1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 29 oktyabr tarixli 24/09 nömrəli qərarı ilə təsdiq edilmiş "İstintaq işi haqqında" 1-E №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasının I bölməsinin "1-ci cədvəl. Cinayətin növləri üzrə işlər (təkrarsız)" cədvəlinin 32-1-ci sətrində "şəxsi istehlak miqdarından artıq" sözləri "xeyli və külli" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 31 yanvar tarixli 2/09 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qeydə alınmış hüquq pozuntuları haqqında" 8 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasının "III BÖLMƏ. NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR QEYDƏ ALINMIŞ İNZİBATİ XƏTALAR VƏ MƏSULİYYƏTƏ CƏLB OLUNMUŞ ŞƏXSLƏR" bölməsi üzrə cədvəlin 1-ci sətrində "şəxsi istehlak miqdarında" sözləri "az miqdarda" sözləri ilə əvəz edilsin.
3. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
4. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədrin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədov