a alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1331 (Cild I) ilə təsdiq edilmiş "İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği"nin cədvəlinin 3-cü hissəsi ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1539 (Cild I) ilə təsdiq edilmiş "Mediasiya prosesinin həyata keçirilməsi Qaydası"nın 7.2-ci bəndindən "kommersiya mübahisələri, həmçinin" sözləri çıxarılsın.