Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə 2024-cü il 19 aprelində qəbul edilmiş dəyişikliklər əmlak üzərinə həbs qoyulmasının əsaslarını, məhkəmə nəzarətinin həyata keçirilməsini və cinayət təqibinin qiyabi icraatını tənzimləyən qaydaları genişləndirir. Dəyişikliklər müstəntiq, prokuror və məhkəmənin əmlak üzərinə həbs qoyulması, onun idarə edilməsi, satılması və ya tibbi məqsədlərlə istifadə edilməsi barədə qərar qəbul etmə prosesini daha ətraflı müəyyən edir. Həmçinin, cinayət təqibində qiyabi icraatın açılması, maddi sübut olan maddələrin məhv edilməsi və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı məhkəmə nəzarətinin səlahiyyətləri artırılır.
tezüzərinə həbs qoyulmamış
etməkdən, onun götürülməsindən və ya saxlanmaq üçün mülkiyyətçiyə və ya sahibə verilməsindən
Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmetiAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli olan əmlak
249.2-1. Bu Məcəllənin 249.2.1-ci maddəsində nəzərdə tutulmuş vəsatətdə və təqdimatda əmlak üzərinə həbsin qoyulmasına əsas verən hallar qeyd edilməli, bu Məcəllənin 248.1.2-ci maddəsində nəzərdə tutulmuş tətbiq edilməli olan konkret məhdudiyyətlər və belə məhdudiyyətlərin zərurəti əsaslandırılmalıdır
Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur.;Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır:
249.3.7. əmlak üzərinə həbs qoyulması ilə əlaqədar bu Məcəllənin 248.1.2-ci maddəsində nəzərdə tutulmuş hansı məhdudiyyətlərin tətbiq edilməsi; 249.3.8. üzərinə həbs qoyulan cinayət yolu ilə əldə edilmiş əmlak hesabına gəlirlərin əldə edilməsi müəyyən olunduqda, həmin gəlirlərdən istifadə edilməsinə qadağanın qoyulması
251.9. Üzərinə həbs qoyulmuş əmlak saxlanılması üçün mülkiyyətçisinə və ya sahibinə verilmədiyi hallarda cinayət prosesini həyata keçirən orqan bu əmlakın mülkiyyətçisinin yazılı müraciəti və ya yazılı razılığı əsasında və onun hesabına həmin əmlaka qulluq olunmasını təmin edir. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla əlaqədar tədbirlər cinayət prosesini həyata keçirən orqanın müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir."; "Maddə 253-1. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi 253-1.1. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi dedikdə daşınar əmlakın satılmasına, qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlakın icarəyə və ya idarəetməyə verilməsinə və əmlakın yaxşılaşdırılmasına dair tədbirlərin görülməsi başa düşülür. 253-1.2. Üzərinə həbs qoyulmuş əmlak mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaq, habelə üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə idarə edilir. 253-1.3. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi haqqında qərar məhkəməyədək icraat zamanı müstəntiqin əsaslandırılmış vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə, məhkəmə icraatı zamanı isə işə baxan məhkəmə tərəfindən qəbul edilir. 253-1.4. Bu Məcəllənin 253-1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə satıla bilər. 253-1.5. Üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin razılığı olmadan, yalnız tez xarab olan əşya olduqda və ya onun saxlanılması insanların həyatı, sağlamlığı və ya ətraf mühit üçün təhlükə yaratdıqda satıla bilər. 253-1.6. Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs qoyulmuş daşınar əmlakın hərracda satışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. 253-1.7. Üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə onun yaxşılaşdırılması ilə əlaqədar tədbirlər görülə bilər. Mülkiyyətçinin razılığı olmadan əmlakın yaxşılaşdırılması ilə əlaqədar tədbirlər yalnız onun satılmasına dair qərar qüvvəyə mindikdən sonra və həmin qərarda müvafiq yaxşılaşdırma tədbirləri də nəzərdə tutulduqda görülə bilər. Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması ilə əlaqədar tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. 253-1.8. Üzərinə həbs qoyulmuş qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlak mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə bu Məcəllənin 253-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada icarəyə və ya idarəetməyə verilə bilər. 253-1.9. Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsinə, bu tədbirlər həmin əmlakın sübut kimi istifadə edilməsinə və ya digər şəkildə cinayət mühakimə icraatının vəzifələrinə nail olunmasına mane olmadığı halda yol verilir. 253-1.10. Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. 253-1.11. Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi ilə bağlı görülən tədbirlər həmin əmlakın dəyərinin azalmasına və bununla da bu Məcəllənin 248.1.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olunmasına mane olmamalıdır. İcarəyə və ya idarəetməyə verilmiş əmlak ona istifadə nəticəsində vurula biləcək mümkün zərərin ödənilməsi məqsədilə sığorta etdirilməlidir. 253-1.12. Üzərinə həbs qoyulmuş əmlak cinayət prosesini həyata keçirən orqanlara, həmin orqanların əməkdaşlarına və onların yaxın qohumlarına satıla, onlara icarəyə, idarəetməyə və ya hər hansı digər şəkildə istifadəyə verilə bilməz. 253-1.13. Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi ilə əlaqədar görülən tədbirlər iş məhkəməyə göndərilənədək və hər bir halda ildə bir dəfədən az olmayaraq müstəqil auditor tərəfindən yoxlanılmalı, nəticələri məhkəməyədək icraat zamanı müstəntiqə və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurora, məhkəmə icraatı zamanı işə baxan məhkəməyə təqdim edilməli və cinayət işinin materiallarına əlavə olunmalıdır. 253-1.14. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi və ya bundan imtina edilməsi haqqında məhkəmənin qərarından bu Məcəllənin 452-ci maddəsində müəyyən edilmiş qaydada mülkiyyətçi, həmin qərarın hüquq və qanuni mənafelərinə toxunduğu digər şəxslər, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokuror və ya yuxarı prokuror müvafiq olaraq apellyasiya şikayəti və ya protesti verə bilərlər. 253-1.15. Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 253-1.16. Üzərinə həbs qoyulmuş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilən vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) iş üzrə məhkəmənin hökmü və ya digər yekun qərarı qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabında saxlanılır. 253-1.17. Məhkəmənin hökmü və ya digər yekun qərarı ilə xüsusi müsadirə tətbiq olunmadıqda və ya əmlakın üzərinə qoyulmuş həbs ləğv edildikdə, əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) mülkiyyətçiyə qaytarılır. Məhkəmənin hökmü və ya digər yekun qərarı ilə xüsusi müsadirə tətbiq edildikdə və ya mülki iddia təmin olunduqda, əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) bu Məcəllənin 248.1.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə yönəldilir. 253-1.18. Üzərinə həbs qoyulmuş girov və ya ipoteka ilə yüklü edilmiş əmlakın idarə edilməsi ilə əlaqədar qərar qəbul edilərkən girov saxlayanın (ipoteka saxlayanın) və əmlaka dair hüquqları olan digər şəxslərin hüquq və qanuni mənafeləri nəzərə alınmalıdır. Üzərinə həbs qoyulmuş əmlak girov və ya ipoteka ilə yüklü edilmişdirsə, həmin əmlak satıldıqda girov saxlayanın (ipoteka saxlayanın) yazılı razılığı alınmalı, həmin əmlak icarəyə və ya idarəetməyə verildikdə isə girov saxlayanın (ipoteka saxlayanın) üstünlük hüquqları gözlənilməlidir
cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə vəsatət və təqdimatlara.;
442.2.4. üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi barədə vəsatət və təqdimatlara
443.3. Məhkəmə nəzarətini həyata keçirən məhkəmə bu Məcəllənin 443.2.2-ci maddəsində nəzərdə tutulmuş materialları aldıqdan sonra 48 saat müddətində məhkəmə qərarı olmadan aparılmış istintaq hərəkətinin qanuniliyini bu Məcəllənin 447-ci maddəsində nəzərdə tutulmuş qaydada yoxlayır. 443.4. Yoxlamanın nəticələrinə görə hakim istintaq hərəkətinin qanuni hesab edilməsi, yaxud qanunsuz hesab edildiyi halda məhkəmə qərarı olmadan istintaq hərəkətinin keçirilməsinə dair qərarın ləğv edilməsi barədə əsaslandırılmış qərar çıxarır. 443.5. İstintaq hərəkətinin qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakimin qərarının surəti qərar çıxarıldıqdan dərhal sonra müvafiq istintaq hərəkətinin aparılmasına dair qərarı qəbul edən müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və həmin qərarla hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan şəxsə, onun müdafiəçisinə və ya qanuni nümayəndəsinə göndərilir. 443.6. İstintaq hərəkətinin aparılmasına dair qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror təxirəsalınmadan şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün zəruri tədbirlər görür
açılması, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi
Durğu işarəsi düzəlişi: «.» → «;»
446.1.6. üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi üçün müstəntiqin əsaslandırılmış vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı
446.2-2. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi üçün vəsatətdə bu Məcəllənin 446.2.1 – 446.2.3-cü maddələrində nəzərdə tutulan məlumatlarla yanaşı, həmin əmlakla bağlı hansı tədbirlərin görülməsinin (yaxşılaşdırılma, satılma, icarəyə və ya idarəetməyə verilmə) təklif edildiyi dəqiq göstərilməli, həmin tədbirlərin mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaq, habelə üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq üçün zəruriliyi əsaslandırılmalı, müvafiq qərar qəbul edilməsi üçün əhəmiyyətli olan digər məlumatlar göstərilməli və vəsatətə müvafiq sənədlər, o cümlədən üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmlakın idarə edilməsi ilə bağlı rəyi əlavə edilməlidir
açılmasının, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsinin
açılması, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi
və ya cinayət təqibi üzrə qiyabi icraatın açılması, cinayət təqibi üzrə qiyabi icraatın açılması və ya üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi
447.3-1. Üzərinə həbs qoyulmuş əmlakın mülkiyyətçisinin əmlakın idarə edilməsi ilə bağlı notariat qaydasında təsdiq olunmuş müraciəti və ya razılıq ərizəsi vəsatətə əlavə edilmədikdə mülkiyyətçinin, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin bu Məcəllənin 447.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə iclasında iştirakı məcburidir
açılması, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi
Durğu işarəsi düzəlişi: «.» → «;»
448.1.3-3. üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi (yaxşılaşdırılma, satılma, icarəyə və ya idarəetməyə verilmə tədbirlərindən hansına icazə verildiyi dəqiq göstərilməklə) və ya bundan imtina edilməsi barədə
açılmasına, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsinə
448.6-3. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi məsələsi ilə bağlı məhkəmə qərarının surəti, həmin qərar çıxarıldıqdan sonra 3 (üç) gündən gec olmayaraq vəsatəti vermiş şəxsə, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurora, təqsirləndirilən şəxsə, onun müdafiəçisinə və ya qanuni nümayəndəsinə, əmlakın mülkiyyətçisinə, əmlaka dair hüquqları olan digər şəxslərə, habelə üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhkəmə tərəfindən göndərilir
açılmasının, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsinin
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli olan əmlak olmasına