st 4.1.3. Külək elektrik stansiyaları milyon k Vt∙st 4.1.4. Günəş elektrik stansiyaları milyon k Vt∙st 4.1.5. Geotermal elektrik stansiyaları milyon k Vt∙st
Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il 4.1.6. Tullantı və biokütlə elektrik stansiyaları milyon k Vt∙st 4.1.7. Digər elektrik stansiyalar milyon k Vt∙st
4.2. Enerji istehsalında xüsusi sərfiyyat milyon k Vt∙st % 4.2.1. İstilik elektrik stansiyaları milyon k Vt∙st % 4.2.2. Su elektrik stansiyaları milyon k Vt∙st % 4.2.2.1. ondan kiçik su elektrik stansiyaları milyon k Vt∙st % 4.2.3. Külək elektrik stansiyaları milyon k Vt∙st % 4.2.4. Günəş elektrik stansiyaları milyon k Vt∙st % 4.2.5. Geotermal elektrik stansiyaları milyon k Vt∙st % 4.2.6. Tullantı və biokütlə elektrik stansiyaları milyon k Vt∙st % 4.2.7. Digər elektrik stansiyalar milyon k Vt∙st %
4.3. Elektrik enerjisinin şindən buraxılışı milyon k Vt∙st 4.3.1. İstilik elektrik stansiyaları milyon k Vt∙st 4.3.2. Su elektrik stansiyaları milyon k Vt∙st 4.3.2.1. ondan kiçik su elektrik stansiyaları milyon k Vt∙st 4.3.3. Külək elektrik stansiyaları milyon k Vt∙st 4.3.4. Günəş elektrik stansiyaları milyon k Vt∙st 4.3.5. Geotermal elektrik stansiyaları milyon k Vt∙st 4.3.6. Tullantı və biokütlə elektrik stansiyaları milyon k Vt∙st 4.3.7. Digər elektrik stansiyalar milyon k Vt∙st
4.4. Elektrik enerjisinin idxalı milyon k Vt∙st
4.5. Elektrik enerjisinin ixracı milyon k Vt∙st
4.6. İdxal-ixracın saldosu milyon k Vt∙st
4.7. Hidrogen istehsalına yönəldilən elektrik enerjisi (BOEM mənbələrindən) milyon k Vt∙st
4.8. Ölkədaxili satış milyon k Vt∙st
4.9. İtkilər milyon k Vt∙st % 4.9.1. İstehsalda milyon k Vt∙st % 4.9.2. Ötürücü şəbəkədə milyon k Vt∙st %
Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il 4.9.3. Paylayıcı şəbəkədə milyon k Vt∙st % Elektrik enerjisinin istehsalını və onun ötürülməsini vahid mərkəzdən idarə edən müəssisə
4.10. Elektrik enerjisinin istehsalı milyon k Vt∙st ondan stansiyalar üzrə
4.11. Enerji istehsalında xüsusi sərfiyyat milyon k Vt∙st % ondan stansiyalar üzrə
4.12. Elektrik enerjisinin şindən buraxılışı milyon k Vt∙st ondan stansiyalar üzrə 4.13. Müstəqil Elektrik Stansiyalarından (MES) daxil olan elektrik enerjisi milyon k Vt∙st ondan stansiyalar üzrə
4.14. Tranzit ötürülən milyon k Vt∙st
4.15. İtkilər milyon k Vt∙st % 4.15.1. İstehsalda milyon k Vt∙st % 4.15.2. Ötürücü şəbəkədə milyon k Vt∙st %
4.16. İstehlaka verilən elektrik enerjisi milyon k Vt∙st 4.16.1. Yüksəkgərginlikli elektrik şəbəkəsindən birbaşa satılan (tranzitsiz) milyon k Vt∙st ondan subyektlər üzrə 4.16.2. Paylayıcı elektrik şəbəkəsinə ötürülən (MES-lərdən tranzitsiz) milyon k Vt∙st
4.17. İstilik enerjisinin buraxılışı min Qkal ondan stansiyalar üzrə 4.18. Elektrik və istilik enerjisinin istehsalına sərf edilən şərti yanacaq min ton elektrik enerjisinə min ton ondan stansiyalar üzrə istilik enerjisinə min ton ondan stansiyalar üzrə 4.18.1. Təbii qaz 4.18.1.1. fiziki həcmdə milyon m3 4.18.1.2. şərti yanacaq min ton 4.18.2. Mazut 4.18.2.1. fiziki həcmdə min ton 4.18.2.2. şərti yanacaq min ton 4.18.3. Dizel
Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il 4.18.3.1. fiziki həcmdə min ton 4.18.3.2. şərti yanacaq min ton 4.18.4. Digər yanacaq 4.18.4.1. fiziki həcmdə min ton 4.18.4.2. şərti yanacaq min ton
4.19. 1 k Vt·st elektrik enerjisinin buraxılışına sərf edilən şərti yanacaq qr/k Vt∙st 4.20. 1 k Vt·st elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacaq qr/k Vt∙st 4.21. 1 Qkal istilik enerjisinin istehsalına sərf edilən şərti yanacaq kq/Qkal
4.22. Alınan mazut min ton
4.23. Ehtiyatda mazut qalığı min ton Elektrik enerjisinin paylanması və satışını həyata keçirən müəssisələr
4.24. Alınan elektrik enerjisi milyon k Vt∙st
4.25. İtkilər milyon k Vt∙st % 4.25.1. Texnoloji itkilər milyon k Vt∙st %
4.26. İstehlak (satış) milyon k Vt∙st 4.26.1. Əhali milyon k Vt∙st 4.26.2. Qeyri-əhali milyon k Vt∙st 4.26.2.1. sənaye milyon k Vt∙st 4.26.2.2. tikinti milyon k Vt∙st 4.26.2.3. kənd təsərrüfatı milyon k Vt∙st 4.26.2.4. ticarət və xidmət milyon k Vt∙st 4.26.2.5. nəqliyyat milyon k Vt∙st avtomobil milyon k Vt∙st dəmir yolu milyon k Vt∙st digər milyon k Vt∙st 4.26.2.6. büdcə təşkilatları milyon k Vt∙st 4.26.2.7. digər sahələr milyon k Vt∙st Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin hərəkəti
4.27. Elektrik enerjisinin istehsalı milyon k Vt∙st ondan stansiyalar üzrə
4.28. Enerji istehsalında xüsusi sərfiyyat milyon k Vt∙st % ondan stansiyalar üzrə
4.29. Elektrik enerjisinin şindən buraxılışı milyon k Vt∙st ondan stansiyalar üzrə
4.30. İtkilər milyon k Vt∙st
Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il % 4.30.1. İstehsalda milyon k Vt∙st % 4.30.2. Ötürücü şəbəkədə milyon k Vt∙st % 4.30.3. Paylayıcı şəbəkədə milyon k Vt∙st %
4.31. İstehlak milyon k Vt∙st 4.31.1. Əhali milyon k Vt∙st 4.31.2. Qeyri-əhali milyon k Vt∙st 4.31.2.1. sənaye milyon k Vt∙st 4.31.2.2. tikinti milyon k Vt∙st 4.31.2.3. kənd təsərrüfatı milyon k Vt∙st 4.31.2.4. ticarət və xidmət milyon k Vt∙st 4.31.2.5. nəqliyyat milyon k Vt∙st avtomobil milyon k Vt∙st dəmir yolu milyon k Vt∙st digər milyon k Vt∙st 4.31.2.6. büdcə təşkilatları milyon k Vt∙st 4.31.2.7. digər sahələr milyon k Vt∙st
4.32. Elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacaq min ton 4.32.1. Təbii qaz 4.32.1.1. fiziki həcmdə milyon m3 4.32.1.2. şərti yanacaq min ton 4.32.2. Digər yanacaq 4.32.2.1. fiziki həcmdə min ton 4.32.2.2. şərti yanacaq min ton
4.33. 1 k Vt·st elektrik enerjisinin buraxılışına sərf edilən şərti yanacaq qr/k Vt·st 4.34. 1 k Vt·st elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacaq qr/k Vt·st Digər elektrik stansiyaları
4.35. Elektrik enerjisinin istehsalı milyon k Vt∙st ondan stansiyalar üzrə
4.36. Enerji istehsalında xüsusi sərfiyyat milyon k Vt∙st % ondan stansiyalar üzrə
4.37. Elektrik enerjisinin şindən buraxılışı milyon k Vt∙st ondan stansiyalar üzrə
4.38. Enerji sisteminə ötürülən elektrik enerjisi milyon k Vt∙st
Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il
4.39. İstilik enerjisinin buraxılışı min Qkal
4.40. Elektrik və istilik enerjisinin istehsalına sərf edilən şərti yanacaq min ton 4.40.1. İstilik elektrik stansiyaları üzrə min ton 4.40.1.1. elektrik enerjisinə min ton 4.40.1.2. istilik enerjisinə min ton 4.40.2. Tullantı və biokütlə elektrik stansiyaları üzrə min ton
4.41. 1 k Vt·st elektrik enerjisinin buraxılışına sərf edilən şərti yanacaq 4.41.1. İstilik elektrik stansiyaları üzrə qr/k Vt∙st 4.41.2. Tullantı və biokütlə elektrik stansiyaları üzrə qr/k Vt∙st
4.42. 1 k Vt·st elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacaq 4.42.1. İstilik elektrik stansiyaları üzrə qr/k Vt∙st 4.42.2. Tullantı və biokütlə elektrik stansiyaları üzrə qr/k Vt∙st
4.43. 1 Qkal istilik enerjisinin istehsalına sərf edilən şərti yanacaq kq/Qkal
5. Hidrogen
5.1. İstehsalı ton
5.2. İdxalı ton
5.3. Ölkədaxili istehlak ton
5.4. İxrac ton
5.5. İtkilər ton
5.6. Hesabat dövrünün əvvəlinə qalıq ton
5.7. Hesabat dövrünün sonuna qalıq ton
6. İstilik enerjisi
6.1. İstilik enerjisinin buraxılışı min Qkal
6.2. İtkilər min Qkal
6.3. İstehlak min Qkal 6.3.1. Əhali min Qkal 6.3.2. Sənaye min Qkal 6.3.3. Təhsil min Qkal 6.3.4. Səhiyyə min Qkal 6.3.5. Digər sahələr min Qkal Əsas fəaliyyəti istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı olan müəssisələr
6.4. İstilik enerjisinin buraxılışı min Qkal
6.5. Alınan istilik enerjisi min Qkal
6.6. İtkilər min Qkal %
6.7. İstehlak min Qkal 6.7.1. Əhali min Qkal
Sıra №-si Göstəricilər Ölçü vahidi Əvvəlki iki il, faktiki Cari ___ il gözlənilən Növbəti _____ il üzrə proqnoz Sonrakı üç il üzrə proqnoz ____il ____il illik Irüb II rüb III rüb IV rüb ____il ____il ____il 6.7.2. Sənaye min Qkal 6.7.3. Təhsil min Qkal 6.7.4. Səhiyyə min Qkal 6.7.5. Digər sahələr min Qkal
6.8. İstilik enerjisinin istehsalına sərf edilən şərti yanacaq min ton 6.8.1. Təbii qaz 6.8.1.1. fiziki həcmdə milyon m3 6.8.1.2. şərti yanacaq min ton 6.8.2. Soba mazutu 6.8.2.1. fiziki həcmdə min ton 6.8.2.2. şərti yanacaq min ton 6.8.3. Dizel 6.8.3.1. fiziki həcmdə min ton 6.8.3.2. şərti yanacaq min ton 6.8.4. Elektrik enerjisi 6.8.4.1. fiziki həcmdə milyon k Vt·st 6.8.4.2. şərti yanacaq min ton 6.8.5. Digər 6.8.5.1. fiziki həcmdə min ton 6.8.5.2. şərti yanacaq min ton
6.9. 1 Qkal istilik enerjisinin istehsalına sərf edilən şərti yanacaq kq/Qkal Qeyd. Ayrı-ayrı subyektlər, elektrik stansiyaları və idxal-ixrac ölkələri üzrə ətraflı məlumatlar müvafiq göstəricilərin alt sətirlərində qeyd olunur. _________________________________