1.1. 1-1-ci hissədə "və işsizlikdən sığorta" sözləri ", işsizlikdən sığorta fondu və icbari tibbi sığorta" sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş "Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı" üzrə:
1.2.1. I bölmənin adında "və işsizlikdən sığorta" sözləri ", işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta" sözləri ilə əvəz edilsin;
1.2.2. 1-ci hissənin birinci abzasında "Tədbirlərin məzmunu" sütununda "və işsizlikdən sığorta" sözləri ", işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta" sözləri ilə əvəz edilsin;
1.2.3. 1.1-ci bənd üzrə:
1.2.3.1. birinci abzasın "Tədbirlərin məzmunu" sütununda "və işsizlikdən sığorta" sözləri ", işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta" sözləri ilə, "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə" sözləri "müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə" sözləri ilə əvəz edilsin;
1.2.3.2. ikinci abzasın "Tədbirlərin məzmunu" sütununda "və işsizlikdən sığorta" sözləri ", işsizlikdən sığorta və icbari tibbi sığorta" sözləri ilə, "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə" sözləri "müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə" sözləri ilə əvəz edilsin;
1.2.4. 1.2-ci bəndin "Tədbirlərin məzmunu" sütununda "və işsiz-likdən sığorta" sözləri ", işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta" sözləri ilə əvəz edilsin və həmin bəndin "İcraçılar" sütununa "Nazirliyi" sözündən sonra ", İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin;
1.2.5. 1.3-cü bənd üzrə:
1.2.5.1. birinci abzasın "Tədbirlərin məzmunu" sütununda "və işsizlikdən sığorta" sözləri ", işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta" sözləri ilə əvəz edilsin;
1.2.5.2. "a" və "e" abzaslarının "Tədbirlərin məzmunu" sütununda "və işsizlikdən sığorta" sözləri ", işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta" sözləri ilə əvəz olunsun və həmin bəndin "İcraçılar" sütununa "Nazirliyi" sözündən sonra ", İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin;
1.2.5.3. "c" abzasının "Tədbirlərin məzmunu" sütununda "və işsizlikdən sığorta haqları üzrə sığortaedənlərin" sözləri ", işsizlikdən sığorta haqları üzrə sığortaedənlərin və icbari tibbi sığorta haqları üzrə sığortalıların" sözləri ilə əvəz edilsin;
1.2.5.4. "f" abzasının "İcraçılar" sütununa "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözlərindən sonra ", İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin;
1.2.6. 1.4-cü bəndin "Tədbirlərin məzmunu" sütununda "və işsizlikdən sığorta" sözləri ", işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta" sözləri ilə, "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə" sözləri "müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə" sözləri ilə əvəz edilsin;
1.2.7. 1.5-ci bəndin "Tədbirlərin məzmunu" sütununda "və işsiz-likdən sığorta" sözləri ", işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta" sözləri ilə əvəz olunsun və həmin bəndin "İcraçılar" sütununa "Nazirliyi" sözündən sonra ", İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin;
1.2.8. 3.2-ci, 4.5-ci və 4.6-cı bəndlərin "İcraçılar" sütununa "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözlərindən sonra ", İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin;
1.2.9. 4.1-ci bəndin "a" abzası üzrə:
1.2.9.1. "Tədbirlərin məzmunu" sütununun birinci cümləsində "və işsizlikdən sığorta" sözləri ", işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta" sözləri ilə əvəz olunsun və həmin sütuna aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilsin:
"İlin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri sığorta ehtiyatlarına yönəldilir. Bu vəsait xərclərin maliyyələşdirilməsinə yönəldilə bilər.";
1.2.9.2. "İcraçılar" sütununa "Nazirliyi" sözündən sonra ", İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 62 (Cild I) ilə təsdiq edilmiş "Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası"nın 3.2.4-cü yarımbəndinə aşağıdakı məzmunda 3-cü abzas əlavə edilsin:
"3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən mart ayının 1-dək təqdim olunmuş növbəti büdcə ili və sonrakı üç il üçün icbari tibbi sığorta fondunun büdcə layihəsinin ilkin variantı, iyulun 1-dək isə büdcə layihəsinin dəqiqləşdirilmiş variantı;".