1.1. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmə-tinin inzibati binası;";
1.2. səkkizinci−on beşinci abzaslar onuncu−on yeddinci abzas-lar hesab edilsin və aşağıdakı məzmunda səkkizinci, doqquzuncu abzaslar əlavə edilsin:
"Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin inzibati binası;
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inzibati binası;".
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1223 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 fevral tarixli 85 nömrəli və 12 mart tarixli 137 nömrəli qərarları) ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na 2 nömrəli Əlavə - "Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar"ın 2-ci hissəsində "Xüsusi Dövlət Mühafizə" sözləri "Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 fevral tarixli 47 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 345 (Cild I) ilə təsdiq edilmiş "Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci bənddə "Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi" sözləri "Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Feldyeger Rabitəsi Baş İdarəsi" sözləri ilə əvəz edilsin;
3.2. 1.4-cü, 3.2-ci bəndlərdə "Dövlət Mühafizə" sözləri "Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət" sözləri ilə əvəz edilsin;
3.3. 10.5-ci bəndin birinci cümləsində "9.4-cü" sözləri "10.4-cü" sözləri ilə, 11.3-cü bənddə isə "2-ci" sözləri "3-cü" sözləri ilə əvəz edilsin;
3.4. həmin Qaydanın 1 nömrəli (hər üç halda), 2 nömrəli, 3 nömrəli və 5 nömrəli əlavələrində ismin müvafiq hallarında "Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi" sözləri "Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Feldyeger Rabitəsi Baş İdarəsi" sözləri ilə əvəz edilsin.